Nazir UNEC Zaqatala filialının tələbə evi və idman zalının açılışında iştirak edib
Aprelin 12-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında tələbələrin sosial rifahı və fiziki inkişafının təmin olunması məqsədilə inşa edilmiş tələbə evi və idman zalının rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, UNEC-in rektoru Ədalət Muradov və UNEC Zaqatala filialının direktoru Raqif Qasımov iştirak edib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Açılış mərasimində qonaqlar əvvəlcə tələbə evində yaradılmış şəraitlə yaxından tanış olublar.
Məlumat verilib ki, müasir standartlara cavab verən tələbə evi 155 nəfərlikdir. 2 və 3 nəfərlik otaqlar yüksək rahatlıq standartlarına uyğun şəkildə layihələndirilib.
Sağlamlıq imkanları məhdud tələbələr üçün 2 ədəd müasir otaq ayrılıb və bu otaqlarda fərdi komfort baxımından xüsusi imkanlar yaradılıb.
Bütün otaqlar smart texnologiyalarla təchiz olunub. Birinci mərtəbədə tələbələrin rahat istirahəti və əyləncəsi üçün xüsusi olaraq dizayn edilmiş istirahət otağı və oxu zalı mövcuddur.
Daha sonra yeni istifadəyə verilən idman zalı ilə tanışlıq olub. Qeyd edilib ki, zal tələbələrin sağlam həyat tərzi sürməsi və idmanla məşğul olması üçün tam şəraitlə təmin olunub.
İdman zalı 6 funksional otaqdan ibarətdir. Burada basketbol, voleybol və fitnes üzrə ixtisaslaşdırılmış sahələr yaradılıb.
Açılış mərasimindən sonra filialın professor-müəllim heyətinin də iştirakı ilə görüş keçirilib.
Görüş zamanı tələbələr üçün yeni yaradılan imkanların əhəmiyyəti və gələcək planlar müzakirə olunub.
12.04.2025 - 19:00
Digər xəbərlər
-
Ulu öndər Heydər Əliyevin 102 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2025 - 18:00 -
Fəxri xiyaban ziyarət edilib
08.05.2025 - 14:22 -
Nazir müavini "Sən elə bir zirvəsən" adlı tədbirdə iştirak edib
08.05.2025 - 13:00 -
ADNSU-da Vyetnamın ilk Prezidenti Ho Şi Minin 135 illiyinə həsr edilmiş Memorial otağın açılışı olub
08.05.2025 - 12:10 -
“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin yekun konserti keçirilib
08.05.2025 - 11:10