Bu şəxslərin də təhsil haqqı xərcləri dövlət hesabına qarşılanacaq
Aprelin 14-də “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib.
Yeni dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025-2026-cı, 2026-2027-ci, 2027-2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə ödənişli əsaslarla qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil almaqda olan şəxslərin təhsil haqqı xərcləri 2025-2026-cı tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Qanunda edilən dəyişiklik işğaldan azad edilmiş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi və zəruri kadr potensialının formalaşdırılması sahəsində həyata keçirilən kompleks tədbirlər çərçivəsində həmin ərazilərin iqtisadi potensialı və əmək bazarının tələbləri nəzərə alınaraq peşə təhsilinin stimullaşdırılması məqsədini daşıyır.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
