• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır

Aprelin 27-də IX və X sinif şagirdləri arasında təşkil olunan “Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib.    Olimpiadanın ilkin mərhələsində 10 minə yaxın şagird iştirak edib.    Bu mərhələ çərçivəsində olimpiadanı izləmək üçün Bakı şəhəri Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbə mediatur təşkil olunub. Mediaturda Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutunun rəsmiləri, millət vəkilləri, Qərbi Azərbaycan İcmasının üzvləri və media nümayəndələri iştirak ediblər.    Bakıda təşkil edilən olimpiada mərkəzlərində ümumilikdə 975 şagird iştirak edib.   İlkin mərhələnin nəticələri əsasında olimpiadanın regional mərhələsində iştirak edəcək şagirdlər müəyyən olunacaq.    Olimpiadanın final mərhələsinin iyun ayında Naxçıvan Muxtar Respublikasında keçirilməsi planlaşdırılır.    Qeyd edək ki, olimpiada Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilir.    Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədiyə səfər edib

Aprelin 26-da Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Ağcabədi rayonunda olub.   Əvvəlcə Ağcabədi şəhərində Şəhidlər xiyabanı ziyarət edilib və onların xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb.    Səfər çərçivəsində Mətin Kərimli Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovla görüşərək fikir mübadiləsi aparıb.   Sonra Aparat rəhbəri Ağcabədi şəhəri 8 nömrəli körpələr evi-uşaq bağçasında olub, müsabiqə yolu ilə işə yeni qəbul olunmuş tərbiyəçi-müəllimlərlə görüşüb.    Daha sonra 1 nömrəli tam orta məktəbi ziyarət edən Mətin Kərimli sözügedən təhsil müəssisəsində çalışan, şəhid Akif Abbasovun anası Xanım Mehtiyeva ilə görüşüb və burada dərs prosesində iştirak edib. Bundan əlavə, məktəbin fiziki tərbiyə müəllimi, 44 günlük Vətən müharibəsinin iştirakçısı Elgün Həsənovla da görüş keçirilib, xatirə fotosu çəkdirilib.   Səfər çərçivəsində M.F.Axundov adına Ağcabədi şəhəri 3 nömrəli məktəb-liseydə də olan Mətin Kərimli bu təhsil müəssisəsində STEAM dərsini izləyib, ABŞ-də keçirilən Kopernik Olimpiadasında III yeri qazanan, məktəbin IX sinif şagirdi Səbuhi Səlimli ilə görüşərək ona uğurlar arzulayıb.   Daha sonra Mətin Kərimli Ağcabədi rayonu üzrə təhsil sektorunun inzibati binasına baxış keçirib və əməkdaşların iş şəraiti ilə tanış olub.   Mətin Kərimli ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlərlə də görüşüb. Görüşdə Aparat rəhbəri son illərdə təhsil sahəsində həyata keçirilən islahatlar, müəllimlərin bilik və bacarıqlarının artırılması, eləcə də effektiv kommunikasiyanın əhəmiyyətindən danışıb.   Səfər çərçivəsində Mətin Kərimli həmçinin vətəndaşları qəbul edib, müraciətlərin operativ araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.

Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib

Aprelin 26-da “Elektron tibbi arayış” xidmətinin təqdimat mərasimi keçirilib.    Təqdimat mərasimində çıxış edən TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib ki, ən çox tələb olunan tibbi arayışlar artıq elektronlaşdırılıb. Bununla da tibb müəssisələrindəki növbələr aradan qaldırılacaq.    Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli bildirib ki, Elm və Təhsil Nazirliyi əhatə dairəsinə görə vətəndaşlara göstərilən elektron xidmətlər üzrə ölkənin ən böyük müəssisələrindən biridir. Nazir müavini əlavə edib ki, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən vətəndaşlara göstərilən daha bir xidmətin inteqrasiyası sahəsində işlər aparılır.    Təqdimatda qeyd olunub ki,  arayışların elektron qaydada verilməsinə başlanılması vətəndaşlarda məmnunluq hissini daha da artırmış olur.   Sonra “Rəqəmsal tibbi həllər” MMC-nin direktor müavini Misirxan Sadıqzadə elektron tibbi arayışlar barədə təqdimatla çıxış edib. Direktor müavini tibbi arayışların elektron tərtibatı, eləcə də necə əldə olunmasına dair geniş məlumat verib.

Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146) daha bir region üzrə vətəndaşların sorğularını cavablandıracaq.  Vətəndaşlar 146 – 0 – 10 nömrəsi ilə əlaqə yaratmaqla Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı sorğu və şikayətlərinə cavab ala bilərlər.

“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib

Aprelin 25-də Elm və Təhsil Nazirliyində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan kapitalı” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.    İşçi qrupunun rəhbəri, elm və təhsil nazirinin müavini İdris İsayev və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev açılış nitqi ilə çıxış ediblər və işçi qrupunun ötən dövr üzrə ümumi fəaliyyəti, əldə olunmuş uğurlar və gözləntilər barədə məlumat veriblər.     Daha sonra “İnsan kapitalı” işçi qrupunun katibi Röya Musayeva 2022 və 2023-cü illər üçün Fəaliyyət Planı üzrə beynəlxalq reytinqlərdə indikatorların dəyişmə dinamikası və ehtimal olunan yeniliklər barədə təqdimatla çıxış edib. Röya Musayeva görülmüş işlər, çətinliklər, eyni zamanda gələcək planlar barədə məlumatı iştirakçıların diqqətinə çatdırıb.      İclas Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nicat Əsədli və İqtisadiyyat Nazirliyinin şöbə müdirinin müavini Natiq Məmmədlinin təqdimatları ilə davam etdirilib.    Yekunda işçi qrupunun fəaliyyəti, cari və qarşıda duran digər məsələlərə dair qərarlar qəbul edilib.

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

Aprelin 25-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb.    Görüş zamanı nazir müavini proqram iştirakçılarına onlara yaradılan imkanlardan doğru faydalanmağı, hər zaman öz üzərlərində çalışaraq müasir dünyanın çağırışlarına uyğun bilik və bacarıqlara yiyələnməyi tövsiyə edib.    Proqram iştirakçılarına uğurlar arzulayan Firudin Qurbanov daha sonra onların suallarını cavablandırıb.    Qeyd edək ki, 27 nəfər “Maarifçi” tələbə-məzun təcrübə proqramında iştirak hüququ qazanıb.   Proqram ərzində 13 nəfər Elm və Təhsil Nazirliyi, 2 nəfər Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, 6 nəfər Peşə Təhsili üzrə Dövlət Agentliyi və 6 nəfər Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq struktur bölmələrində təcrübə keçəcəklər.   Elm və Təhsil Nazirliyi və qurumlarında təcrübə imkanları yaradan “Maarifçi” proqramının məqsədi elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək olmaqdır.   Proqram 3 ay müddətində davam edəcək. Sonda isə iştirakçılara sertifikat təqdim olunacaq.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər.   Dövlət başçılarına layihə barədə məlumat verildi.   Bildirildi ki, Xıdırlı kənd tam orta məktəbinin inşası üçün 2,7 hektar ərazi ayrılıb. İki yerüstü və bir yeraltı mərtəbədən ibarət olacaq binada 22 kabinet yaradılacaq. Məktəbdə, həmçinin idman və akt zalları, 2 əmək kabineti, kitabxana, fizika, kimya və biologiya laboratoriyaları, 2 informatika kabineti, ilkin hərbi hazırlıq kabineti istifadəyə veriləcək. Məktəbin ərazisində idman meydançası, köşk, kiçik skamyalar, qazanxana yaradılacaq. Tikinti işlərinin 2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır.   Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov Xıdırlı kənd tam orta məktəbinin təməlini qoydular.   Qeyd edək ki, Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan dövləti adından Ağdamın Xıdırlı kəndində tam orta məktəb binasının inşası iki ölkə arasında sarsılmaz qardaşlıq münasibətlərinin göstəricisidir.   https://president.az

Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb

Aprelin 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Qırğız Respublikasının təhsil və elm naziri Doqdurkul Kendirbayeva ilə görüşüb.    Görüş zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş”dən irəli gələn tədbirlərin icrası ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.    Görüşdə həmçinin iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan–Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.   Mərasim zamanı Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Qırğız Respublikasının təhsil və elm naziri Doqdurkul Kendirbayeva “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.   Sazişə əsasən, tərəflər təhsil müəssisələri arasında birbaşa əlaqələrin qurulmasını və inkişafını, təcrübə mübadiləsini təşviq edəcəklər, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığı gücləndirmək məqsədilə müəllim, tədqiqatçı, alim və digər təhsil işçilərinin səfərlərini həyata keçirəcəklər.   Saziş çərçivəsində eyni zamanda hər iki tərəf milli qanunvericiliklərinə uyğun və qarşılıqlılıq əsasında digər dövlətin vətəndaşlarına öz ölkəsinin universitetlərində təhsil almaq üçün bakalavriat proqramları üzrə hər il 5 kvota yeri ayıracaq.

10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Aprelin 27-də IX və X sinif şagirdləri arasında təşkil olunan “Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçiriləcək. Olimpiadanın ilkin mərhələsində 10 minə yaxın şagird iştirak edəcək.    İlkin mərhələdə şagirdlərə qapalı test formatında 30 sual təqdim ediləcək və onların cavablandırılması üçün 70 dəqiqə vaxt veriləcək. Bu mərhələnin nəticələri əsasında olimpiadanın regional mərhələsində iştirak edəcək şagirdlər müəyyən olunacaq.    Olimpiadanın final mərhələsinin iyun ayında Naxçıvan Muxtar Respublikasında keçirilməsi planlaşdırılır.    Qeyd edək ki, olimpiada Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilir.    Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.

27/04/2024

Aprelin 26-da Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Ağcabədi rayonunda olub. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://bit.ly/3UydO7s

Ətraflı
27/04/2024

Aprelin 27-də IX və X sinif şagirdləri arasında təşkil olunan “Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib. #ElmVəTəhsilNazirliyi #EduAz #Olimpaida Ətraflı: https://bit.ly/44kKMeJ

Ətraflı
26/04/2024

58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında iştirak edən milli komandamız ölkəmizə 3 medal qazandırıb.

Ətraflı