Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədiyə səfər edib
Aprelin 26-da Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Ağcabədi rayonunda olub.
Əvvəlcə Ağcabədi şəhərində Şəhidlər xiyabanı ziyarət edilib və onların xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb.
Səfər çərçivəsində Mətin Kərimli Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovla görüşərək fikir mübadiləsi aparıb.
Sonra Aparat rəhbəri Ağcabədi şəhəri 8 nömrəli körpələr evi-uşaq bağçasında olub, müsabiqə yolu ilə işə yeni qəbul olunmuş tərbiyəçi-müəllimlərlə görüşüb.
Daha sonra 1 nömrəli tam orta məktəbi ziyarət edən Mətin Kərimli sözügedən təhsil müəssisəsində çalışan, şəhid Akif Abbasovun anası Xanım Mehtiyeva ilə görüşüb və burada dərs prosesində iştirak edib. Bundan əlavə, məktəbin fiziki tərbiyə müəllimi, 44 günlük Vətən müharibəsinin iştirakçısı Elgün Həsənovla da görüş keçirilib, xatirə fotosu çəkdirilib.
Səfər çərçivəsində M.F.Axundov adına Ağcabədi şəhəri 3 nömrəli məktəb-liseydə də olan Mətin Kərimli bu təhsil müəssisəsində STEAM dərsini izləyib, ABŞ-də keçirilən Kopernik Olimpiadasında III yeri qazanan, məktəbin IX sinif şagirdi Səbuhi Səlimli ilə görüşərək ona uğurlar arzulayıb.
Daha sonra Mətin Kərimli Ağcabədi rayonu üzrə təhsil sektorunun inzibati binasına baxış keçirib və əməkdaşların iş şəraiti ilə tanış olub.
Mətin Kərimli ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlərlə də görüşüb. Görüşdə Aparat rəhbəri son illərdə təhsil sahəsində həyata keçirilən islahatlar, müəllimlərin bilik və bacarıqlarının artırılması, eləcə də effektiv kommunikasiyanın əhəmiyyətindən danışıb.
Səfər çərçivəsində Mətin Kərimli həmçinin vətəndaşları qəbul edib, müraciətlərin operativ araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.
2 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
