Xəbərlər
Elanlar
✅ AHİK-in üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin təşkilatçılığı ilə nazirlik və tabe qurum nümayəndələrinin “Təhsil” istirahət mərkəzinə infoturu təşkil olunub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #AHİK
Ətraflı✅ Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün təlim proqramı hazırlanıb ✅ Azərbaycan və Gürcüstan arasında hökumətlərarası əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin əldə etdiyi razılaşmaya əsasən Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) və Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyinin tabeliyində fəaliyyət göstərən LEPL – Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəzi (TPDC) Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün birgə təlim proqramı hazırlayıb. ✅ Cari ilin 17-24 avqust tarixlərində təlim proqramında və kurslarda iştirak etmək istəyən azərbaycandilli ibtidai sinif müəllimləri aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://tinyurl.com/5ysptat3 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı? 9-16 avqust tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilən Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2026) məktəblilərimiz 3 bürünc medal qazanıblar. Bürünc medalçılarımız: ? Həsən Vəliyev – Bakı şəhəri 157 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi ? Əkbər Əhmədov – Fizika-riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi ? Əhməd Qəmbərli – Bakı Türk Anadolu liseyinin 11-ci sinif şagirdi ?Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun “Azercell Telekom” MMC ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir. #ElmVəTəhsilNazirliyi #EduAz #ARTİ #AzercellTelekom #IOI2026
Ətraflı