Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Oktyabrın 3-də İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin 3 illik fəaliyyətinin yekunlarına həsr olunmuş sərginin açılış mərasimi keçirilib.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev, Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin direktoru Xalid Azzam və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov iştirak edib.  “İçərişəhər”in və Şahzadə Məktəbinin birgə layihəsi olan “İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi” Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2012-ci ilin oktyabr ayından etibarən tədris və sənətkarlıq mərkəzi kimi fəaliyyət göstərir. Mərasim iştirakçıları əvvəlcə sərgi ilə tanış olublar. Sərgidə batika, keramika, zərgərlik və taxta üzərində oyma sənəti nümunələri nümayiş edilir. Hazır məhsullar və yaradıcılıq prosesini təsvir edən posterlərlə tanışlıqdan sonra qonaqlara Mərkəzin yaradılması və fəaliyyətini əks etdirən film nümayiş olunub. Tədbirin rəsmi açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, “İçərişəhər” İdarəsinin rəisi Samir Nuriyev, Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin direktoru Xalid Azzam və Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov çıxış edərək Mərkəzin ötən müddət ərzində uğurlu fəaliyyətindən, milli tətbiqi-dekorativ incəsənət sahələrinin inkişafına verdiyi töhfədən danışıblar. Natiqlər layihənin gerçəkləşdirilməsində Heydər Əliyev Fondunun və onun Prezidenti, Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım Əliyevanın əvəzsiz rolunu vurğulayaraq, daimi olaraq göstərilən dəstəyə görə ona xüsusi minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, Təhsil Nazirliyinin və Rəssamlıq Akademiyasının birgə layihəsi çərçivəsində Mərkəzdə bu təhsil müəssisəsinin tələbələri təcrübə keçəcəklər. Daha sonra İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin ilk məzunlarına diplomlar təqdim edilib. Sonda tədbir iştirakçıları Mərkəzin emalatxanası ilə tanış olmuşlar. Azərbaycanın zəngin ənənəvi incəsənət irsinin öyrənilməsinə və canlandırılmasına xidmət edən bu Mərkəz “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətində rəhbər tutduğu “CANLI TARİX” konsepsiyası çərçivəsində yaradılıb. Layihənin əsas məqsədi həm də Azərbaycanın zəngin milli-mədəni irsinə uyğun ənənəvi naxışların müasir üsullarla işlənərək yeni dizaynlı məhsulların istehsalına və bu məhsulların beynəlxalq səviyyədə təbliğinə nail olmaqdan ibarətdir. İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin tələbələrinin hazırladıqları əl işləri ölkəmizdə və xaricdə keçirilən sərgilərdə xalqımızın zəngin incəsənət irsini uğurla təbliğ edir. Eyni zamanda, Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində şagirdlər üçün Mərkəzin nəzdində Gənc Rəssamlar Klubu yaradılıb. Burada Mərkəzin tələbələri öz bilik və bacarıqlarını uşaqlarla bölüşürlər.

Oktyabrın 2-də təhsil naziri Mikayıl Cabbarov Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərini qəbul edib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, keçirilən qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda 33 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), Kommutator xidmətinə daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində 2015-ci ilin sentyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 11479 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,4 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə çox) zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 7598 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 662 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1704 sənəd (981 ərizə, 655 məktub, 68 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlərdə daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu və yerdəyişməsi, ümumi təhsil müəssisələrinə uşaqların qəbulu və yerdəyişməsi, yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası ilə bağlı məsələlər əksini tapıb. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə (2851 zəng) və çərşənbə axşamı (2738 zəng) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 13:30-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (1865 müraciət), çərşənbə (1804 müraciət) və çərşənbə axşamı (1781 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

Sentyabrın 30-da Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Roma  şəhərində  İtaliya Respublikasının təhsil, universitetlər və tədqiqat naziri Stefania Gianini ilə görüşüb.

Görüşdə Azərbaycanla İtaliya arasında əlaqələrin yüksək səviyyədə inkişaf etməsindən məmnunluq ifadə olunub, hər iki ölkə rəhbərliyinin bu əlaqələrin genişlənməsinə və xalqlarımız arasında dostluğun gücləndirilməsinə göstərdiyi diqqət xüsusilə qeyd edilib. Azərbaycan-İtaliya Universitetlərarası Forumunun müvəffəqiyyətlə keçirilməsi və forumun nəticələrinə əsasən, iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Həmçinin, nazirlər Azərbaycanla İtaliya arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, ali təhsil müəssisələri arasında tələbə və professor-müəllim heyətinin mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi perspektivləri və Azərbaycanda italyan dilinin tədrisinə dəstək kimi məsələləri müzakirə ediblər. Qeyd edək ki, “Milan Expo 2015” Ümumdünya Sərgisi çərçivəsində Azərbaycan pavilyonunda təşkil olunmuş Azərbaycan-İtaliya Universitetlərarası Forumunda iştirak etmək üçün təhsil naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə Təhsil Nazirliyinin və ölkəmizin 11 dövlət ali təhsil müəssisəsinin məsul şəxslərindən ibarət nümayəndə heyəti İtaliyada səfərdə olub.

İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirmələri akrobatika gimnastikası üzrə 8-ci Avropa çempionatında uğurla çıxış ediblər.

Almaniyanın Rieza şəhərində keçirilmiş akrobatika gimnastikası üzrə 8-ci Avropa çempionatına 27 ölkədən 200-dən artıq idmançı qatılıb. Yarışda ölkəmizi Gimnastika Məktəbinin yetirmələri, milli yığma komandanın üzvləri Ağasif Rəhimov, Seymur Cəfərov, Murad Əkbərov və Nurcan Cabbarlı təmsil ediblər. 12-18 yaş qrupu üzrə gərgin keçən mübarizədə kişi cütlüyündə Seymur Cəfərov və Murad Əkbərov 2-ci yerə yüksələrək gümüş medala, qarışıq cütlükdə Ağasif Rəhimov və Nurcan Cabbarlı 3-cü nəticə göstərərək bürünc medala layiq görülüblər.

Sentyabrın 30-da Bakı şəhərindəki 47 nömrəli tam orta məktəbdə yaradılmış “Sağlam təhsil” sinfi ilə tanışlıq məqsədilə mediatur keçirilib.

Tədbirdə müxtəlif KİV-ləri təmsil edən 20-dək mətbuat nümayəndəsi iştirak edib.  Mediatur zamanı media nümayəndələrinə “Sağlam təhsil” sinifləri barədə geniş məlumat verilib. Bildirilib ki, 2015-2016-cı tədris ilində “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində daha 52 “Sağlam təhsil” sinfi yaradılıb. Hazırda Bakıda 33, Sumqayıtda 1 ümumtəhsil məktəbi olmaqla, ümumilikdə 34 təhsil ocağında 67 “Sağlam təhsil” sinfi fəaliyyət göstərir. Həmin siniflərdən 15-i ötən tədris ilində yaradılıb. Qeyd edək ki, “Sağlam təhsil” siniflərində tədris hərəkətli təlim şəraitində həyata keçirilir. Şagird masaları həm oturaraq, həm də ayaqüstə çalışmaq imkanı verir. Bu siniflərdə dərs deyən müəllimlərin maarifləndirməsi işini daha səmərəli təşkil etmək məqsədilə “Sinif gigiyenası” adlı metodik vəsait hazırlanıb və  həmin vəsait müəllimlərə çatdırılıb. Ötən tədris ilindən fəaliyyət göstərən 15 “Sağlam təhsil” sinfində keçirilmiş tibbi monitorinq bu siniflərdə tətbiq edilən texnologiyaların uşaqların sağlamlığına müsbət təsir etdiyini aşkara çıxarıb. Eyni zamanda belə siniflərdə təhsil alan şagirdlərin fiziki və intellektual cəhətdən daha yaxşı inkişaf etdiyi, onların öyrənmə qabiliyyətinin, habelə emosional-psixoloji durumunun yüksəldiyi müəyyən edilib.  “Sağlam təhsil-sağlam millət” layihəsinin əsas məqsədi təhsilalanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarətdir.  

Sentyabrın 29-da Milan şəhərində Azərbaycan-İtaliya Universitetlərarası Forum keçirilib.

  Səfərin məqsədi Azərbaycan-İtaliya Universitetlərarası Forumunda təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etməkdir. M.Cabbarov Forumdan əvvəl “Milan Expo 2015” Ümumdünya sərgisindəki Azərbaycan pavilyonunda İtaliyada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Söhbət zamanı bu ölkədə tələbələrimizin təhsili və yaşayışı ilə bağlı aktual məsələlər müzakirə olunub. Təhsil naziri tələbələrimizin oxuduqları xarici ali məktəblərdə Azərbaycanı layiqincə təmsil etmələrinin, ölkəmizlə bağlı həqiqətlərin italiyalılara çatdırılmasında fəal olmalarının vacibliyini vurğulayıb. Daha sonra ölkəmizin Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan-İtaliya Universitetlərarası Forum işə başlayıb. Tədbirdə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov, hər iki ölkənin təhsil nazirliklərinin və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Forumun məqsədi Azərbaycan və İtaliya ali təhsil müəssisələri arasında mövcud əlaqələri genişləndirmək, yeni əlaqələr qurmaq, aktual mövzuları müzakirə etmək, təcrübə mübadiləsi və birgə proqramlar həyata keçirmək imkanlarını dəyərləndirmək olub. Tədbiri açan təhsil naziri M.Cabbarov Forumun təşkilində göstərdiyi dəstəyə görə İtaliyanın Təhsil, Universitetlər və Tədqiqatlar Nazirliyinə minnətdarlığını bildirib. Azərbaycanın hələ qədim dövrlərdən bilik və yaradıcılıq mərkəzlərindən olduğunu diqqətə çatdıran nazir ölkəmizin dünyanın təhsil, ədəbiyyat, incəsənət aləminə verdiyi mühüm töhfələrdən danışıb. M.Cabbarov Azərbaycanda davamlı sosial-iqtisadi inkişafın, əhalinin həyat səviyyəsinin yüksəldilməsinin prioritet olduğunu bildirib. Vurğulayıb ki, bu istiqamətlər Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapıb. Azərbaycanın müstəqilliyinin bərpasından sonra əsas inkişaf mərhələlərindən danışan nazir dövlət quruculuğu, ictimai-siyasi sabitlik, yoxsulluğun azaldılması və digər istiqamətlərdə yüksək nəticələrin əldə olunduğunu qeyd edib. Nazir ölkəmizdə insan kapitalının zənginləşdirilməsi istiqamətində təhsil sisteminin önəmindən danışıb. Vurğulayıb ki, bu sahənin inkişafında önəmli addımlardan biri 2013-cü ilin oktyabrında qəbul olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”dır. Təhsilin bütün pillələrində genişmiqyaslı, eyni zamanda, düşünülmüş islahatlar həyata keçirilir. Ali təhsil sahəsində önəmli istiqamətlərdən biri Azərbaycanda ali təhsil müəssisələrinin Bolonya prosesi çərçivəsində fəaliyyət göstərməsi, universitetlərdə yeni maliyyələşmə və idarəetmə sisteminin qurulmasıdır. Bu inkişaf istiqamətləri təhsil sahəsində beynəlxalq əlaqələrimizin genişlənməsini zəruri edir. M.Cabbarov bildirib ki, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair dövlət proqramları çərçivəsində 3 min 500-dən artıq tələbə dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edib. Bununla yanaşı, Azərbaycanın ali təhsil müəssisələrinə müxtəlif ölkələrin universitetlərindən, akademiyalarından görkəmli professorların, tədqiqatçıların dəvət olunması da nəzərdə tutulub. Bu, ölkəmizin təhsil sisteminin inkişafını təmin edəcək və rəqabətqabilliyəliliyini artıracaq. Azərbaycan və İtaliyanın ali təhsil müəssisələri arasında müxtəlif istiqamətlərdə geniş əməkdaşlıq əlaqələri qurulub. İtaliyanın bir sıra universitetlərində azərbaycanşünaslıq kafedraları, ölkəmizlə bağlı tədqiqat mərkəzləri fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycanda bir sıra Avropa ali təhsil institutları ilə birgə proqramlar icra olunur. İtaliyanın Təhsil, Universitetlər və Tədqiqatlar Nazirliyinin ali təhsilin beynəlmilləşdirilməsi departamentinin müdiri Federiko Cinquepalmi çıxış edərək ölkələrimiz arasında universitetlərarası əməkdaşlığın genişləndirilməsindən danışıb. Bildirib ki, İtaliya müvafiq istiqamətdə Azərbaycan ilə əlaqələrin genişlənməsinə böyük əhəmiyyət verir. Bu baxımdan, universitetlərimiz arasındakı mövcud münasibətlərə xüsusi diqqət yetirilməlidir. Təhsil nazirliklərimiz birgə layihələr və tədbirlər həyata keçirməklə bir sıra uğurlar əldə edə bilərlər. Bundan sonra da oxşar və qədim mədəniyyətlərə malik ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində əməkdaşlığımızın genişləndirilməsi üçün bir sıra tədbirlərin reallaşdırılması vacibdir. Daha sonra “Tələbə mobilliyi və ikitərəfli əməkdaşlıq” mövzusunda birinci panel iclas işə başlayıb. İclasda çıxış edən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, Romada fəaliyyət göstərən “Link Campus” Universitetinin prezidenti Vinçenzo Skotti, La Sapienza Universitetinin vitse-rektoru Antonello Biacini tələbə mübadiləsi, ölkələrimizin ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi və yeni birgə layihələrin icrası kimi məsələlərə toxunublar. “Universitetlər arasında əməkdaşlığın gücləndirilməsində ikili diplom proqramlarının rolu” mövzusundakı ikinci panel iclasda isə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Roma Tre Universitetinin rektoru Mario Panizza, Brescia Universitetinin prorektoru Maurizio Memo bu cür tədbirlərin hər iki ölkənin təhsil sistemi ilə qarşılıqlı tanış olmaq və təcrübə mübadiləsi aparmaq baxımından önəmini vurğulayıblar. Tədbir müzakirələrlə davam etdirilib. Daha sonra “Milan Expo 2015” Ümumdünya sərgisindəki Azərbaycan pavilyonuna baxış olub. Bildirilib ki, “Biomüxtəlifliyin xəzinəsi” adlanan pavilyon vasitəsilə sərginin ziyarətçiləri Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi, iqtisadi-mədəni potensialı ilə tanış olmaq imkanı əldə edirlər.   Maqsud Dadaşov AZƏRTAC-ın xüsusi müxbiri Milan

İtaliyanın Milan şəhərində Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan-İtaliya Universitetlərarası Forum işə başlayıb.

Bu ilin may-oktyabr aylarında Milanda “Dünya sərgisi” çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının rəsmi pavilyonu təşkil olunub. Azərbaycan-İtaliya Universitetlərarası Forumunda hər iki ölkənin Təhsil nazirlikləri və ali təhsil müəssisələrinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti iştirak edir. Təhsil naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə 28-30 sentyabr 2015-ci il tarixlərində Milanda səfərdə olan Təhsil Nazirliyinin və ölkəmizin 11 dövlət ali təhsil müəssisəsinin məsul şəxslərindən ibarət nümayəndə heyəti tələbə mobilliyi və ikitərəfli əməkdaşlıq, ikili diplom proqramlarının universitetlərarası əməkdaşlığın gücləndirilməsində rolu və digər vacib mövzular ətrafında fikir mübadiləsi aparacaq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcək. Forumun məqsədi Azərbaycan və İtaliya ali təhsil müəssisələri arasında mövcud əlaqələrin genişləndirilməsi, yeni təmasların qurulması, aktual mövzuların müzakirəsi, təcrübə mübadiləsinin və birgə proqramların həyata keçirilməsi imkanlarını dəyərləndirməkdən ibarətdir.

Təhsil Nazirliyinin “Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” mövzusunda keçirdiyi respublika müsabiqəsinə yekun vurulub.

Bakı şəhəri 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində qaliblərin mükafatlandırılması mərasimi keçirilib və eyni zamanda burada ən yaxşı işlərdən ibarət sərgi təşkil olunub. Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, internat nəktəbləri, yardaıcılıq mərkəzləri, ilk-peşə  ixtisas təhsili müəssisələrinin nümayəndələri və müsabiqə qalibləri iştirak ediblər. Müsabiqənin keçirilməsində məqsəd istedadlı uşaq və gəncləri üzə çıxarmaq, onların yaradıcılıq potensialını inkişaf etdirmək, məktəbliləri yaradıcılıq dərnəklərinə daha geniş cəlb etmək, uşaq yaradıcılıq mərkəzləri arasında təcrübə mübadiləsini təşkil etməkdən ibarətdir. Artıq 4-cü dəfədir ki, keçirilən müsabiqədə bu il ilk dəfə olaraq respublikada fəaliyyət göstərən internat məktəbləri və ilk-peşə ixtisas təhsili müəssisələrinin şagirdləri də iştirak edib. Müsabiqə dekorativ tətbiqi sənət, dizayn, floristika nominasiyaları olmaqla 20 növ üzrə keçirillib. Müsabiqə rayon (şəhər) və respublika mərhələləri üzrə 2 mərhələdə təşkil olunub. Müsabiqənin ilk mərhələsinə 4 mindən yuxarı iştirakçı qatılıb. Müsabiqənin respublika mərhələsinə isə 1000-ə yaxın əl işi təqdim edilib. Münsiflər heyəti tərəfindən  81 qalib və 24 fəal iştirakçı müəyyən olunub. Müsabiqənin Respublika mərhələsində I, II və III yerləri tutan iştirakçılar Təhsil Nazirliyinin diplomu və qiymətli hədiyyələri ilə mükafatlandırılıb. Müsabiqə qaliblərinin və seçilmiş ən yaxşı işlərin fotolarından ibarət kataloq hazırlanır.

Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, fizika, informatika, tarix, ingilis dili, coğrafiya və ibtidai sinif müəllimliyi ixtisasları üzrə təlimçi seçimi üçün müsabiqə elan olunub.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən fənn müəllimlərinin ixtisasartırma  proqramında fəaliyyət göstərmək məqsədilə elan edilmiş müsabiqədə iştirak etmək istəyənlər 15 oktyabr 2015-ci il tarixdən gec olmayaraq özü haqqında şəxsi məlumatı (CV) assessment@edu.gov.az elektron poçt ünvanına göndərməlidir. Tələblərə uyğun  namizədlər  müsahibəyə dəvət olunacaqdır. Müsahibədən keçən şəxslər təlimçi bacarıqlarını inkişaf etdirmək üçün Təhsil Nazirliyinin təşkil etdiyi müxtəlif təlimlərə cəlb ediləcək. Uğurlu namizədlərə ixtisasartırma proqramları üzrə təlimçi statusu veriləcək.   Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, fizika, informatika, tarix, ingilis dili, coğrafiya və  ibtidai sinif müəllimliyi  ixtisasları üzrə təlimçi seçimi  üçün  müsabiqə

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı