Təhsil naziri Fransanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib
Noyabrın 25-də təhsil naziri Mikayıl Cabbarov Fransa Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Orelia Buşezi qəbul edib.
Mikayıl Cabbarov ilk öncə 13 noyabr tarixində Parisdə baş vermiş dəhşətli terror hadisələri ilə əlaqədar səfirə başsağlığını verib.
Səfir Azərbaycan tərəfinin dəstəyindən və tolerantlığa əsaslanan prinsipial mövqeyindən təsirləndiyini bildirib və buna görə təhsil nazirinə təşəkkürünü ifadə edib.
Təhsil naziri 2-4 noyabr tarixlərində Fransa Respublikasına işgüzar səfəri çərçivəsində fransalı həmkarı ilə görüşdüyünü, Yuxarı Elzas Universitetində Nizami Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrasının açılışında iştirak etdiyini qeyd edib.
Bakı Fransız Liseyinin fəaliyyətindən və Azərbaycan-Fransız Universitetinin təsis edilməsinə dair danışıqların davam etdirilməsindən razılığını ifadə edən Mikayıl Cabbarov təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
10 il əvvəl
Digər xəbərlər
-
Təhsilalan və təhsilverənlərin vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair tədbirlərə başlanılır
21.04.2026 - 12:16 -
Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də
21.04.2026 - 11:27 -
Emin Əmrullayev Pekin Kimya Texnologiya Universitetinin rektoru ilə görüşüb
21.04.2026 - 10:40 -
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16
