Şahmat çempionatı başa çatıb
“Təhsil” Respublika İdman Mərkəzinin (RİM) şahmat üzrə Respublika çempionatının final mərhələsi keçirilib.
Quba rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində keçirilən final 6 yaş qrupu üzrə təşkil olunub. Finalda zona yarışlarında I, II və III yerləri tutan oğlan və qız şahmatçılar iştirak ediblər. Ümumilikdə yarışlara 800-dək məktəbli qatılıb.
Turnir Beynəlxalq Şahmat Federasiyasının qaydalarına əsasən, İsveçrə sistemi üzrə keçirilib.
Yarışın nəticəsinə əsasən, komanda hesabında I yerə Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər Şahmat-İdman Məktəbinin, II yerə Quba Rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin, III yerə isə 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin komandaları layiq görülüb.
Çempinatda yaş qrupları üzrə birinci yerə layiq görülən şahmatçılar 2016-ci ildə Tunisdə keçiriləcək məktəblilərin dünya çempionatında çıxış etmək hüququ qazanıblar. İkinci yerlərin sahibləri isə Yunanıstanda keçiriləcək məktəblilərin Avropa çempionatında ölkəmizi təmsil edəcəklər.
Qalib şahmatçılar diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.
10 il əvvəl
Digər xəbərlər
-
Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümünün bağlanış mərasimi keçirilib
06.06.2026 - 13:00 -
Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
06.06.2026 - 11:00 -
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00
