Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2024-2025-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə məlumatı

Azərbaycan Respublikasının Prezidentinin 8 iyul 2023-cü il tarixli Sərəncamına uyğun olaraq Xarici İşlər Nazirliyi ilə Elm və Təhsil Nazirliyi tərəfindən birgə icra edilən “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının 2024-2025-ci tədris ili üzrə namizədlərin seçimi prosesi başa çatıb. Proqrama müraciət etmiş 47 ölkədən yüzlərlə namizəd sırasından 35 ölkə üzrə 100 nəfər təhsil qrantına layiq görülüb.   Seçilmiş namizədlər əsasən Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti olmaqla Azərbaycanın 10 ali təhsil müəssisəsində müxtəlif təhsil səviyyələrində təhsil alacaqlar.   Qeyd edək ki, bu proqrama əsasən, İƏT və QH-yə üzv ölkələr, İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna daxil olan ölkələr və xalqımızla etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələrin vətəndaşlarının 5 il ərzində Azərbaycan Respublikasının ali təhsil müəssisələrində müxtəlif təhsil səviyyələri üzrə təhsil almaları nəzərdə tutulub.    Sözügedən proqramın şərtlərinə əsasən, illik əsasda 100, ümumilikdə 500 nəfər xarici ölkə vətəndaşları üçün təhsil qrantının ayrılması nəzərdə tutulur.   Xatırladaq ki, hələ ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin siyasəti nəticəsində azərbaycanlı tələbələrin xarici ölkələrin ali təhsil müəssisələrində, əcnəbi tələbələrin isə Azərbaycan ali təhsil müəssisələrində təhsil alması üçün müvafiq imkan yaradılıb. 1970-1980-ci illərdə hazırlanan mütəxəssislər müstəqil Azərbaycanın, əcnəbi məzunlar isə təmsil etdikləri ölkələrin iqtisadi, siyasi və mədəni inkişafında mühüm rol oynayıb və nailiyyətlərin əldə olunmasına öz töhfələrini veriblər. Təsadüfi deyildir ki, həmin dövrdə ölkəmiz Asiya, Afrika və Latın Amerikası dövlətlərinin vətəndaşları üçün əsas təhsil mərkəzlərindən birinə çevrilib və Azərbaycanın bir çox xarici dövlətlərlə münasibətlərinin qurulmasında və möhkəmləndirilməsində məhz həmin kadrların müstəsna xidmətləri olub.   Azərbaycan Respublikası 2017-2022-ci illər ərzində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) və Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin vətəndaşları üçün 200-dək təhsil qrantı proqramının həyata keçirilməsini təmin edib. Həmin qrant proqramları Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, İƏT və QH çərçivəsində əməkdaşlığın möhkəmlənməsinə, dost və tərəfdaş ölkələrdə insan resurslarının inkişafına nəzərəçarpan töhfələr verib.    Sözügedən təhsil qrantı proqramlarının uğurlu təcrübəsi əsasında “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı təsis edilib.

Orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşmədən qəbul olunanların qeydiyyatı davam edir

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşmədən qəbul olunanlar üçün qeydiyyat prosesi davam edir.  Namizədlər  https://portal.edu.az/ elektron xidmətində qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.  Elektron sistem üzrə qeydiyyat 3 oktyabr saat 18:00-da yekunlaşacaq.  Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Balakəndə elm və təhsil nazirinin qəbulunda iştirak edəcək vətəndaşların nəzərinə!

Elm və təhsil naziri Emin Əmrullayevin 30 sentyabr tarixində Balakən şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.    Qəbulun keçiriləcəyi tarix barədə növbəti günlərdə nazirliyin informasiya resurslarında əlavə məlumat veriləcək.

Azərbaycan nümayəndə heyəti Helsinkidə müəllimlərin peşəkar inkişafı ilə bağlı tədbirdə iştirak edib

Finlandiya Təhsil və Mədəniyyət Nazirliyinin dəvəti ilə Azərbaycan Respublikasından nümayəndə heyəti 17-20 sentyabr tarixlərində Helsinki şəhərində “Teaching Excellence-Empowering Educators” adlı tədbirdə iştirak edib. Tədbir Finlandiya Təhsil və Mədəniyyət, Estoniya Təhsil və Tədqiqat nazirlikləri və Avropa Təlim Fondunun birgə təşkilatçılığı ilə təşkil olunub. Tədbirin məqsədi Finlandiya və Estoniyada  müəllimlərin peşəkar inkişaf sahəsindəki təcrübələrini, müəllim peşəsinin nüfuzu və bu sahədə davam edən islahat təşəbbüslərini Şərq Tərəfdaşlığı  ölkələri ilə bölüşmək olub.   Dörd günlük səfər müddətində təhsil müəssisələrinə səfərlər edilib (ümumi təhsil, peşə təhsili və ali təhsil müəssisələri),  təhsil sahəsi üzrə rəsmi nümayəndələrlə görüşlər keçirilib, müəllim peşəsininin cəlbediciliyinin artırılması və müəllimlərin peşəkar inkişafı ilə bağlı  intensiv müzakirələr aparılıb.

Şəhidlərimizin xatirəsi yad edilib

Sentyabrın 27-də Elm və Təhsil Nazirliyinin kollektivi Anım Günü ilə əlaqədar Zəfər parkında olub. Parkın girişindəki xatirə daşının önünə gül dəstələri düzülüb, şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.

Füzuli rayonu Aşağı Alıxanlı kənd tam orta məktəbində ilk idman festivalı keçirilib

Sentyabrın 25-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə nazirliyin Uşaq və gənclərin inkişafı siyasəti şöbəsinin əməkdaşları, məşqçi-müəllimlər, fiziki tərbiyə müəllimlərindən ibarət heyətin Füzuli rayonuna səfəri təşkil olunub.   Səfər çərçivəsində Füzuli rayonu Ağamoğlan Cəbrayılov adına Aşağı Alıxanlı kənd tam orta məktəbinin pedaqoji kollektivi və şagirdləri ilə görüş keçirilib. Görüşdə gənc nəslin fiziki və mənəvi cəhətdən inkişafı, onların sağlamlığının təmin edilməsində idman və bədən tərbiyəsinin mühüm rol oynadığı vurğulanıb.   Daha sonra sözügedən məktəbdə baş tutan idman festivalı çərçivəsində məktəblilərin iştirakı ilə futbol, badminton idman növləri üzrə yarışlar keçirilib, TOPs proqramına uyğun estafet oyunları təşkil edilib, məktəblilərə hədiyyələr təqdim olunub.   Qeyd edək ki, festivalın keçirilməsində məqsəd təhsilalanlar arasında sağlam həyat tərzinin təbliği, idmana olan marağın artırılması, vətənpərvərlik ruhunun yüksəldilməsindən ibarət olub.

Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı ilə bağlı brifinq keçirilib

Sentyabrın 26-da STEAM İnnovasiya Mərkəzində Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalına həsr olunmuş brifinq keçirilib.    Giriş nitqi ilə çıxış edən Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev SAF-ın regionda şagird və tələbələrin qatıla bildiyi ən böyük festivallardan biri olduğunu qeyd edib. Azərbaycanda artıq 4 ildir ki beynəlxalq statuslu belə bir festivalın keçirilməsini əlamətdar hadisə olaraq qiymətləndirən Səbuhi Rzayev ölkəmizdə STEAM təhsilinin tətbiqində kifayət qədər uğurlu nəticələrin əldə olunduğunu da vurğulayıb.    Mərkəzi Asiya ölkələrində STEAM təhsil metodu ilə bağlı Azərbaycan təcrübəsinin tətbiq edildiyini və bu istiqamətdə maarifləndirmə işlərinin yerli mütəxəssislərimiz tərəfindən həyata keçirildiyini diqqətə çatdıran şöbə müdiri bunu ölkəmizin bu sahədə daha yaxşı yerdə olduğunun göstəricisi kimi qiymətləndirib.     Daha sonra festivala həsr olunmuş video nümayiş etdirilib.     Brifinqdə çıxış edən “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov festivala hazırlıq prosesindən danışıb. İqrar Nəzərov qeyd edib ki, ümumilikdə 2500-dən çox iştirakçı qeydiyyatdan keçib. Qeydiyyatdan keçən şagirdlərin 35 faizi Bakı, 55 faizdən çoxu regionlar, 10 faizə yaxın isə xarici ölkələrdəndir. Hazırda 15 xarici ölkəni təmsil edən iştirakçılar qeydiyyatdan keçib. Bu sayın 20-yə çatması nəzərdə tutulur. Layihə rəhbəri əlavə edib ki, bu il festivalın beynəlxalq münsiflər heyətinin tərkibi təxminən 30 nəfərdən ibarətdir.    Daha sonra festivalın yenilənmiş loqosunun təqdimatı olub. Qeyd edilib ki, yenilənmiş loqo müasirlik, innovativ texnologiyalar, yaradıcı yaşıl düşüncə, uşaqlar, gənclər və ekologiyanı təmsil edən simvolları özündə ehtiva edir.   Təqdimatdan sonra media nümayəndələrinin sualları cavablandırılıb.    Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 24-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək. Bu il artıq 4-cü dəfə keçirilən STEAM Azərbaycan Festivalında (SAF 2024) 8 yarış və 1 sərgi-yarış (Yaşıl təşəbbüslər) kateqoriyası üzrə yarışlar təşkil olunacaq. Kateqoriyalara “H2 Grand Prix PRO”, “FlyTech”, “CubeSaT”, “VEX IQ Competition”, “VEX Robotics Competition”, “VidX”, “Engineers of Future”, “Green initiatives” və “Green Coding” daxildir. 

Təhsilin İnkişafı Forumu keçiriləcək

Oktyabrın 8-də Gülüstan sarayında 300 nəfər dövlət və özəl sektor nümayəndəsinin iştirakı ilə “Tərəfdaşlıqdan tərəqqiyə” şüarı ilə Təhsilin İnkişafı Forumu keçiriləcək.    Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı, Kapital Bank, STP Şirkətlər Qrupu, “Bestcomp Group” və “Veysəloğlu” Şirkətlər Qrupunun baş sponsorluğu, SOCAR, “British Petroleum” və “Lenovo”nun sponsorluğu  ilə keçiriləcək forumun məqsədi dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafı ilə yanaşı, birgə dialoq üçün uyğun platforma yaratmaq və prosesə hərtərəfli dəstək göstərməkdir.     Forum ərzində 3 moderator və 21 spiker "Biliyi dəyərə çevirən sinerji", "Tədqiqatdan inkişafa gedən yol", "Gələcəyi gənclərə necə hazırlamalı?" panelləri üzrə müzakirələr aparacaqlar.   Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun moderatoru olduğu “Biliyi dəyərə çevirən sinerji” panelində elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, SOCAR-ın prezidenti Rövşən Nəcəf spiker qismində, TÜBİTAK-ın prezidenti Orhan Aydın məruzəçi qismində təcrübələrini bölüşəcəklər.    Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərovun moderatoru olduğu "Tədqiqatdan inkişafa gedən yol" panelində Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, “British Petroleum”un Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva, Kapital Bankın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə spiker qismində və TÜBİTAK TEMEG-in İdarə Heyətinin üzvü, "CATALYSADE Technology Transfer and Innovation Inc" şirkətinin təsisçisi Sanem Yalçıntaş məruzəçi qismində vacib məsələlərə toxunacaqlar.    STP Şirkətlər Qrupunun baş insan resursları inzibatçısı Şölə Əliyevanın moderatoru olduğu "Gələcəyi gənclərə necə hazırlamalı?" panelində Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, millət vəkili Fariz İsmayılzadə, Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov, “NEQSOL Holding”in Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadə müzakirələrdə iştirak edəcəklər.    Təhsilin İnkişafı Forumu ilə bağlı ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə (www.tif.az) keçid edə və sosial media hesablarını izləyə bilərsiniz: “Facebook”: https://www.facebook.com/tifbaku “Instagram”: https://www.instagram.com/tifbaku “Linkedln”: https://www.linkedin.com/company/tehsilininkisafiforumu/

Moskva şəhərində Rusiya-Azərbaycan Elm və Təhsil Forumu keçirilir

Sentyabrın 25-də Moskva Dövlət Universitetinin İntellektual Mərkəzində – Fundamental Kitabxanada Rusiyanın elm və ali təhsil naziri Valeri Falkov, Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Rusiya Rektorlar İttifaqının prezidenti, Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçiyin iştirakı ilə I Rusiya-Azərbaycan Elm və Təhsil Forumu öz işinə başlayıb.    Foruma iki ölkədən 70-dən çox ali təhsil müəssisəsinin nümayəndələri qatılıblar. Forumda müvafiq dövlət qurumlarının, Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının elmlər akademiyalarının nümayəndələri təbrik və məruzələrlə çıxış ediblər.   Daha sonra forum çərçivəsində sessiyalar və ekspert görüşləri keçirilib, Azərbaycan və Rusiyanın ali təhsil və elmi müəssisələri arasında birbaşa əlaqələrin inkişafı, elm sahəsində əməkdaşlığın əsas istiqamətləri, təhsil müəssisələri və özəl sektor arasında əməkdaşlığın həyata keçirilməsi imkanları və digər məsələlər müzakirə edilib.   Forum çərçivəsində həmçinin Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının iclası keçirilib.   Səfər çərçivəsində nazir müavini Firudin Qurbanov Rusiya Federasiyasının elm və ali təhsil nazirinin müavini Konstantin Moqilevski, maarif nazirinin müavini Andrey Korneyev ilə görüşüb. Sözügedən görüşlər çərçivəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçiriləcək

Oktyabrın 4-də ADA Universitetində Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçiriləcək.    Beynəlxalq Forum Elm və Təhsil Nazirliyi, Dünya Təhsil Forumu və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının və ADA Universitetinin təşkilatçılığı, “Azərbaycan müəllimi” qəzeti, Təhsil TV və “Azərbaycan məktəbi” jurnalının media dəstəyi ilə hibrid formada reallaşacaq.      Əsas məqsəd təhsildə yeni çağırışları müzakirə etmək, ekoloji təhsilə, xüsusilə "yaşıl təhsil" ideyasına diqqəti artırmaq, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır.    “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilən və COP29 ideyasını özündə ehtiva edən beynəlxalq forum  “Daha təhsilli gələcək” devizi ilə baş tutacaq.   Forumun əsas məruzəçiləri Dünya Təhsil Forumunun direktoru Dominik Savaj ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerdir.    Forum “Ekoloji savadlılıq və davranış mədəniyyəti, təhsildə yaşıl çağırışlar və öhdəliklər, yaşıl bacarıqlar strategiyası: təhsilin gələcəyi və ekoloji innovasiyalar, təhsildə liderlik və ekoloji səmərəlilik, yaşıl öyrənmə mühiti və müəllim hazırlığı, təhsildə iştirakçılıq və əməkdaşlıq ekosistemi” mövzularını əhatə edəcək.    Forum çərçivəsində “Təhsildə hansı yaşıl çağırışlar var və bu çağırışlar hansı öhdəliklər yaradır?”, “Təbiətlə dost olan şagirdlərin yetişdirilməsi üçün hansı addımların atılmasına ehtiyac var?”, “Ekoloji savadlılıq və davranış mədəniyyətinin inkişafına təkan vermək üçün təhsildə hansı ənənəvi yanaşmaları yeni yanaşmalarla əvəz etmək lazımdır?”, “Yaşıl məktəb ideyası mövcud kurikulumlara necə inteqrasiya olunmalıdır?” sualları ətrafında müzakirələr aparılacaq.   Forumda onlayn iştirakçı linkini müvafiq “WhatsApp” kanalına qoşularaq əldə edə bilərsiniz: https://chat.whatsapp.com/BzS0V1ujzqB3In46HWiUb3

10/05/2026

Ulu öndərin məzarı ziyarət edilib Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.

Ətraflı
10/05/2026

Bu gün Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğum günüdür. Ulu öndər bütün fəaliyyəti boyunca təhsili dövlət siyasətinin ən prioritet istiqamətlərindən biri hesab etmiş, gənclərin savadlı, vətənpərvər və milli dəyərlərə bağlı şəkildə yetişməsinə xüsusi önəm vermişdir. Heydər Əliyevin söylədiyi kimi:“Təhsil sahəsi xalqımızın bu günü, millətimizin və dövlətimizin gələcəyi üçün ən vacib sahədir”. Bu dəyərli fikir bu gün də ölkəmizdə təhsil siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. #HeydərƏliyev #ÜmummilliLider #UluÖndər #103İl #10May

Ətraflı
09/05/2026

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər çərçivəsində Şükürbəyli kəndində inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışını ediblər. Məktəbdə tədrisin yüksək səviyyədə aparılması üçün zəruri fənn kabinetləri, həmçinin fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, ibtidai hərbi hazırlıq sinifləri var. Bundan başqa, məktəbdə kitabxana, akt və idman zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına verilib. Ərazidə, eyni zamanda, futbol və basketbol meydançaları da yaradılıb. Qeyd edək ki, müasir təhsil ocaqlarının qurulması işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin mühüm tərkib hissəsidir. Ən yüksək standartlara cavab verən təhsil müəssisələri yeni texnologiyalarla, zəruri maddi-texniki baza ilə təchiz olunur. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23032-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı