Azərbaycan Tələbə Liqasının 2024-2025 mövsümünün qrup oyunları yekunlaşıb
Elm və Təhsil Nazirliyi və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə 2024-2025-ci illər mövsümünün qrup oyunları başa çatıb.
Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında potensial idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması və tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasıdır.
Liqanın pley-off mərhələsində Azərbaycan İdman Akademiyası ilə Bakı Dövlət Universiteti, həmçinin Azərbaycan Texniki Universiteti ilə Bakı Mühəndislik Universitetinin komandaları mübarizə aparacaq. 12 ali təhsil müəssisəsinin komandalarının mübarizə apardığı yarış may ayında yekunlaşacaq.
Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
