Peşə təhsili üzrə yeni layihənin təqdimat mərasimi
Sentyabrın 22-də Təhsil Nazirliyi və “British Petroleum”un təşkilatçılığı ilə “Kənd təsərrüfatı peşə təhsili üçün kurikulumların hazırlanması” Layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri xanım Karol Krofts, BP şirkətinin regional prezidenti Qordon Birrell, Britaniya Şurasının (British Council) ölkə direktoru Elizabet Vayt iştirak ediblər. Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabətlilik qabiliyyətinin artırmasını zəruri edir: “İxracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını təmin etmək və insan kapitalından səmərəli istifadə olunması kimi prioritetlər ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qarşımıza məqsəd kimi qoyulub. Bu prioritetlərdən çıxış edərək, iqtisadiyyatın ixtisaslı kadrlara olan tələbatının ödənilməsi və müasir iqtisadi çağırışlara çevik reaksiya verə biləcək peşə-ixtisas təhsili sisteminin formalaşdırılması Təhsil Nazirliyinin qarşısında duran əsas çağırışlardan biridir”. Nazir qeyd edib ki, ilk peşə-ixtisas təhsilinin inkişafı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas istiqamətlərindən biri kimi təsbit olunub. Ölkə Prezidentinin bu sahəyə diqqətinin nəticəsidir ki, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb. Agentliyin yaradılmasında əsas məqsəd ilk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyinin artırılması, ölkə iqtisadiyyatı üçün rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir. Təhsil naziri ötən həftə Prezident İlham Əliyevin iştirakı ilə açılmış IT STEP akademiyasının ölkəmizdə əmək bazarının tələbləri və dövlət-özəl tərəfdaşlıq mexanizmi üzərində qurulmuş ilk peşə-ixtisas təhsili ocağı olduğunu bildirib. İlk peşə-ixtisas təhsilinin inkişafı ilə bağlı dünya təcrübəsinə toxunan nazir ölkəmizin əmək bazarındakı məşğul əhalinin 36 faizini təşkil edən işçi qüvvəsinə ünvanlanmış yeni layihənin ölkə iqtisadiyyatının ən vacib sahələrindən biri olan kənd təsərrüfatının tərəqqisinə töhfə verəcəyinə ümidvar olduğunu söyləyib. Sonra çıxış edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri xanım Karol Krofts, BP şirkətinin regional prezidenti Qordon Birrell, Britaniya Şurasının (British Counsil) ölkə direktoru Elizabet Vayt yeni layihənin insan kapitalının inkişaf etdirilməsi və keyfiyyətli əmək bazarının formalaşdırılması üçün vacib olduğunu bildiriblər.
22/09/2016 15:02
"Direktorlar klubu"nun təqdimatı keçiriləcək
Sentyabrın 28-də Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda "Direktorlar klubu"nun təqdimat seminarı keçiriləcək. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən reallaşdırılan "Direktorlar klubu" layihəsi məktəb rəhbərlərinin davamlı peşəkar inkişafı, məktəb direktorlarına yeni məlumatların çatdırılması, peşəkar məsləhətlərin verilməsi, təlim və seminarların keçirilməsi, ölkədə və dünyadakı qabaqcıl təcrübənin öyrənilməsi və ötürülməsi məqsədlərinə xidmət edir. "Direktorlar klubu"nun təqdimat seminarında iştirak etmək istəyən şəxslər qeydiyyatdan (http://bit.ly/2d7AQ2E) keçə bilərlər. Seminara dəvət məktubu müraciət etmiş direktorların elektron poçt ünvanına göndəriləcək. Elan
20/09/2016 16:00
Fransız-Azərbaycan Universitetinin açılış mərasimi keçirilib
Sentyabrın 15-də Fransız-Azərbaycan Universitetinin (UFAZ) açılış mərasimi keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Fransa Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyinin Avropa, beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə nümayəndəliyinin rəhbəri Marian Brunhof, Strasburq Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Fransis Kern, UFAZ-ın professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak edib. UFAZ-ın açılışı münasibətilə müəllim və tələbələri təbrik edən təhsil naziri həyata keçirilən islahatların təhsilin bütün pillə və səviyyələrində keyfiyyət dəyişikliyinə səbəb olduğunu bildirib. Təhsil naziri qeyd edib ki, ali təhsil müəssisələrinə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, I qrup üzrə 500-dən artıq bal toplamış 300-ə yaxın abituriyentin qatıldığı imtahanın nəticələrinə görə 143 nəfər UFAZ-da oxumaq hüququ qazanıb. Onlardan 120 nəfəri dövlət sifarişi, 23 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq. Ölkələrimiz arasında təhsil sahəsindəki əlaqələrin və birgə əməkdaşlığın əhəmiyyətindən bəhs edən Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Fransa Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyinin Avropa, beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə nümayəndəliyinin rəhbəri Marian Brunhof və Strasburq Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Fransis Kern UFAZ-ın uğurla fəaliyyət göstərəcəyinə ümidvar olduqlarını bildiriblər. Daha sonra mərasim iştirakçıları UFAZ-la yaxından tanış olublar. Qonaqlara ali məktəbin tədris şəraiti ilə bağlı ətraflı məlumat verilib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Fransa Respublikasının Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə gerçəkləşdirilən UFAZ layihəsi iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafında yeni bir mərhələdir. 25 aprel 2015-ci il tarixində Fransa Respublikası Prezidentinin Azərbaycana səfəri zamanı Azərbaycan Respublikasının təhsil naziri ilə Fransa Respublikasının milli təhsil, ali təhsil və tədqiqat naziri arasında imzalanmış universitet əməkdaşlığı sahəsində niyyət məktubu və “Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ)” layihəsinin həyata keçirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 9 iyun 2016-cı il tarixli sərəncamına əsasən, UFAZ layihəsi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyətə başlayıb. Əsas məqsədi Azərbaycanın sosial-iqtisadi, xüsusilə, elm və qabaqcıl texnologiyalar sahəsində inkişafına xidmət edən yüksək səviyyəli mütəxəssislər hazırlamaq olan UFAZ-a 2016-2017-ci tədris ili üçün 4 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib. Bunlar kimya mühəndisliyi (ADNSU və Strasburq Universiteti), kompüter elmləri (ADNSU və Strasburq Universiteti), geofizika mühəndisliyi (ADNSU və Strasburq Universiteti) və neft və qazın kəşfi və hasilatı (ADNSU və Rennes1 Universiteti) ixtisaslarıdır. Tədris Fransa universitetlərindən cəlb edilmiş və yerli mütəxəssislər tərəfindən ingilis dilində aparılacaq və təhsilini uğurla başa vuran məzunlara iki diplom veriləcək.
19/09/2016 17:17
Fransız-Azərbaycan Universitetinin açılış mərasimi keçirilib
Sentyabrın 15-də Fransız-Azərbaycan Universitetinin (UFAZ) açılış mərasimi keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Fransa Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyinin Avropa, beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə nümayəndəliyinin rəhbəri Marian Brunhof, Strasburq Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Fransis Kern, UFAZ-ın professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak edib. UFAZ-ın açılışı münasibətilə müəllim və tələbələri təbrik edən təhsil naziri həyata keçirilən islahatların təhsilin bütün pillə və səviyyələrində keyfiyyət dəyişikliyinə səbəb olduğunu bildirib. Təhsil naziri qeyd edib ki, ali təhsil müəssisələrinə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, I qrup üzrə 500-dən artıq bal toplamış 300-ə yaxın abituriyentin qatıldığı imtahanın nəticələrinə görə 143 nəfər UFAZ-da oxumaq hüququ qazanıb. Onlardan 120 nəfəri dövlət sifarişi, 23 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq. Ölkələrimiz arasında təhsil sahəsindəki əlaqələrin və birgə əməkdaşlığın əhəmiyyətindən bəhs edən Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Fransa Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyinin Avropa, beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə nümayəndəliyinin rəhbəri Marian Brunhof və Strasburq Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Fransis Kern UFAZ-ın uğurla fəaliyyət göstərəcəyinə ümidvar olduqlarını bildiriblər. Daha sonra mərasim iştirakçıları UFAZ-la yaxından tanış olublar. Qonaqlara ali məktəbin tədris şəraiti ilə bağlı ətraflı məlumat verilib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Fransa Respublikasının Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə gerçəkləşdirilən UFAZ layihəsi iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafında yeni bir mərhələdir. 25 aprel 2015-ci il tarixində Fransa Respublikası Prezidentinin Azərbaycana səfəri zamanı Azərbaycan Respublikasının təhsil naziri ilə Fransa Respublikasının milli təhsil, ali təhsil və tədqiqat naziri arasında imzalanmış universitet əməkdaşlığı sahəsində niyyət məktubu və “Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ)” layihəsinin həyata keçirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 9 iyun 2016-cı il tarixli sərəncamına əsasən, UFAZ layihəsi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyətə başlayıb. Əsas məqsədi Azərbaycanın sosial-iqtisadi, xüsusilə, elm və qabaqcıl texnologiyalar sahəsində inkişafına xidmət edən yüksək səviyyəli mütəxəssislər hazırlamaq olan UFAZ-a 2016-2017-ci tədris ili üçün 4 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib. Bunlar kimya mühəndisliyi (ADNSU və Strasburq Universiteti), kompüter elmləri (ADNSU və Strasburq Universiteti), geofizika mühəndisliyi (ADNSU və Strasburq Universiteti) və neft və qazın kəşfi və hasilatı (ADNSU və Rennes1 Universiteti) ixtisaslarıdır. Tədris Fransa universitetlərindən cəlb edilmiş və yerli mütəxəssislər tərəfindən ingilis dilində aparılacaq və təhsilini uğurla başa vuran məzunlara iki diplom veriləcək.
19/09/2016 17:17
Məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün növbəti müsabiqə
Təhsil Nazirliyi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün növbəti müsabiqə elan edir. Təlimlər yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində (məktəb, lisey və gimnaziyada) işləyən (və ya işləmiş) direktorları, direktor müavinlərini və müəllimləri əhatə edəcək. Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını təkmilləşdirmək və yetişdirməkdir. İştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə məruzələr də təşkil ediləcək. Müsabiqədə ali pedaqoji təhsili olan və 5 (beş) il pedaqoji iş təcrübəsinə malik şəxslər iştirak iştirak edə bilər. Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını (ƏLAVƏ) dolduraraq, oktyabrın 2-dək telim@edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər. Məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün növbəti müsabiqə
19/09/2016 11:32
“Elektron Təhsil” Respublika müsabiqəsinə start verilib
Sentyabrın 19-da “Elektron Təhsil” Respublika müsabiqəsinə start verilib. Müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri stimullaşdırmaq, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından (bloqlar, saytlar, sosial şəbəkələr və s.) istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, müəllimləri tədris prosesində İKT-dən fəal istifadəyə cəlb etmək, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə həvəsləndirməkdən ibarətdir. Müsabiqə 3 istiqamət (Müəllim, Şagird və Məktəb istiqamətləri) olmaqla, 6 nominasiya üzrə keçiriləcək. Müsabiqə “Dr. Web”, “AZEDUNET”, “Ultra”, “Edumediya Azərbaycan”, “Nar” mobil operatoru və "Təhsildə İnnovativ Texnologiyar" Əlavə Təhsil Mərkəzi tərəfindən dəstəklənir. Müsabiqənin qaliblərinə noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunacaq. “Elektron Təhsil” Respublika müsabiqəsi
19/09/2016 09:52
IT STEP akademiyası ictimaiyyətə təqdim olunub
9 nömrəli Bakı Peşə Liseyinin bazasında yaradılan IT STEP akademiyası ictimaiyyətə təqdim olunub. Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, millət vəkilləri, IT şirkətlərinin rəhbərləri, təhsil ekspertləri və KİV nümayəndələri iştirak ediblər. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev bildirib ki, IT STEP akademiyası “Maksimum təcrübə, minimum nəzəriyyə” prinsipi əsasında təşkil olunub və tədris bu gün ən aktual, yüksək məvacibli peşələrə yiyələnmək istəyənlər üçün maraqlı imkanlar açır. F.Mustafayev qeyd edib ki, 9 nömrəli Bakı Peşə Liseyinin əsaslı təmir olunmuş tədris korpusunun bazasında fəaliyyət göstərəcək akademiyada 8 yaşından 55 yaşınadək 2100 şəxs təhsil ala biləcək. Akademiyanın təsisçisi Dmitriy Korçevskiy qeyd edib ki, 1998-ci ildən dünyanın 17 ölkəsində 44 filial şəbəkəsi ilə fəaliyyət göstərən IT STEP akademiyasının tədris proqramı təcrübəli mütəxəssislər tərəfindən beynəlxalq standartlar əsasında tərtib olunub. STEP kompüter akademiyasında tədris IT sahəsində yüksək qiymət almış, unikal müəllif metodikası əsasında təşkil edilib. Daha sonra çıxış edənlər bütün dünyada məşhur olan akademiyanın ölkəmizdə də yaradılmasını yüksək qiymətləndiriblər. Akademiyada 3 ixtisas sahəsi - kompüter qrafikası və dizayn, proqram təminatı, şəbəkə texnologiyası üzrə mütəxəssislər hazırlanacaq. IT STEP-i bitirən müdavimlərə Təhsil Nazirliyi tərəfindən verilən diplomla yanaşı, “Cisco Microsoft” və “Autodesk”şirkətlərinin sertifikatları da təqdim olunacaq. Akademiyada 17 kompüter sinfi, robot texnikası, bədii studiya, qrafik dizayn və fotostudiyadan ibarət 4 ixtisaslaşdırılmış laboratoriya, 260 nəfərlik konfrans və idman zalları fəaliyyət göstərir.
19/09/2016 09:37
Masallıda “ASAN Festival” keçirilib
17 sentyabr 2016-ci il tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “ASAN Festival” keçirilib. Tədbirin keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli keçirməsi, dəyərləndirməsi, intellektual inkişaf, savad və dünyagörüşlərinin artırılmasında onlara kömək etməkdir. Festivalı giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov “ASAN xidmət” ailəsini salamlayaraq qeyd edib ki, bugünkü tədbir Masallı, ümumən cənub bölgəsinin gənclərinin aktivliyində və asudə vaxtlarının səmərəli keçirilməsində müstəsna rol oynayacaq. İcra başçısı daha sonra təşkilatçılara minnətdarlığını bildirərək “ASAN xidmət” mərkəzinin işçilərinə uğurlar arzu edib. Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov könüllük fəaliyyətindən danışaraq “ASAN xidmət” mərkəzlərində 8 mindən çox məzun könüllünün olduğunu, Masallıda isə 80 nəfər könüllünün çalışdığını vurğulayıb. İnam Kərimov tədbir iştirakçılarını festivalın keçirilməsi münasibəti ilə təbrik edib. Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov çıxış edərək bildirib ki, nazirlik gənc nəslin dünyagörüşünün formalaşması, onların intellekt səviyyəsinin yüksəldilməsi sahəsində “ASAN xidmət” mərkəzi ilə sıx əməkdaşlıq edir və gələcəkdə bu əməkdaşlıq davam etdiriləcək. Əfqanıstan İslam Respublikasında fəaliyyət göstərəcək “ASAN xidmət” mərkəzinin direktoru Şahzad Ayrobi çıxış edərək bildirib ki, “ASAN xidmət” modeli nəyin ki regionda eyni zamanda dünyada tətbiq olunan qabaqcıl təcrübədir və iki qurum arasında imzalanmış Anlaşma Memorandumuna əsasən tezliklə dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” modeli Əfqanıstanda da tətbiq olunacaq. Sonra tədbir iştirakçıları “ASAN həyat” kompleksi ilə tanış olublar. Festival çərçivəsində “Azərbaycan İntellektual Klublar Assosiyası” İctimai Birliyinin təşkilatı dəstəyi ilə “ASAN İntelektual” inkişaf mərkəzində Masallı rayonu ilə yanaşı Təzə Alvadı, Xıl, Çaxırlı, Şərəfə, Hişkədərə və Mahmudavar kəndlərindən olan 60-a yaxın məktəblilərin iştirakı ilə “Masallı ASAN İntellektual Kuboku”u uğrunda yarış keçirilib. Kubokun qalibi isə Şərəfə kənd tam orta məktəbin şagirdlərindən ibarət komanda olub. Daha sonra Heydər Əliyev İncəsənət Məktəbində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda mühazirə keçirilib. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə mərkəzin nümayəndəsi Məhəbbət Mehdiyeva ümummilli liderin uşaqlıq və gənclik illəri, Azərbaycan mədəniyyətinin inkişafındakı rolu və xidmətləri haqqında iştirakçılara ətraflı məlumat verib. Sonda festival iştirakçılarına Böyük Vətən müharibəsinin 70 illiyinə həsr olunan “Hədəf Bakıdır” filmi nümayiş olunub və festival möhtəşəm konsert proqramı ilə davam etdirilib. ASAN xidmət
18/09/2016 22:54
“Bir” Könüllülük Akademiyası uğurla yekunlaşıb
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı çərçivəsində tələbələr üçün Şəki şəhərində təşkil olunmuş “Bir” Könüllülük Akademiyası uğurla başa çatıb. Bakı, Sumqayıt, Gəncə, Şəki, Lənkəran və Mingəçevir şəhərlərində fəaliyyət göstərən 18 ali təhsil müəssisəsindən seçilmiş 60 nəfər tələbə-könüllü Akademiyada iştirak edib, yeni bilik və bacarıqlar qazanıblar. Akademiyanın bağlanış mərasimində “Bir” Tələbə-Könüllü Proqramının koordinatoru Tural Abdullazadə və Şəki şəhər Təhsil şöbəsinin müdiri Südabər İsmayılova “BİR” Könüllülük Akademiyasının birinci buraxılışı olan tələbə-könüllüləri təbrik edib və gələcək könüllülük fəaliyyətində onlara uğurlar arzulayıblar. Qeyd olunub ki, “BİR” Könüllülük Akademiyasının keçirilməsində əsas məqsəd tələbələr arasında könüllülük fəlsəfəsi və dəyərlərinin təbliği, könüllülük standartlarının tətbiqi və lider könüllülərin yetişdirilməsindən ibarətdir. Akademiya iştirakçıları peşəkar təlimçilər tərəfindən təqdim olunmuş “Azərbaycan menecmenti”, “Karyera inkişafı”, “Ünsiyyət bacarıqları”, “Təqdimat bacarıqları”, “PR–SMM, İnternet Kommunikasiya”, “Layihə İdarəetməsi” kimi təlimlərə cəlb olunublar. Bundan əlavə, mədəni-idman proqramı çərçivəsində tələbələr intellektual Breyn-rinq və xüsusi olaraq təşkil olunmuş “Code Tusi” adlı məntiqi-intellektual komanda oyunlarında iştirak ediblər. Akademiyanın sonunda iştirakçılara sertifikat və şəhadətnamə verilib. “BİR” Könüllülük Akademiyasını uğurla başa vuran tələbə-könüllülər bundan sonra təhsil aldıqları ali təhsil müəssisələrində “Bir” Tələbə-Könüllü Proqramının koordinatoru qismində fəaliyyət göstərəcəklər. Qeyd edək ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış “BİR” Tələbə-Könüllü Proqramı tələbələrin könüllü fəaliyyətə stimullaşdırılması məqsədilə mütamadi olaraq müxtəlif layihələr həyata keçirir. Tələbələrin asudə vaxtının səmərəli təşkilini, müxtəlif tədbir və təlimlərdə iştirakını təmin edən, yardıma ehtiyac duyan şəxslərə köməklik göstərilməsində fəal olan bu Proqram 6 müxtəlif istiqamətdə (Öyrən, Öyrət, Yaşa, Yaşat, Kəşf Et, Zövq Al) fəaliyyət göstərir. “BİR” Tələbə-Könüllü Proqramı Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində fəaliyyət göstərən 18 ali təhsil müəssisəsini əhatə etməklə, tələbə-könüllülərlə işin sistemləşdirilməsi və tələbə-könüllülərin dövlət əhəmiyyətli tədbirlərdə iştirakını təmin etmək məqsədi ilə fəaliyyət göstərən uzunmüddətli proqramdır. İndiyə qədər “BİR” Tələbə-Könüllü Proqramının təmsilçiləri 35-dən artıq irimiqyaslı tədbirdə könüllülük fəaliyyəti göstəriblər.
16/09/2016 13:05
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı