20.09.2016

"Direktorlar klubu"nun təqdimat və məlumatlandırma seminarı

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu məktəb rəhbərlərinin davamlı peşəkar inkişafını təmin etmək məqsədilə yeni bir layihəyə start verir. "Direktorlar klubu" adlanan layihə məktəb direktorlarına yeni məlumatların çatdırılması, peşəkar məsləhətlərn verilməsi, təlim və seminarların keçirilməsi, ölkədə və dünyadakı qabaqcıl təcrübənin öyrənilməsi və ötürülməsi məqsədi daşıyır.

Bu məqsədlə TİPİİ Bakı şəhərində fəaliyyət göstərən məktəb direktorlarını 28 sentyabr saat 11:00-da layihənin TİPİİ-də keçiriləcək təqdimat və məlumatlandırma seminarına dəvət edir. Təqdimat zamanı kluba üzvlük şərtləri, qaydalar, fəaliyyət planı, nəzərdə tutulan seminar və təlimlər haqqında məlumat veriləcək. Məlumatlandırma seminarı 2 saat davam edəcək.

"Direktorlar klubu"nun ilk görüşü və təqdimat seminarında iştirak etmək üçün qeydiyyatdan keçməyiniz xahiş olunur. Seçim zamanı yer məhdudiyyətini nəzərə alaraq, üstünlük ilkin müraciət edənlərə veriləcəkdir. Seminara dəvət məktubu müraciət etmiş direktorların elektron poçt ünvanınıza göndəriləcəkdir.

 

Qeydiyyat üçün : http://bit.ly/2d7AQ2E