Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Müsabiqə qalibləri mükafatlandırılıb

Dekabrın 26-da “Azərbaycanda məktəb və maarifçilik ənənəsi: tarixdən gələcəyə” mövzusunda keçirilən yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.    Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin müvafiq struktur bölmə rəhbərləri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri, müsabiqənin münsiflər heyətində təmsil olunanlar, qaliblər və KİV nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov müsabiqənin əhəmiyyətini və iştirakçıları yaradıcılığa stimullaşdırdığını vurğulayıb. Yazı müsabiqəsinin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq keçirildiyini və “Azərbaycan müəllimi” qəzeti tərəfindən təşkil olunduğunu deyən nazir müavini müəyyənləşdirilmiş mövzu və istiqamətlərin təhsilin ən aktual məsələlərini əks etdirdiyini diqqətə çatdırıb. Müsabiqənin gedişi və yekunları haqqında məlumat verən nazir müavini qısa müddətdə təşkilat komitəsinə 80 yazının daxil olduğunu və  münsiflər heyəti tərəfindən 1 yazının I, 2 yazının II, 3 yazının III yerə layiq görüldüyünü bildirib.  Firudin Qurbanov müsabiqə qaliblərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.  “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, təhsil ekspertləri Şahlar Əsgərov və Etibar Əliyev çıxış edərək belə yaradıcılıq müsabiqələrinin təhsilalan və təhsilverənləri fəallaşdırdığını, onların ölkədə aparılan təhsil islahatlarına öz münasibətlərini, təhsilimizin gələcək inkişafı ilə bağlı rəy və mülahizələrini bildirmələrinə imkan yaratdığını nəzərə çatdırıblar. Sonda qaliblərə Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olunub.  

Bayram münasibətilə baxış sərgi

Dekabrın 25-də Təhsil Nazirliyinin Respublika Uşaq Yaradıcılıq Mərkəzi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə  tədbir keçirib. Təhsil Nazirliyi əməkdaşlarının, Şuşa və Xətai  Rayon İcra hakimiyyətləri nümayəndələrinin iştirak etdiyi tədbirdə mərkəzin dərnək üzvlərinin əl işlərindən ibarət baxış sərgisi nümayiş olunub. Əl işləri yolka ağacına və qış fəsli üzrə nağıl personajlarına aid olub. Sonra “Təbəssüm” Uşaq Musiqili Teatrı çıxış edib, nağaraçılar qrupunun ifası, milli və dünya xalqlarının rəqsləri qonaqların rəğbəti ilə qarşılanıb. Tədbirdə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin Uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsənova tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək xoş arzularını bildirib.  

“Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında “Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqədə 30 nominasiya üzrə 81 məktəbdənkənar təhsil müəssisəsi, ümumtəhsil və internat  məktəbi iştirak edib. Ümumilikdə müsabiqədə 455 iş sərgilənib. Münsiflər heyətinin qərarı ilə  22 nəfər I yerə, 17 nəfər  II yerə, 11 nəfər isə III yerə layiq görülüb. Müsabiqənin keçirilməsində məqsəd istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi, habelə uşaq və gənclərin yaradıcılıq mərkəzlərinə cəlb olunmasıdır.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun hesabat tədbiri keçirilib

Dekabrın 24-də Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) illik hesabat tədbiri keçirilib. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, millət vəkilləri, təhsil ekspertləri iştirak edib.  Tədbir TİPİİ-nin son bir ildə fəaliyyətindən bəhs edən tanıtım videosu ilə başlayıb. Sonra institutun direktor əvəzi Vəfa Yaqublunun hesabat nitqi dinlənilib.  Təhsil nazirinin müavini Ceyhun Bayramov çıxış edərək TİPİİ-də son bir ildə görülmüş işləri müsbət qiymətləndirib və diqqəti növbəti təqvim ili üçün qarşıda duran vəzifələrə yönəldib.  Məktəbəhazırlıq qruplarında işləyən müəllimlər üçün hazırlanmış elektron metodik tövsiyə tədbir iştirakçılarına təqdim edilib. İl ərzində müəllimlərin peşəkar dəstəyinə töhfə vermiş təcrübəli mütəxəssis  Fəridə Əliyeva TİPİİ adından Fəxri fərmanla təltif edilib. Sonda “Peşəyə giriş” seminarının müdavimləri ilə  xatirə şəkli çəkilib.  

“Məktəblilər üçün oxu” layihəsi təqdim olundu

Dekabrın 23-də Təhsil Nazirliyinin tabeliyindəki T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə “Məktəblilər üçün oxu” layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin əməkdaşları, millət vəkilləri, layihəyə dəstək verən şəxslər iştirak edib. Təhsil nazirinin müavini Firudin Qurbanov ümumi təhsil müəssisələrində şagirdlərin mütaliəsi işinin təşkil edilməsi, onların mütaliəyə həvəsinin daha da gücləndirilməsi və mütaliə vərdişlərinin inkişaf etdirilməsi yönündə keçirilən tədbirlərdən danışıb. Nazir müavini  "Məktəblilər üçün oxu" layihəsinin şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılmasında bir vasitə olacağına ümidvar olduğunu vurğulayıb, layihənin ərsəyə gəlməsində köməklik göstərən və sosial məsuliyyətlilik nümayiş etdirən iştirakçılara minnətdarlığını bildirib. Çıxış edənlər şagirdlərin mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, mütaliənin müstəsna rolu olduğunu qeyd edib, bu məqsədlə həyata keçirilən layihəni yüksək qiymətləndiriblər. “Məktəblilər üçün oxu” layihəsi “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” təhsil nazirinin əmrinə əsaslanaraq, şagirdlərdə mütaliə həvəsini daha da gücləndirmək və mütaliə vərdişlərini inkişaf etdirmək məqsədilə hazırlanıb. “Təhsil” televiziyası layihə çərçivəsində tanınmış şəxslərin iştirakı ilə dərsliklərdə yer almış, eləcə də sinifdənxaric oxu üçün nəzərdə tutulmuş 20-dən çox əsərin video formatını hazırlayıb. Layihədə millət vəkilləri, dövlət strukturlarının əməkdaşları, yazıçılar, mədəniyyət xadimləri, jurnalistlər iştirak edərək, mütaliə vərdişlərini inkişaf etdirmək tədbirlərinə fəal dəstək veriblər. Layihə “Təhsil” TV ilə əməkdaşlıq çərçivəsində “ARB Günəş”TV-də yayımlanacaq. Mərasimdə məlumat verilib ki, “Təhsil” televiziyası mütaliə həvəsini daha da gücləndirmək məqsədilə, həmçinin bədii əsərlərin müzakirəsinin təşkil olunduğu “Qiraətçi” verilişinin yayımına başlayır. Yeni verilişdə şagirdlər müəllimlərinin, eləcə də mütəxəssislərin iştirakı ilə mütaliə etdikləri bədii əsər barədə fikir mübadiləsi aparırlar. Tədbirin sonunda layihəyə dəstək göstərən şəxslərə Təhsil Nazirliyinin təşəkkürnaməsi təqdim olunub.

İnternat məktəbində bayram şənliyi

Dekabrın 23-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib. Təhsil Nazirliyi əməkdaşlarının və KİV təmsilçilərinin iştirak etdiyi şənlikdə internat məktəbi şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya,  milli və xarici rəqslər, səhnəciklər nümayiş olunub. Uşaqlar Şaxta baba və Qar qızla birgə rəqs edib, “Yeni il” nəğməsini oxuyublar. Sonra internat məktəbinin şagirdlərinə Təhsil Nazirliyi tərəfindən bayram hədiyyələri təqdim olunub. Media nümayəndələrinə məlumat verilib ki, Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi 1937-ci ildən 6 nömrəli Uşaq evi, 1985-1986-cı tədris ilindən isə internat məktəbi olaraq fəaliyyət göstərib. İnternat məktəbində Təhsil Nazirliyi tərəfindən əsaslı təmir və yenidənqurma işləri aparılıb, bu ilin sentyabr ayında isə şagirdlərin istifadəsinə verilib. Məktəbdə 11 sinif otağı, 5 fənn kabineti, 2 laboratoriya və 1 informatika otağı vardır. KİV nümayəndələrinə həmçinin, internat məktəbinin şagirdlərindən ibarət nəfəs alətləri orkestri və rəqs qrupunun qazandığı uğurlar, müsabiqə və yarışlarda əldə olunan nailiyyətlər barədə məlumat verilib. Hazırda internat məktəbində 47 nəfəri qız, 115 nəfəri oğlan olmaqla 162 nəfər valideyn himayəsindən məhrum olmuş uşaq təlim-tərbiyə alır. Onlardan 152 nəfər uşaq müəssisədə gecələyir. Şagirdlərin təlim-tərbiyəsi ilə 47 nəfər pedaqoji işçi məşğul olur.

“Məktəblinin dostu” seçilmiş gənclər fəaliyyətə başlayıblar

Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “Məktəblinin dostu” pilot layihəsi üzrə seçilmiş şəxslər fəaliyyətə başlayıblar. Bakı şəhəri üzrə 30 ümumi təhsil müəssisəsini əhatə edən layihə üçün 110 nəfər seçilib. Hər məktəbdə ən azı 3 nəfər olmaqla fəaliyyət göstərən “Məktəblinin dostu” layihə çərçivəsində müəyyən edilmiş məktəblərdə müəllim və şagird kollektivinə təqdim olunub. Onlar fəaliyyətə başladıqları ilk gündən interaktiv olaraq şagirdlərin təlim-tərbiyəsi və intellektual inkişafının təmin edilməsi istiqamətində tədbir və yarışlar keçirmək təşəbbüsü ilə çıxış ediblər. Qeyd edək ki, “Məktəblinin dostu” layihəsi çərçivəsində seçilmiş namizədlərə bir ay ərzində Təhsil Nazirliyinin əməkdaşları tərəfindən təhsilin idarəedilməsi, təhsil haqqında mövcud qanunvericilik barədə məlumat verilib. Fövqəladə Hallar Nazirliyi və Səhiyyə Nazirliyinin əməkdaşları, eləcə də psixoloqlar tərəfindən namizədlərə fövqəladə hallarda davranış qaydaları, fərdi mühafizə vasitələrinin istifadəsi, təcili tibbi yardım xidməti hadisə yerinə çatanadək ilkin müayinələrin aparılması və müdaxilənin edilməsi, psixoloji dəstək göstərilməsi ilə bağlı təlim keçirilib. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlərin aparılmasını əhatə edir. Bununla yanaşı, “Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edəcəklər. Layihənin  əhatə dairəsinin gələcəkdə genişləndirilməsi nəzərdə tutulur.

Almaniyada təhsil almağı məktəb illərindən arzulayırdım - Uğur formulu

Təhsil Nazirliyi və  “1news.az” informasiya agentliyinin “Uğur formulu” layihəsi davam edir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Nərgiz Əlizadədir. Nərgiz Əlizadə 1995-ci ildə Bakı şəhərində anadan olub. İlk təhsilini 157 saylı tam orta məktəbdə alıb, sonradan Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində oxuyub. Hazırda Almaniyanın  Brandenburg Texniki Universitetində kompüter elmləri və mühəndisliyi (CSE) ixtisası üzrə magistatura səviyyəsində təhsil alır. - Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? - Almaniyada təhsil almağı məktəb illərindən arzulayırdım. Bu ölkədə mühəndisliyin inkişaf səviyyəsi və təcrübəsi məni həvəsləndirən səbəblərdən biri idi. Təhsilimə başladıqdan sonra da bunun bir daha şahidi oldum. - Niyə məhz bu ixtisası seçdiniz? - Bakalavr təhsilim kompüter mühəndisliyi üzrə idi. Hazırda təhsil aldığım ixtisas kompüter elmləri ilə mühəndislik sahələrini, xüsusilə mexanika və elektrik mühəndisliyini birləşdirir. - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? - Azərbaycanda universitet binalarının artırılmasını, hər fakültənin araşdırma mərkəzlərinin və həftənin 7 günü, 24 saat çalışan kitabxanalarının olmasını  görmək istərdim. - Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız? - Bu universitetdə məndən başqa yalnız bir azərbaycanlı tələbə təhsil aldığından tələbə cəmiyyətimiz mövcud deyil. Keçən il mart ayında mədəniyyət evində Novruz bayramını qeyd etmişdik. Ölkəmiz və Novruzun tarixi barədə təqdimat hazırlamışdıq, səməni, paxlava, şəkərbura, qoğaldan xonça düzəltmişdik. Bu, böyük maraqla qarşılanmışdı və çox əyləncəli idi. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Bizim fakültədə hər bir tələbənin professor rəhbərinin olması mütləqdir. Həmin professor dərs seçimində və araşdırma tezisi ilə bağlı ixtisaslaşmada tələbəyə kömək edir. Hər semestr tələbə rəhbəri ilə görüşməlidir və bu zaman problemləri, çətinlikləri barədə məsləhət ala bilər. Bunun çox faydalı olduğunu düşünürəm. Ümumiyyətlə, hər bir professor və dosentin həftədə bir saat açıq qapı saatı var. - Daha çox hansı çətinlikləriniz olub? - İlk aylarda universitetə və mühitə öyrəşməklə bağlı çətinliklərim var idi, lakin inteqrasiya ilə bağlı proqramlar çox kömək etdi. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? - Bəli, burada əcnəbi tələbələrə xüsusi diqqət və qayğı var. Universitet hər bir məsələdə bizə çox kömək edir. Göstərilən münasibətdən çox razıyam. - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? - Azərbaycan universitetlərində laboratoriya və elmi araşdırmalara daha çox diqqət ayrılarsa, tələbələrin marağının artacağını düşünürəm. -  Asudə vaxtınızda nə ilə məşğul olursunuz? - Asudə vaxtlarım az olsa da, vaxt tapanda dostlarımla kinoya gedirəm. Müxtəlif millətlərin bayramlarını qeyd edirik. Hindistanın Divali bayramı, Amerikanın Şükranlıq günü, bizim Novruz bayramımız, Almaniyanın Milad bayramı və bir çox bayramlarda  tələbələrlə birlikdə oluruq. Bu bayramları həmin ölkələrin adət-ənənələrinə uyğun keçiririk, çox maraqlı olur. - Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istərdiniz? Gələcək planlarınız necədir? - Universiteti bitirdikdən sonra təhsil aldığım sahə üzrə işləmək istəyirəm. Mühəndislik sürətlə inkişaf edən, bir-birindən fərqli və maraqlı sahələri olan peşədir. Bu sahədə reallaşdırıla bilinəcək çox maraqlı layihələr  var. - Siz xaricdə təhsil almağa başladıqdan sonra özünüzdə nələri dəyişmisiniz? - Mən əvvəl də mütəmadi olaraq dərs oxuyurdum. Amma bura gələndə gördüm ki, dərslərimə bakalavrda ayırdığımdan daha çox vaxt ayırıram.   1news.az

Tələbələrlə maarifləndirici görüşlər

Ali təhsil müəssisələrində narkomanlığa qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri keçirilib. Görüşlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Təhsil, Daxili İşlər və Səhiyyə nazirliklərinin nümayəndələri iştirak edib. Noyabrın 21-dən start verilən maarifləndirmə tədbirləri Azərbaycan Dillər Universitetində, Bakı Slavyan Universitetində, Azərbaycan Texniki Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, Qafqaz Universitetində təşkil edilib. Seminarlarda narkotiklərin və narkomanlığın cəmiyyətə, insanların sağlamlığına ziyanından danışılıb, narkomanlığa qarşı keçirilən tədbirlərdən bəhs edilib. Sonda toplantıda iştirak edən tələbələrə zəruri təbliğat materialları paylanılıb. Qeyd edək ki, maarifləndirmə tədbirləri Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasına müvafiq olaraq keçirilib.

Müsabiqə qalibləri mükafatlandırılıb

Dekabrın 20-də Beynəlxalq Muğam Mərkəzində Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş incəsənət sahələri üzrə baxış-müsabiqəsi qaliblərinin təltif olunması mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva və şagirdlər iştirak edib. Mərasimdə çıxış edən Firudin Qurbanov Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvi yaradıcılığının yeniyetmələrin tərbiyələnməsi sahəsində önəmindən danışıb. Nazir müavini bildirib ki, ölkəmizdə dahi şairin əsərləri dəfələrlə nəşr olunub, ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində xeyli işlər görülüb. Tədbirdə çıxış edənlər dahi şairin ədəbiyyat tariximizdə müstəsna xidmətlərindən danışıblar. Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin təşkilatçılığı ilə keçirilən müsabiqədə Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən ümumi təhsil, məktəbdənkənar təhsil müəssisələrinin 11–17 yaşlı uşaq və gəncləri iştirak edib.  Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan xalqının dünya şöhrətli dahi şairi Nizami Gəncəvinin yaradıcılığı ilə gənc nəsli incəsənətin müxtəlif sahələri əsasında tanış etmək, onlarda klassik irsə məhəbbət hissi oyatmaq, “Xəmsə”nin süjetləri əsasında təsviri və tətbiqi sənət bacarıqları olan gənc istedadları üzə çıxarmaq, dahi şairin poemalarına musiqi yazmış Azərbaycan bəstəkarlarını tanıtmaq, ifaçılıq qabiliyyətini və xalq mahnılarının təbliğ edilməsini inkişaf etdirməkdən ibarətdir. Müsabiqəyə təqdim olunan incəsənət nümunələrinin qiymətləndirilməsi Bakı və Gəncə şəhərlərində Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Milli Konservatoriyasının, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən aparılıb. Müsabiqədə 4 nominasiya üzrə 79 qalib yer müəyyən olunub. Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Tədbir bədii hissə ilə davam etdirilib.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı