Bayram münasibətilə baxış sərgi
Dekabrın 25-də Təhsil Nazirliyinin Respublika Uşaq Yaradıcılıq Mərkəzi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirib.
Təhsil Nazirliyi əməkdaşlarının, Şuşa və Xətai Rayon İcra hakimiyyətləri nümayəndələrinin iştirak etdiyi tədbirdə mərkəzin dərnək üzvlərinin əl işlərindən ibarət baxış sərgisi nümayiş olunub. Əl işləri yolka ağacına və qış fəsli üzrə nağıl personajlarına aid olub.
Sonra “Təbəssüm” Uşaq Musiqili Teatrı çıxış edib, nağaraçılar qrupunun ifası, milli və dünya xalqlarının rəqsləri qonaqların rəğbəti ilə qarşılanıb.
Tədbirdə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin Uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsənova tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək xoş arzularını bildirib.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
