Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun hesabat tədbiri keçirilib
Dekabrın 24-də Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) illik hesabat tədbiri keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, millət vəkilləri, təhsil ekspertləri iştirak edib.
Tədbir TİPİİ-nin son bir ildə fəaliyyətindən bəhs edən tanıtım videosu ilə başlayıb. Sonra institutun direktor əvəzi Vəfa Yaqublunun hesabat nitqi dinlənilib.
Təhsil nazirinin müavini Ceyhun Bayramov çıxış edərək TİPİİ-də son bir ildə görülmüş işləri müsbət qiymətləndirib və diqqəti növbəti təqvim ili üçün qarşıda duran vəzifələrə yönəldib.
Məktəbəhazırlıq qruplarında işləyən müəllimlər üçün hazırlanmış elektron metodik tövsiyə tədbir iştirakçılarına təqdim edilib.
İl ərzində müəllimlərin peşəkar dəstəyinə töhfə vermiş təcrübəli mütəxəssis Fəridə Əliyeva TİPİİ adından Fəxri fərmanla təltif edilib.
Sonda “Peşəyə giriş” seminarının müdavimləri ilə xatirə şəkli çəkilib.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
