Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Novruz mühazirələri”nə başlanılıb

Fevralın 21-də Təhsil Nazirliyi “Novruz mühazirələri”nə start verib. İçərişəhərdə- “Muğam klub”da keçirilən “Novruz mühazirələri”nin ilk görüşündə xalq yazıçısı Çingiz Abdullayev “Sözün təbiət və ədəbiyyat şəkli: zamanın gerisində, yoxsa...” mövzusundan bəhs edib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri, təhsil ekspertləri, yazarlar, KİV nümayəndələri iştirak edib. Xalq yazıçısı həyat və yaradıcılığının maraqlı məqamlarından danışıb, gənclərin dövlətin gələcəyində əsas rol oynadığını, onların hərtərəfli inkişafında kitaba, elmə olan marağın dayandığını deyib. Müasir dünyada texnologiyaların sürətlə inkişaf etdiyini bildirən yazıçı gənclərdə dünyagörüşünün formalaşmasında təhsil və mütaliənin vacibliyini vurğulayıb. Sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Təhsil nazirinin müavini Firudin Qurbanov xalq yazıçısına “Novruz mühazirələri”ndə iştirakına görə təşəkkürünü bildirib. “Novruz mühazirələri”nin keçirilməsinin əsas məqsədi təhsil və elmin bu və ya digər sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır. Təhsil Nazirliyi ötən ildən başlayaraq “Novruz  mühazirələri” keçirir. Mühazirələrdə tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri davamlı inkişaf, startaplar üçün ən yaxşı təcrübələr, Azərbaycan iqtisadiyyatının uğurları, biliyin qiymətləndirilməsi fəlsəfəsi, səriştə əsaslı təhsil, Novruz bayramının tarixi kökləri,  ölkəmizdə informasiya texnologiyaları sahəsinin inkişafı, postmodernizm və təhsil mövzularından bəhs ediblər.

“Qış nağılı” tamaşa-konsert

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Uşaq Yaradıcılıq Mərkəzinin “Qış nağılı” adlı tamaşa-konserti keçirilib. Tədbirdə mərkəzin bədii kollektivlərinin 300-ə yaxın dərnək üzvü iştirak edib.   “Çiçəyim” uşaq teatrının üzvləri nağıl qəhrəmanlarının obrazlarını əks etdirib,  “Azəri inciləri” rəqs kollektivinin  qrupları tərəfindən  isə rəqslər təqdim olunub. Tədbirdə Təhsil Nazirliyinin Uşaq və gənclərin yaradıcılıq sektorunun müdiri Ayla Həsənova, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Abdulqafur Böyükfırat və digər qonaqlar iştirak ediblər. Tamaşa barədə xoş təəssüratlarını bölüşən qonaqlar kollektivə uğurlar arzulayıblar.  

Qətər Dövlətinin təhsil və ali təhsil nazirinin Azərbaycana səfəri

Fevralın 20-də Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadini Azərbaycana səfəri çərçivəsində Fəxri xiyabanda ümummilli lider  Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzülüb. Qətərli nazir Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Həmin gün  Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadini təhsil naziri Mikayıl Cabbarovla görüşüb. Görüşdə Mikayıl Cabbarovun 2016-cı ilin may ayında Qətər Dövlətinə səfərinin nəticələrinə toxunulub və iki dövlət arasında təhsil sahəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.   Daha sonra  Qətər Dövlətinin təhsil və ali təhsil naziri Bakı Dövlət Universitetini ziyarət edərək, universitetin rektor və professor-müəllim heyəti, həmçinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası ixtisası üzrə təhsil alan tələbələri ilə görüşüb. Bundan sonra  qətərli nazir “ADA” Universitetini ziyarət edib. Hər iki universitetə ziyarət zamanı qonaqlara universitetlərin bu ali təhsil müəssisələrinin  fəaliyyəti  barədə ətraflı məlumat verilib və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. İki gün davam edəcək səfər çərçivəsində  nümayəndə heyətinin bir neçə ali təhsil müəssisəsinə ziyarətlərinin təşkil olunması da nəzərdə tutulub. 

“Novruz mühazirələri”nə start verilir

Fevralın 21-də - baharın ilk çərşənbəsində Təhsil Nazirliyi “Novruz mühazirələri”nə start verir. İçərişəhərdə - “Muğam klub”da keçiriləcək “Novruz mühazirələri”nin ilk görüşündə xalq yazıçısı Çingiz Abdullayev “Sözün təbiət və ədəbiyyat şəkli: zamanın gerisində, yoxsa...” mövzusundan bəhs edəcək. “Novruz mühazirələri”nin keçirilməsinin əsas məqsədi təhsil və elmin bu və ya digər sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır. “Novruz mühazirələri”ndə iştirak etmək istəyənlər müvafiq məlumatları novruzmuhaziresi@media.edu.az elektron poçt ünvanına göndərməklə 21.02.2017-ci il saat 13:00-dək qeydiyyatdan keçə bilərlər (Qeydiyyat forması). Təhsil Nazirliyi ötən ildən başlayaraq “Novruz  mühazirələri” keçirir. Mühazirələrdə tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri davamlı inkişaf, startaplar üçün ən yaxşı təcrübələr, Azərbaycan iqtisadiyyatının uğurları, biliyin qiymətləndirilməsi fəlsəfəsi, səriştə əsaslı təhsil, Novruz bayramının tarixi kökləri,  ölkəmizdə informasiya texnologiyaları sahəsinin inkişafı, postmodernizm və təhsil mövzularından bəhs ediblər.

Prezident İlham Əliyev Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadini qəbul edib

Dövlət başçısı Azərbaycan ilə Qətər arasında çox yaxın tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu bildirdi, bu əlaqələrin mümkün qədər çox sahələri əhatə etməsinin vacibliyini qeyd etdi. Prezident İlham Əliyev bu yaxınlarda Qətər Dövlətinin xarici işlər nazirini qəbul etməsinin, özünün Qətərə planlaşdırılmış səfərinin və Qətər Dövlətinin təhsil və ali təhsil nazirinin Bakıya gəlməsinin əhəmiyyətini qeyd edərək, qarşılıqlı səfərlərin ölkələrimiz arasında mövcud tərəfdaşlıq əlaqələrinin yaxşı göstəricisi olduğunu vurğuladı. Təhsilin gələcək nəsillər, eyni zamanda, ölkələrimizin inkişafında vacib rol oynadığını deyən Prezident İlham Əliyev bu sahənin həm Azərbaycanda, həm də Qətərdə inkişafın əsas prioritetlərindən biri hesab olunduğunu dedi. Təhsil sahəsində tərəfdaşlığın praktiki aspektlərinin araşdırılmasının vacibliyindən danışan dövlətimizin başçısı bunun nəticəsində uzunmüddətli əməkdaşlıq proqramının qurulacağına əminliyini ifadə etdi. Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin ölkəmizə rəsmi səfəri zamanı Azərbaycan-Qətər Birgə İqtisadi, Ticarət və Texniki Komissiyasının yaradılmasının qərara alındığını deyən Prezident İlham Əliyev bu komissiyanın işi çərçivəsində nəinki iqtisadi, həmçinin əməkdaşlığımızın bütün sahələrini əhatə edəcək müzakirələrin aparılacağına ümidvar olduğunu bildirdi. Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadi Prezident İlham Əliyevin Qətərə səfərini səbirsizliklə gözlədiklərini bildirdi. Ölkələrimizin müvafiq qurumları arasında artıq görüşlər təşkil olunduğunu və səmərəli müzakirələr aparıldığını qeyd edən qonaq Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında təhsil sahəsində möhkəm əməkdaşlıq əlaqələrinin qurulacağına ümidvar olduğunu bildirdi. Hər iki ölkənin yüksək inkişaf yolunda olduğunu deyən Məhəmməd bin Əbdülvahid Əl-Həmmadi ölkəsində Qətər Dövlətinin Əmirinin rəhbərliyi ilə nəhəng layihələrin həyata keçirildiyini qeyd etdi, eyni zamanda, Azərbaycanın çox gözəl ölkə olduğunu və Prezident İlham Əliyevin səyləri nəticəsində böyük nailiyyətlər əldə edildiyini vurğuladı.   www.president.az

“Novruz mühazirələri”nə start verilir

Fevralın 21-də - baharın ilk çərşənbəsində Təhsil Nazirliyi “Novruz mühazirələri”nə start verir. İçərişəhərdə - “Muğam klub”da keçiriləcək “Novruz mühazirələri”nin ilk görüşündə xalq yazıçısı Çingiz Abdullayev “Sözün təbiət və ədəbiyyat şəkli: zamanın gerisində, yoxsa...” mövzusundan bəhs edəcək. “Novruz mühazirələri”nin keçirilməsinin əsas məqsədi təhsil və elmin bu və ya digər sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır. “Novruz mühazirələri”ndə iştirak etmək istəyənlər müvafiq məlumatları novruzmuhaziresi@media.edu.az elektron poçt ünvanına göndərməklə 21.02.2017-ci il saat 13:00-dək qeydiyyatdan keçə bilərlər (Qeydiyyat forması). Təhsil Nazirliyi ötən ildən başlayaraq “Novruz  mühazirələri” keçirir. Mühazirələrdə tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri davamlı inkişaf, startaplar üçün ən yaxşı təcrübələr, Azərbaycan iqtisadiyyatının uğurları, biliyin qiymətləndirilməsi fəlsəfəsi, səriştə əsaslı təhsil, Novruz bayramının tarixi kökləri,  ölkəmizdə informasiya texnologiyaları sahəsinin inkişafı, postmodernizm və təhsil mövzularından bəhs ediblər.

SABAH Karyera Qış Məktəbində təlimlər başa çatıb

SABAH Karyera Akademiyası proqramı çərçivəsində Qubada keçirilən SABAH Karyera Qış Məktəbi layihəsi başa çatıb. Layihənin həyata keçirilməsində məqsəd sonuncu kursda təhsil alan SABAH tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaqdır. 100-ə yaxın tələbənin iştirak  etdiyi təlimlərdə iştirakçılar şəxsi brendin yaradılması və onu inkişaf etdirməyin yolları, vaxtın düzgün qiymətləndirilməsi, karyera planlaşdırılması, CV və rezume yazılışı, müsahibə, təqdimat bacarıqları və s. mövzular üzrə məlumatlar əldə ediblər. Təlimlərdə iş həyatına yeni başlamağa hazırlaşan gənclərə biznes plan, müasir bazarın tələbləri, tələb və təklifin qiymətləndirilməsi, uğurlu karyera əldə etmək üçün praktik vərdişlər aşılanıb, fərdin özünü tanıması, iş dünyasına hazırlanması və iş həyatında uğur əldə etməsi ilə bağlı istiqamətlər verilib. Həmçinin tələbələr “Code Da Vinci” məntiqi intellektual komanda quruculuğu oyunu əsasında yaradılmış, milli oyun brendi olan “Code Tusi” oyununda iştirak ediblər. Maraqlı və gərgin keçən məntiqi intellektual oyunda cavabları ən tez tapan komandanın qaliblərinə “Code Tusi”nin medalları təqdim olunub. İki gün davam edən təlimlərin sonunda təlimçilərə SABAH qrupları layihəsi tərəfindən təşəkkürnamələr, tələbələrə isə sertifikatlar verilib. İlk SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılan SABAH Karyera Akademiyası peşəkar karyera, magistratura təhsili, sahibkarlıq, elmi araşdırma olmaqla 4 istiqaməti əhatə edir. SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılıb. SABAH layihəsinin əsas məqsədi ali təhsildə  keyfiyyətin yüksəldilməsi,  yeni və fərqli mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsidir. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. Bu tədris ilində  740-dan artıq SABAH tələbəsi məzun olacaq.  

Bakı Avropa Liseyində debat keçirilib

Fevralın 18-də Bakı Avropa Liseyində “Mətbuat azadlığı sosial məsuliyyətlə məhdudlaşdırılmalıdırmı?” mövzusunda şagirdlər arasında debat yarışması  keçirilib. Şagirdlərin  “Mətbuat azadlığı sosial məsuliyyətlə məhdudlaşdırmalıdırmı?” mövzusuna müraciət etməsi sosial məsuliyyət, cəmiyyətə obyektiv informasiyanın çatdırılması, qarşı tərəfin rəyinə hörmətlə yanaşılması kimi dəyərlərin media prizmasından araşdırılmasına xidmət edib.    Məktəbin debat klubu üzvlərinin məqsədi jurnalist məsuliyyəti ilə bağlı mövcud problemləri göstərmək və eyni zamanda onlardan çıxış yolları üzərində birgə düşünmək olub.    Şagirdlərin  debatında təhsi naziri Mikayıl Cabbarov, millət  vəkilləri,  media  kapitanları, müəllim, şagird  və valideynlər iştirak edib.  Debat alqışlarla qarşılanıb.

SABAH Karyera Qış Məktəbində təlimlərə başlanılıb

SABAH Karyera Akademiyası proqramı çərçivəsində Qubada SABAH Karyera Qış Məktəbi layihəsi təqdim olunub. Layihənin həyata keçirilməsində məqsəd sonuncu kursda təhsil alan SABAH tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaqdır. Təqdimat mərasimində çıxış edən SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə bildirib ki, layihə SABAH Karyera Akademiyası proqramı çərçivəsində həyata keçirilir. İlk SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılan akademiya peşəkar karyera, magistratura təhsili, sahibkarlıq, elmi araşdırma olmaqla 4 istiqaməti əhatə edir. SABAH Karyera Qış Məktəbində 100-ə yaxın tələbə iştirak edir. İlk təlim biznes məsləhətçi Fəxri Ağayev tərəfindən keçirilb.Təlimçi  şəxsi brendin yaradılması və onu inkişaf etdirməyin yolları, vaxtın düzgün qiymətləndirilməsi və diqqət yetirilməsi  vacib olan məqamlardan danışıb. Daha sonra təlimlər    qruplar şəklində davam etdirilib. SABAH Karyera Akademiyasının tərəfdaşı olan Azercell Telekom MMC-nin əməkdaşları tərəfindən keçirilən təlimlərdə tələbələr karyera planlaşdırılması, CV və rezume yazılışı, müsahibə, təqdimat bacarıqları və s. mövzular üzrə məlumatlar əldə ediblər. İki gün davam edəcək təlimin sonunda iştirakçılara sertfikatlar veriləcək. SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılıb. SABAH layihəsinin əsas məqsədi ali təhsildə  keyfiyyətin yüksəldilməsi,  yeni və fərqli mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsidir. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. Bu tədris ilində  740-dan artıq SABAH tələbəsi məzun olacaq.  

“Sabahın alimləri” VI Respublika Müsabiqəsinin qalibləri mükafatlandırılıb

Fevralın 17-də “Sabahın alimləri” VI Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Təhsil nazirinin müavini Ceyhun Bayramov gənclərin elmi potensialının inkişaf etdirilməsi məqsədilə keçirilən “Sabahın alimləri” müsabiqəsinə bu il təqdim edilən layihələrin daha innovativ və yaradıcı olduğunu bildirib. Nazir müavini şagirdlərin elmi yaradıcılığı, onların tədqiqat aparması baxımından elm və təhsil müəssisələri arasında əməkdaşlığın yaradılmasının əhəmiyyətini vurğulayıb. Münsiflər Heyəti tərəfindən 8 nominasiya üzrə seçilən qaliblər  təqdim olunub. Daha sonra bu ilin may ayında ABŞ-da keçiriləcək İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək 3 layihə müəlliflərinin adları açıqlanıb. Kompüter elmləri kateqoriyaları üzrə Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinin şagirdi Elşən Nağızadə, Bakı şəhəri 299 nömrəli məktəb-liseyin şagirdi Elgün Alışev, mühəndislik kateqoriyaları üzrə Bakı Avropa Liseyinin şagirdləri Timur Kalyayev, Həmid Səlimov, Şirvan şəhəri “İstək” Liseyinin şagirdi Qüdrət Muradlı ən yaxşı layihə müəllifi olaraq seçiliblər. Qaliblərə diplom, medal və pul mükafatı təqdim olunub.  Müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsiİntel” şirkətidir. “Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. 2012-ci ildən keçirilən müsabiqəyə bu günədək 730  nəfər şagird qatılıb, onlardan 30 şagird  Intel İSEF-də iştirak etmək hüququ qazanıb.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı