“Qış nağılı” tamaşa-konsert
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Uşaq Yaradıcılıq Mərkəzinin “Qış nağılı” adlı tamaşa-konserti keçirilib.
Tədbirdə mərkəzin bədii kollektivlərinin 300-ə yaxın dərnək üzvü iştirak edib. “Çiçəyim” uşaq teatrının üzvləri nağıl qəhrəmanlarının obrazlarını əks etdirib, “Azəri inciləri” rəqs kollektivinin qrupları tərəfindən isə rəqslər təqdim olunub.
Tədbirdə Təhsil Nazirliyinin Uşaq və gənclərin yaradıcılıq sektorunun müdiri Ayla Həsənova, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Abdulqafur Böyükfırat və digər qonaqlar iştirak ediblər.
Tamaşa barədə xoş təəssüratlarını bölüşən qonaqlar kollektivə uğurlar arzulayıblar.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
