Bakı Avropa Liseyində debat keçirilib
Fevralın 18-də Bakı Avropa Liseyində “Mətbuat azadlığı sosial məsuliyyətlə məhdudlaşdırılmalıdırmı?” mövzusunda şagirdlər arasında debat yarışması keçirilib.
Şagirdlərin “Mətbuat azadlığı sosial məsuliyyətlə məhdudlaşdırmalıdırmı?” mövzusuna müraciət etməsi sosial məsuliyyət, cəmiyyətə obyektiv informasiyanın çatdırılması, qarşı tərəfin rəyinə hörmətlə yanaşılması kimi dəyərlərin media prizmasından araşdırılmasına xidmət edib.
Məktəbin debat klubu üzvlərinin məqsədi jurnalist məsuliyyəti ilə bağlı mövcud problemləri göstərmək və eyni zamanda onlardan çıxış yolları üzərində birgə düşünmək olub.
Şagirdlərin debatında təhsi naziri Mikayıl Cabbarov, millət vəkilləri, media kapitanları, müəllim, şagird və valideynlər iştirak edib. Debat alqışlarla qarşılanıb.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
