IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş idman tədbirləri başa çatdı
IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri başa çatıb. Şirvan Olimpiya İdman Kompleksində sərbəst güləş və Yunan-Roma, Respublika Olimpiya Manejində atletika, Bakı Ağ Şəhər bulvarı ərazisində basketbol, Şəmkir Olimpiya İdman Kompleksində taekvando idman növləri üzrə zona yarışları keçirilib. 800 nəfərə yaxın məktəbli idmançının qatıldığı yarışlarda sərbəst güləş idman növü üzrə I yerə Şirvan, II yerə İmişli, III yerə Xocavənd, Yunan-Roma güləşi idman növü üzrə I yerə Şirvan, II yerə Sabirabad, III yerə Beyləqan, atletika idman növü üzrə I yerə Nizami, II yerə Nərimanov, III yerə Xəzər, basketbol idman növü üzrə I yerə Nərimanov, II yerə Xətai, III yerə Nizami, taekvando idman növü üzrə I yerə Şəmkir, II yerə Gəncə, III yerə Tovuz rayon və şəhərlərin komandaları layiq görülüb. Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərinə martın 30-da start verilib. Bu müddət ərzində ölkənin 76 şəhər və rayonu əhatə olunmaqla sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika idman növləri üzrə zona yarışları keçirilib. Kütləvi idman tədbirləri çərçivəsində 50 zona yarışları təşkil olunub, həmin yarışlara 6619 məktəbli qatılıb, 616 fiziki tərbiyə müəllimi cəlb olunub, oyunları 100-ə yaxın hakim idarə edib. Qaliblər diplom və medallarla təltif edilib, yarşılara qatılan hər bir iştirakçıya idman geyimləri, məktəbli azarkeşlərə isə idman köynəkləri hədiyyə edilib. Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarət olub.
28/04/2017 09:50
Azərbaycanlı tələbələr qızıl medal qazandı
Kiyev şəhərində “Qızıl Bayt 2017” beynəlxalq kompüter çempionatının final mərhələsi keçirilib. Çempionatda 300-dən artıq iştirakçı 10 fərqli nominasiyalarda innovativ layihələrini təqdim edərək 20 000 ABŞ dolları həcmində hədiyyə fondu uğrunda mübarizə aparıb. Müsabiqədə ilk dəfə iştirak edən azərbaycanlı tələbələr 6 nominasiya üzrə öz layihələrini təqdim ediblər. Tələbələrimiz yarışdan iki qızıl və iki bürünc medalla qayıdıblar. Qalib tələbələrdən biri 6 aydır ki, fəaliyyətdə olan İT Step Akademiyasının tələbəsidir. “WEB Design” nominasiyası üzrə 1-ci yerin qalibləri Elvin Cuvarov, Orxan Qədirov (“E-Tap” komandası), “Character Design” nominasiyası üzrə 1-ci yerin qalibi Vaqif Rüstəmov, “Startup Challenge” nominasiyası üzrə 3-cü yerin qalibləri Əsəd Yusubov, Nicat Cavadov (“JavaSet” komandası), “Internet of Things” nominasiyası üzrə 3-cü yerin qalibləri Tural Səlimli, Məmməd Kərimli və Fəhmin Zakirli (“Savefy” komandası) olub. Müsabiqə Azərbaycanın və Ukraynanın Təhsil nazirliklərinin, Kiyev Şəhər Administrasiyasının dəstəyi ilə keçirilib. Layihələri Ukraynanın və dünyanın ən böyük İT şirkətlərinin nümayəndələri qiymətləndiriblər. 9 ildir ki, keçirilən “Qızıl Bayt” çempionatının tərəfdaşları “Microsoft”, “InterSystems”, “Intel”, “Dell”, “Stearling Studio” şirkətləridir. İndiyədək çempionata 24 min iştirakçının 6000-dən çox işi təqdim olunub. Bu il isə çempionata 10 000-dən artıq iştirakçı layihə təqdim edib. Qeyd edək ki, IT STEP akademiyası 1998-ci ildə yaradılıb və hazırda dünyanın 17 ölkəsində 44 filialı var. Akademiyada 3 ixtisas sahəsi - kompyuter qrafikası və dizayn, proqram təminatı, şəbəkə texnologiyası üzrə mütəxəssislər hazırlanır. Ötən il Bakıda fəaliyyətə başlayan akademiyada 17 kompüter sinfi, robot texnikası, bədii studiya, qrafik dizayn və fotostudiyadan ibarət 4 ixtisaslaşdırılmış laboratoriya fəaliyyət göstərir.
27/04/2017 16:29
İstedadlı şagirdlər üçün yeni vəsait çap olunub
Təhsil İnstitutu fənn olimpiadaları və müxtəlif fənn müsabiqələrinə hazırlaşan istedadlı şagirdlər üçün xüsusi vəsaitlərin buraxılışına başlayıb. İlk belə vəsait riyaziyyat fənni üzrə Respublika fənn olimpiadalarına, beynəlxalq olimpiadalara və müxtəlif müsabiqələrə hazırlaşmaq istəyən VII-XI sinif şagirdləri üçün nəzərdə tutulub. “Riyaziyyat” olimpiada vəsaiti ümumi təhsil müəssisələrində çalışan, riyaziyyatdan fakültativ məşğələlər aparan müəllimlər, istedadlı uşaqlarla işləyən pedaqoqlar, tələbələr, eləcə də riyaziyyat sahəsinə marağı olanlar üçün faydalıdır. Buraxılışlar əsasında çap edilməsi nəzərdə tutulan bu vəsaitdə mövzuların nəzəriyyə hissələri verilib, mürəkkəb olmayan misal və məsələlər seçilərək test formatında təqdim edilib. Bununla yanaşı hər mövzunun sonunda açıq tipli olimpiada sualları da yer alıb. Vəsaiti telefon vasitəsilə (+994124309081 - daxili 134) əlaqə saxlamaqla və ya elektron sifariş blankını doldurmaqla sifariş edə bilərsiz. Çatdırılma pulsuzdur.
27/04/2017 15:53
Modul tipli məktəblərlə tanışlıq üçün mediaturdan foto anlar
İsmayıllı rayonunun Yenikənd, Göyçay rayonunun Hacağabəyli kəndlərində quraşdırılan modul tipli məktəblərlə tanışlıq üçün mediaturdan foto anlar.
27/04/2017 12:53
İdman məktəbinin yetirməsi Avropa çempionu olub
Polşanın Varşava şəhərində kişilər arasında cüdo üzrə Avropa çempionatı keçirilib. Çempionatda ölkəmizi təmsil edən cüdo üzrə yığma komandanın tərkibində 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİM) idmançısı Hidayət Heydərov 73 kq çəki dərəcəsində uğurla çıxış edərək Avropa çempionu adını qazanıb. Qeyd edək ki, Varşavada bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanan Hidayət Heydərov qitənin ən mötəbər yarışında birinci yeri tutan ən gənc cüdoçu olub. İdmançımız Avropa Cüdo Birliyi tərəfindən "Avropanın ən yaxşı gənc cüdoçusu" mükafatına layiq görülüb.
27/04/2017 11:41
Modul tipli məktəblərlə tanışlıq üçün mediatur keçirilib
Aprelin 26-da İsmayıllı və Göyçay rayonlarına mediatur təşkil edilib. Mediaturun məqsədi bu bölgələrdə quraşdırılan modul tipli məktəblər haqqında media nümayəndələrinə məlumat vermək və onları həmin məktəblərlə tanış etmək olub. Əvvəlcə media nümayəndələri İsmayıllı rayonunun Yenikənd kənd ümumi orta məktəbinə baş çəkiblər. Media nümayəndələrinə məlumat verilib ki, 9 şagirdin təhsil aldığı Yenikənd kənd ümumi orta məktəbi 4 sinif otağı, 1 müəllimlər otağı və sanitar qovşaqdan ibarətdir. Daha sonra media nümayəndələri Göyçay rayonu Yeniarx kənd orta məktəbin Hacağabəyli kənd sinif komplekti ilə tanış olublar. 4 sinif otağından, 1 müəllimlər otağı və sanitar qovşaqdan ibarət olan məktəbin 16 şagirdinin təlim-tərbiyəsi ilə 4 müəllim məşğul olur. Bildirilib ki, Nazirlər Kabinetinin ötən ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti cənab İlham Əliyevin 2017-2018-ci illərdə qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı tapşırığına uyğun olaraq ilk pilot layihə çərçivəsində Göyçay, İsmayıllı və Lənkəranda 3 məktəb quraşdırılaraq təhvil verilib. Həmçinin 2017-2018-ci illərdə 232 modul tipli məktəbin quraşdırılması planlaşdırılıb. Cari ilin sonuna qədər 100 məktəb təhvil veriləcək. Hazırda 17 rayonda 23 məktəbin quraşdırılmasına başlanılıb. Mayın sonunadək daha 19 məktəbin quraşdırılması nəzərdə tutulub. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Həmçinin qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesinin dayandırılmaması məqsədilə səyyar modul tipli məktəblərin quraşdırılması da nəzərdə tutulur. Modul tipli məktəblərlə bağlı ətraflı məlumat
27/04/2017 10:35
SABAH qruplarının tələbələri seminarda
"SABAH Karyera Akademiyası” çərçivəsində rəsmi tərəfdaş olan "ADA" Universiteti SABAH qruplarının tələbələri üçün seminarlar keçirib. “Magistratura pilləsində təhsilə hazırlıq və planlaşdırma”, “Bazar araşdırması”, “İşəgötürənlərin tələbi: ixtisaslar və sahələr”, “Təhsildən karyeraya keçid” mövzuları üzrə "ADA" Universitetinin Karyera Mərkəzi tərəfindən keçirilmiş 4 günlük seminarda gələcək SABAH məzunlarına karyera inkişafı istiqamətində faydalı məlumatlar verilib, müzakirələr aparılıb və tələbələrin sualları cavablandırılıb. Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən 7 ali təhsil müəssisəsində yaradılmış, hazırda isə 11 ali təhsil müəssisəsində həyata keçirilən və tələbələrə daha üstün təhsil, inkişaf imkanları təklif edən SABAH qrupları layihəsi ali təhsil sistemində ən aparıcı layihələrdəndir. “SABAH Karyera Akademiyası” proqramı ilk SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə hazırlanıb. Proqram “İşə düzəlmə”, “Magistratura təhsili”, “Sahibkarlıq” və “Elmi araşdırmalar” olmaqla 4 istiqaməti əhatə edir.
26/04/2017 17:17
"Vətən" komandası qalib oldu
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkil etdiyi Bakcell U-17 Liqanın qalibi müəyyənləşib.Çempionatın final yarışında "AZAL" komandası ilə qarşılaşan “Vətən” İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin 17 yaşlılardan ibarət yığma komandası 3:1 hesabı ilə qalib gələrək liqanın qalibi olub. Qaliblərə AFFA-nın baş katibi Elxan Məmmədov, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətinin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, texniki direktor Bernhard Lippert, Bakcell şirkətinin rəsmi nümayəndəsi tərəfindən mükafatlar təqdim olunub.
26/04/2017 14:15
IV İslam Həmrəyliyi Oyunlarına həsr olunan yarışlar davam edir
IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri davam edir. Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliği, onların idmana marağının artırılması və məktəblilərin sağlam həyat tərzinə cəlb edilməsindən ibarətdir. Hövsan Olimpiya İdman Kompleksində sərbəst güləş və Yunan-Roma, Şəmkir Olimpiya İdman Kompleksində basketbol, Biləsuvar Olimpiya İdman Kompleksində boks, Xaçmaz Olimpiya İdman Kompleksində stolüstü tennis idman növləri üzrə zona yarışları keçirilib. 600 nəfərdən çox məktəbli idmançının qatıldığı yarışlarda sərbəst güləş idman növü üzrə I yerə Qaradağ, II yerə Xəzər, III yerə Sabunçu, Yunan-Roma güləşi idman növü üzrə I yerə Nizami, II yerə Nərimanov, III yerə Xəzər, basketbol idman növü üzrə I yerə Gəncə, II yerə Göygöl, III yerə Mingəçevir, boks idman növü üzrə I yerə Biləsuvar, II yerə Lənkəran, III yerə Cəlilabad, stolüstü tennis idman növü üzrə I yerə Sumqayıt, II yerə Şabran, III yerə Xaçmaz rayon və şəhərlərin komandaları layiq görülüb. Qaliblər diplom və medallarla təltif edilib. Yarışlar ölkənin 76 şəhər və rayonu əhatə olunmaqla 6 zona və 11 idman növü - sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika üzrə keçirilir.
26/04/2017 12:10
Azərbaycanlı məktəblilər 23 aprel – Beynəlxalq Uşaq Festivalında
24 saylı Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin “Səma” rəqs qrupunun üzvləri Türkiyə Respublikasında keçirilən 23 aprel-Beynəlxalq Uşaq Festivalında iştirak edib. Tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib. 26 ölkənin qatıldığı festivalda “Səma” rəqs qrupunun üzvləri milli rəqslərimizi nümayiş etdiriblər. Beynəlxalq səviyyədə keçirilən şənlik uşaqlar arasında qardaşlıq, sevgi və dostluq əlaqələrini inkişaf etdirmək məqsədi daşıyır.
25/04/2017 16:55
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı