SABAH qruplarının tələbələri seminarda
"SABAH Karyera Akademiyası” çərçivəsində rəsmi tərəfdaş olan "ADA" Universiteti SABAH qruplarının tələbələri üçün seminarlar keçirib.
“Magistratura pilləsində təhsilə hazırlıq və planlaşdırma”, “Bazar araşdırması”, “İşəgötürənlərin tələbi: ixtisaslar və sahələr”, “Təhsildən karyeraya keçid” mövzuları üzrə "ADA" Universitetinin Karyera Mərkəzi tərəfindən keçirilmiş 4 günlük seminarda gələcək SABAH məzunlarına karyera inkişafı istiqamətində faydalı məlumatlar verilib, müzakirələr aparılıb və tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən 7 ali təhsil müəssisəsində yaradılmış, hazırda isə 11 ali təhsil müəssisəsində həyata keçirilən və tələbələrə daha üstün təhsil, inkişaf imkanları təklif edən SABAH qrupları layihəsi ali təhsil sistemində ən aparıcı layihələrdəndir.
“SABAH Karyera Akademiyası” proqramı ilk SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə hazırlanıb. Proqram “İşə düzəlmə”, “Magistratura təhsili”, “Sahibkarlıq” və “Elmi araşdırmalar” olmaqla 4 istiqaməti əhatə edir.
8 il əvvəl
Digər xəbərlər
-
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası ilə bağlı Bakıda tədrisin təşkilində müvafiq tənzimləmələr ediləcək
23.04.2026 - 17:00 -
Nazir müavini “Yeni çağırışlar” kitabının təqdimat mərasimində iştirak edib
23.04.2026 - 11:53 -
Elm və təhsil naziri internat məktəblərinin direktorları ilə görüşüb
23.04.2026 - 10:14 -
Nazir Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
22.04.2026 - 17:36 -
Təhsilalan və təhsilverənlərin vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair tədbirlərə başlanılır
21.04.2026 - 12:16
