Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yunan-Roma güləşi üzrə yarış keçirilib

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhəri 136 nömrəli tam orta məktəbdə 14-16 yaşlı idmançılar arasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş Yunan-Roma güləşi üzrə açıq birincilik keçirilib. Yarışın keçirilməsində məqsəd məktəblilərin Yunan-Roma güləşi idman növünə olan marağını, onların yarış təcrübəsini artırmaqdan ibarət olub. Birinciliyin açılış mərasimində Respublika Uşaq Yaradıcılıq Mərkəzinin rəqs qruplarının, 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin və Bakı şəhəri 12 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin idmançılarının nümunəvi çıxışları təşkil olunub. 10 çəki dərəcəsi üzrə 120 nəfər idmançının qatıldığı yarışlarda I yerə “Təhsil” Respublika İdman Mərkəzinin 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, II yerə Bakı şəhəri 16 Uşaq-Gənclər İdman Məktəbinin, III yerə “Təhsil” Respublika İdman Mərkəzinin 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandaları layiq görülüb. Qaliblər kubok, medal və diplomlarla təltif edilib.

Azərbaycanlı məktəblilər medal qazanıb

Hindistanın Dehli şəhərində 6-cı Amiti Beynəlxalq fənn olimpiadası keçirilib. Olimpiadada Azərbaycan, Türkiyə, Hindistan, Moldova, Rumıniya və digər ölkələr  olmaqla ümumilikdə 11 ölkədən 276 şagird iştirak edib. Şagirdlər riyaziyyat, biologiya, fizika, kimya fənləri üzrə biliklərini sınayıblar. Azərbaycanlı məktəblilər olimpiadada ölkəmizi uğurla təmsil ediblər. Akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdləri İbrahim Qasımlı gümüş, Ləman Məmmədli bürünc  medal qazanıb.

Uşaq Gənclər İdman Məktəbində açıq birincilik keçirilib

Sumqayıt şəhər 1 saylı Uşaq Gənclər İdman Məktəbində 28 May-Respublika Gününə həsr olunmuş açıq birincilik keçirilib. Boks, basketbol, futbol, stolüstü tennis və üzgüçülük idman növləri üzrə keçirilən yarışlara 450 nəfərdən artıq idmançı qatılıb. Yarışın keçirilməsində əsas məqsəd müvafiq idman növləri üzrə perspektivli idmançıların üzə çıxarılması, yarış təcrübələrinin artırılması, uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə dəstəyin göstərilməsi, onların sağlam həyat tərzinə cəlb edilməsindən ibarət olub. Birinciliyin qalibləri kubok, medal və qiymətli hədiyyələrlə təltif olunub.

Zaqatala müəllimləri “Bizim müəllim” layihəsində

Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən, peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatı davam edir. “Bizim müəllim” layihəsinin növbəti təqdimatı Zaqatala rayonunda fəaliyyət göstərən müəllimlərə həsr olunur.

İntellektual oyun üzrə regional məktəb çempionatı

Bakı şəhəri 18 nömrəli tam orta məktəbTəhsil Nazirliyinin təşkilatçılığı və Azərbaycan İntellektual Klublar Assosiasiyasının dəstəyi ilə “İslam Həmrəyliyi İli”nə həsr olunmuş intellektual oyun üzrə 2017-ci ilin regional məktəb çempionatı keçirilib. Ümumilikdə 61 ümumtəhsil məktəbinin komandasının qoşulduğu  çempionatı giriş sözü ilə açan Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov  iştirakçılara uğurlar arzulayıb. Sonra çempionata start verilib. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın qalibi Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin komandası olub. Regionlar üzrə çempionatın qalibləri adına Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyi, Gəncə şəhəri 25 nömrəli tam orta məktəblərin, eləcə də Şəmkir, Lənkəran, Zərdab, Zaqatala, Şirvan, İmişli, Xaçmaz, Bərdə rayonlarının komandaları layiq görülüb. Çempionatın keçirilməsində əsas məqsəd gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına təkan vermək, eləcə də yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gənclərin aşkara çıxarılması, daha çox məktəblinin intellektual fəaliyyətə cəlb olunması, onların asudə vaxtının səmərəli təşkilini təmin etməkdən ibarətdir. Yarış respublika üzrə 12 zonanı - Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Şəmkir, Mingəçevir, Şirvan, İmişli, Masallı, Quba, Zaqatala, Göyçay şəhərlərini əhatə edib. Çempionatın yekun tədbirində Təhsil Nazirliyinin "BİR" Tələbə Könüllüləri də fəal iştirak ediblər. Qaliblər Təhsil Nazirliyinin kubok və medalları, həmçinin Nar Mobile şirkətinin qiymətli hədiyyələri ilə təltif olunub.

“Coca-Cola məktəbli kuboku” turnirinə yekun vurulub

Təhsil Nazirliyi, AFFA Coca-Cola şirkətinin birgə layihəsi olan “Coca-Cola Məktəbli Kuboku” turnirinin final mərhələsinə yekun vurulub. Final qarşılaşmasında Bakı şəhəri Suraxanı rayonu 141 nömrəli tam orta məktəbin komandası ilə Qaradağ rayonu 106 nömrəli tam orta məktəbin komandası qarşılaşıb. Rəqibini 7:3 hesabı ilə məğlub edən 141 nömrəli tam orta məktəbin komandası “Coca-Cola Məktəbli Kuboku” turnirinin 2016-2017-ci il mövsümünün qalibi olub. Turnirdə 3-cü yeri Gəncə şəhəri 24 nömrəli tam orta məktəbin komandası tutub. Final qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları təhsil nazirinin müavini, AFFA İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov, AFFA-nın baş katibi Elxan Məmmədov və “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel təqdim ediblər. Turnirin ən yaxşı oyunçusu Suraxanı rayonundakı 141 nömrəli tam orta məktəbin komandasının kapitanı Nicat Quliyev seçilib. Həmin məktəbin şagirdi Hüseyn Quliyev 11 qolla yarışın ən məhsuldar oyunçusu olub. Fair Play mükafatına isə Qaradağ rayonundakı 106 saylı məktəbin komandasının üzvü Ləman Həsənzadə layiq görülüb.

“Məktəblinin dostu” Cocuq Mərcanlıda

Füzuli rayonunun Horadiz şəhərində 28 may - Respublika gününün 99-cu illiyinə həsr olunmuş  “Yaşa Azərbaycan” adlı festival baş tutub. Festival çərçivəsində iştirakçılar Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlıya növbəti dəfə səfər ediblər. Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi, Füzuli Rayon İcra Hakimiyyəti, Cəbrayıl Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, "Eko Park” Ekoloji Tədqiqatlar Mərkəzi, “ASAN Könüllüləri” təşkilatı,  ASAN Radionun  birgə təşkilatçılığı ilə baş tutan səfərdə iştirakçılar Cocuq Mərcanlıda həyata keçirilən yenidənqurma və tikinti işləri ilə yaxından tanış olublar. İştirakçılar ilkin olaraq ön cəbhədə düşmənlə üz-üzə vətənin keşiyində dayanan əsgərlərlə görüşüb, onlara göstərdikləri şücaətə görə təşəkkür bildiriblər. Həmçinin "Əsgərə Məktub!" layihəsi vasitəsilə vətəndaşların, eləcə də “Məktəblinin dostu” layihəsi çərçivəsində məktəblilərin yazdıqları dəstək məktubları əsgərlərə təqdim olunub. Bundan başqa “Yaşıl ASAN” təşəbbüsü "Eko Park” Ekoloji Tədqiqatlar Mərkəzi ilə birgə “Qarabağa Doğru” ekoloji layihə çərçivəsində məktəblilərə təlim və ağacəkmə aksiyası keçirilib. Əsas mövzusu “Ekoloji marifləndirmə” olan bu  görüş cəmiyyətin ekoloji problemlərlə mübarizədə bütün təbəqələrinin iştirakını təmin etmək və onları bu işə cəlb etmək, real ekoloji layihələr vasitəsi ilə insanlar arasında maarifləndirmə işini effektiv şəkildə artırmaq və ekoloji mühitə dəyən zərəri minimuma endirmək məqsədi daşıyıb.

Müəllimlərin yerdəyişməsinə başlanılıb

Mayın 26-da Təhsil Nazirliyində nazirlik sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsinin başlanılması ilə bağlı brifinq keçirilib. Brifinqdə bildirilib ki, yerdəyişmə prosesi proqram təminatı tətbiq olunmaqla cari ilin 26 may-15 iyun tarixlərində həyata keçiriləcək. İlkin olaraq müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində yerdəyişməsi 26-30 may,  növbəti mərhələdə isə bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi 8-12 iyun tarixlərində aparılacaq. Müəllimlərin yerdəyişməsi zamanı müsabiqə və ya müsahibə keçirilməyəcək. İş yerini dəyişmək istəyən müəllimlər miq.edu.az saytına daxil olmaqla qeydiyyatdan keçə bilərlər. Müəllimlər şəxsi məlumatlar ilə yanaşı, iş yerlərinin dəyişdirilməsini əsaslandırmalı, səbəb olan amilləri qeyd etməli, sosial statusları haqqında məlumatları proqram təminatına yükləməlidirlər. Bundan sonra Təhsil Nazirliyi tərəfindən həmin müəllimin iş yerinin dəyişdirilməsinə münasibət bildiriləcək. Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Təhsil naziri Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Mayın 26-da təhsil naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşüb. Görüş zamanı Azərbaycan və Yaponiya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi

Mayın 25-də  Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, bir sıra dövlət və özəl qurumların, qeyri-hökumət təşkilatlarının və təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, münsiflər heyətinin sədrləri və üzvləri, olimpiada qalibləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Təhsil İnstitutunun direktoru Emin Əmrullayev Respublika fənn olimpiadaları qaliblərinin ali məktəblərə qəbul göstəriciləri ilə bağlı təqdimatla çıxış edib. Daha sonra olimpiada qalibi Eldar Əfəndiyev bu bilik yarışına hazırlaşmasından danışıb. Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov Respublika fənn olimpiadalarının keçirilməsinin istedadlı uşaqların vaxtında müəyyən olunması, onlarla işin düzgün qurulması, ölkənin dayanıqlı inkişafına və işıqlı gələcəyinə xidmət etdiyini vurğulayıb. Şagirdlərin beynəlxalq olimpiadalardakı uğurlarından söz açan təhsil naziri son 4 il ərzində məktəblilərin 1 qızıl, 11 gümüş, 54 bürünc olmaqla 66 medal qazandıqlarını nəzərə çatdırıb. Nazir istedadlı uşaqların gələcək inkişafına verdiyi töhfələrə və Respublika fənn olimpiadalarının keçirilməsində göstərdiyi dəstəyə görə “Kapital Bank”ın rəhbərliyinə təşəkkür edib. Tədbirdə Respublika fənn olimpiadalarının keçirilməsi, olimpiada qalibləri haqqında video-çarx nümayiş olunub. Respublika fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsində 30 000 nəfərə yaxın şagird iştirak edib. Bu il Naxçıvan Muxtar Respublikasından şagirdlər də daxil olmaqla IX-XI və xüsusi istedada malik aşağı sinif şagirdlərinin iştirak etdiyi olimpiadada 8 fənn üzrə 263 qalib müəyyən edilib. 48 nəfər şagird qızıl, 85 nəfər gümüş, 130 nəfər isə bürünc medala layiq görülüb. Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.  

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı