Müəllimlərin yerdəyişməsinə başlanılıb
Mayın 26-da Təhsil Nazirliyində nazirlik sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsinin başlanılması ilə bağlı brifinq keçirilib.
Brifinqdə bildirilib ki, yerdəyişmə prosesi proqram təminatı tətbiq olunmaqla cari ilin 26 may-15 iyun tarixlərində həyata keçiriləcək. İlkin olaraq müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində yerdəyişməsi 26-30 may, növbəti mərhələdə isə bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi 8-12 iyun tarixlərində aparılacaq. Müəllimlərin yerdəyişməsi zamanı müsabiqə və ya müsahibə keçirilməyəcək.
İş yerini dəyişmək istəyən müəllimlər miq.edu.az saytına daxil olmaqla qeydiyyatdan keçə bilərlər. Müəllimlər şəxsi məlumatlar ilə yanaşı, iş yerlərinin dəyişdirilməsini əsaslandırmalı, səbəb olan amilləri qeyd etməli, sosial statusları haqqında məlumatları proqram təminatına yükləməlidirlər. Bundan sonra Təhsil Nazirliyi tərəfindən həmin müəllimin iş yerinin dəyişdirilməsinə münasibət bildiriləcək.
Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
8 il əvvəl
Digər xəbərlər
-
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası ilə bağlı Bakıda tədrisin təşkilində müvafiq tənzimləmələr ediləcək
23.04.2026 - 17:00 -
Nazir müavini “Yeni çağırışlar” kitabının təqdimat mərasimində iştirak edib
23.04.2026 - 11:53 -
Elm və təhsil naziri internat məktəblərinin direktorları ilə görüşüb
23.04.2026 - 10:14 -
Nazir Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
22.04.2026 - 17:36 -
Təhsilalan və təhsilverənlərin vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair tədbirlərə başlanılır
21.04.2026 - 12:16
