Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ağstafa müəllimləri “Bizim müəllim” layihəsində

Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən, peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatı davam edir. “Bizim müəllim” layihəsinin növbəti təqdimatı Ağstafa rayonunda fəaliyyət göstərən müəllimlərə həsr olunur.

Məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyəti üçün təlim

IT STEP akademiyasında məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyəti üçün təlim keçirilib. Təlimin əsas məqsədi məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, pedaqoji heyətin işinin təkmilləşdirilməsi, texniki yaradıcılıq sahəsində fəaliyyət göstərən dərnəklərin müasir tələblərə uyğunlaşdırılmasıdır. Təlimdə texniki yönümlü dərnəklərlə yanaşı, uşaqların erkən yaş qrupları üzrə intellektual klublarının dərnək rəhbərləri də iştirak edib. Təlimin mövzusu “CodeClub” proqramı (codeclub.org) üzrə “Scratch” proqramlaşdırma dilinin öyrədilməsi olub. Massaçusets Texnologiya Universiteti tərəfindən tərtib olunmuş “Scratch” proqramlaşdırma dili 8-16 yaşlı uşaqlarda yaradıcı, sistematik düşüncəni və komanda işi bacarıqlarının inkişaf etdirilməsi üçün nəzərdə tutulub, eyni zamanda proqram dərnək rəhbərlərinə tədris zamanı əlavə resurslardan istifadə imkanlarının genişləndirilməsinə xidmət göstərir.  

Təhsil naziri Göyçay şəhərində vətəndaşları qəbul edib

İyunun 5-də təhsil naziri Mikayıl Cabbarov Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərini qəbul edib. Qəbuldan əvvəl təhsil naziri Mikayıl Cabbarov və Göyçay Rayon İcra Hakimiyyətinin başçısı  Mehdi Səlimzadə Heydər Əliyev Mərkəzində ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Ucar, Zərdab, Göyçay və Ağcabədi rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edib. Qəbulda vətəndaşlar müəllimlərin yerdəyişməsi və işə qəbulu, orta ixtisas təhsili müəssisəsinə bərpa olunma, direktorların işə qəbulu və digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq struktur bölmələrinə və yerli təhsili idarəetmə qurumlarına tapşırıqlar verilib, əksər məsələlər isə yerindəcə həllini tapıb.

Məktəblilər üçün audio kitab və yeni jurnal

“Səsli kitablar” layihəsi və “Birlikdə” jurnalının təqdimat mərasimi keçirilib. Tədbir Təhsil NazirliyiCommunity.az portalının dəstəyi, “Pasha  Holding”, “Access Bank”, “AXA MBASK” sığorta şirkəti, Referans Klinik Laboratoriya Mərkəzi və LOR Hospitalının təşəbbüsü ilə təşkil olunub. Mərasimdə “Məktəb icmaları” layihəsi çərçivəsində reallaşdırılan “Səsli kitablar” və “Birlikdə” jurnalı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, “Səsli kitablar” layihəsi çərçivəsində görmə qüsuru olan insanlar üçün Azərbaycan və dünya yazıçılarının əsərlərindən ibarət xüsusi audio kitablar hazırlanıb. Layihənin həyata keçirilməsində əsas məqsəd görmə qüsurlu, eləcə də vaxt məhdudiyyəti səbəbindən kitab oxuya bilməyən şəxslərin “Səsli kitablar”dan yararlanmalarına kömək etməkdir.  Layihə çərçivəsində yeni kitabların səsləndirilməsi də planlaşdırılır. Proses bitəndən sonra audio kitablara www.community.az portalında qulaq asmaq mümkün olacaq. Bildirilib ki, “Birlikdə” jurnalı “Azərbaycan müəllimi” qəzeti və Community.az portalının əməkdaşlığı ilə çap olunub. “Birlikdə” jurnalının nəşr edilməsində əsas məqsəd məktəbliləri, valideynləri, müəllimləri maarifləndirmək, dünyagörüşlərini artırmaq və asudə vaxtlarının daha səmərəli keçməsinə kömək etməkdən ibarətdir. Nəşrdə “Mən”, “Sağlam ol”, “Tədbirlərimiz”, “Top 10 kitablar”, “İşıqlı gələcək”, “Süjet”, “Maraqlıdır bilmək”, “Gənc səyahətçi”, “Danışır peşəkar” bölmələri mövcuddur. Jurnaldakı bölmələr üzrə istedadlı məktəblilər, xəstəliklərə qarşı mübarizə yolları, idman növləri, keçirilən tədbirlər, kitablar, teatrlar, geyim tərzi, Azərbaycanın bölgələri, keyfiyyətli təhsil, I sinfə şagird qəbulu, uşaqlarla davranış qaydaları və digər məsələlər barədə ətraflı məlumat almaq mümkündür. “Birlikdə” jurnalı mövzuların fərqliliyi, orijinallığı cəhətdən məktəblilərə aid jurnallar arasında özünəməxsusluğu ilə seçilir. Məktəblilərin maarıflənməsi üçün zəngin vasitə olan “Birlikdə” jurnalı tərtibat baxımından da seçilir. Jurnalda hər bir mövzuya uyğun şəkillərin rəngarəngliyi diqqəti cəlb edir.  Qeyd edək ki, “Məktəb icmaları” layihəsinə BŞTİ-nin tabeliyində olan 150 ümumi təhsil müəssisəsi cəlb edilib.

May ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 21 088 müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2017-ci ilin may ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 21 088 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 17 685 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3 403 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 315 sənəd (547 məktub, 377 ərizə, 391 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox müəllimlərin yerdəyişməsi və işə qəbulu, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı məsələləri əhatə edib. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə axşamı (4 044 zəng) və çərşənbə (3 944 zəng) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə axşamı (801 müraciət) və çərşənbə (723 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 15:00-dək müraciət edilib.

“SABAHın məzunu” mərasimi keçirilib

İyunun 4-də Heydər Əliyev Mərkəzində “SABAHın məzunu” mərasimi keçirilib. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, təhsil ekspertləri, müəllim və tələbələr iştirak edib. Əvvəlcə tədbir iştirakçıları “Mən SABAHAM” adlı sərgi ilə tanış olublar. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra SABAH qrupları ilə bağlı videoçarx nümayiş olunub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “SABAHın məzunu” mərasiminin iştirakçılarına ünvanladığı müraciət oxunub. Müraciətdə qeyd olunub ki, SABAH layihəsi cənab Prezidentin 2013-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası çərçivəsində həyata keçirilən mühüm təşəbbüslərdən biridir. Müraciətdə SABAHın ilk məzunlarına uğurlar arzulayan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkəmizin sürətlə qloballaşan dünyaya inteqrasiyasında təhsilli gənclərin üzərinə böyük missiya düşdüyünü qeyd edib. Müraciətdə SABAH könüllülərinin ölkəmizdə keçirilən iri miqyaslı beynəlxalq tədbirlərdəki roluna da toxunan Birinci vitse-prezident könüllülüyün, yardımsevərliyin vacib vətəndaş keyfiyyətləri olduğunu vurğulayıb. Daha sonra SABAHın məzunları – Bakı Dövlət Universitetinin tələbəsi Günay İmanzadə və Azərbaycan Texniki Universitetinin tələbəsi Şahin Xəlilov SABAH qruplarında peşəkar müəllimlərdən aldıqları təhsildən danışıb, SABAHın yaratdığı imkanlar, qazandıqları bilik və təcrübənin gələcək karyeralarında müstəsna rol oynayacaqlarını bildiriblər. Təhsil naziri Mikayıl Cabbarov tədbirdə çıxış edərək SABAH qruplarının ilk məzun mərasiminin məhz ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan bu mərkəzdə baş tutmasının simvolik məna daşıdığını bildirib. Nazir qeyd edib ki, savadlı, bacarıqlı və hazırlıqlı gənclər ölkəmizin gələcəyini təmsil edir. Məhz bunun üçün də təhsil prosesində daha zəngin və tələbkar akademik proqram tətbiq olunub. Mikayıl Cabbarov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, rəqabətəqabil, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. Təhsil naziri Birinci vitse-prezidentin müraciətinin təhsilə və gənclərə diqqət və qayğısının daha bir təzahürü olduğunu qeyd edib. SABAHın əsas məqsədinin ali təhsildə  keyfiyyətin yüksəldilməsi,  yeni və fərqli mühitin yaradılması, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi olduğunu deyən nazir bu qrupların gənclər üçün açdığı imkanlardan danışıb. Çıxışının sonunda SABAHın məzunlarını təbrik edən təhsil naziri onlara gələcək həyatlarında uğurlar arzulayıb. Mərasimin sonunda SABAH qruplarının himni səsləndirilib, xatirə fotosu çəkilib. SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 46 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. 2016-2017-ci tədris ili üzrə SABAH qruplarının ilk məzunlarının sayı 722 nəfərdir. SABAH tələbələrinin tədrisdənkənar fəaliyyətinin səmərəliliyinə şərait yaratmaq məqsədilə təşkil olunan fəaliyyətlər çərçivəsində SABAHın Könüllüsü layihəsi həyata keçirilib. SABAH qruplarının müəllim-professor heyəti, ümumilikdə 650 nəfərə yaxın olmaqla, ali təhsil müəssisələrinin seçilmiş müəllimləri, Kanada və İngiltərədən dəvət olunmuş yerli dil daşıyıcıları, həmçinin Azərbaycandakı yerli və xarici şirkətlərdə çalışan peşəkarlardan təşkil edilib.  

“Ədəbiyyat biliciləri” müsabiqəsinin qalibləri mükafatlandırılıb

İyunun 2-də “Ədəbiyyat biliciləri” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, nazirliyinin əməkdaşları, müsabiqənin Təşkilat Komitəsinin və Münsiflər Heyətinin üzvləri, müsabiqə qalibləri iştirak edib.  Təhsil nazirinin müavini, müsabiqənin Təşkilat Komitəsinin sədri Ceyhun Bayramov bildirib ki, ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi artıq ikinci ildir keçirilir. Nazir müavini müsabiqənin şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi gücləndirmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirmək baxımından mühüm amil olduğunu diqqətə çatdırıb. “Ədəbiyyat biliciləri” müsabiqəsi 3 mərhələdə təşkil olunub. Müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 30 minə yaxın şagird iştirak edib. Onların arasından fərqlənən 4665 nəfər şagird rayon (şəhər) mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin rayon (şəhər) mərhələsi mart ayında yekunlaşıb və 114 şagird ölkə mərhələsinə çıxıb. Bu mərhələdə iştirakçılar 4 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazıb və 10 sualı yazılı cavablandırıblar. Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanaraq qiymətləndirilib. Müsabiqənin nəticələrinə görə, 5 nəfər birinci, 10 nəfər ikinci, 15 nəfər üçüncü dərəcəli diploma, 21 nəfər tərifnamayə layiq görülüb. Qaliblərə diplom və tərifnamələrlə yanaşı, qiymətli hədiyyələr və kitablar da təqdim olunub.   Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrində  nəzərdə tutulan vəzifələrin icrasına xidmət edir.

Azərbaycan Dillər Universitetinin yeni rektoru kollektivə təqdim olunub

İyunun 2-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsinə təyin edilmiş Kamal Abdullayev bu ali təhsil müəssisəsinin kollektivinə təqdim olunub. Təhsil naziri Mikayıl Cabbarov Kamal Abdullayevin ADU-nun rektoru təyin olunması barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamını diqqətə çatdırıb. Nazir Kamal Abdullayev və onun elmi fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. ADU-nun şanlı tarixə malik olduğunu söyləyən təhsil naziri qarşıda duran vəzifələrdən danışıb, yeni rektorun bu işlərin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib. Təhsil naziri yeni rektoru təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. ADU-nun rektoru Kamal Abdullayev ona göstərilən etimada görə ölkə Prezidentinə minnətdarlığını bildirib və üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirmək üçün səylə çalışacağını söyləyib.

Azərbaycanlı məktəblilər suriyalı həmyaşıdlarına hədiyyə göndərib

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə "Suriya uşaqları üçün ümidlər" adlı sosial kampaniya keçirilib. “Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının Təhsil Nazirliyi ilə birgə keçirdiyi kampaniya Suriyadan Türkiyənin müxtəlif ərazilərinə pənah gətirən uşaqlara həsr olunub. Kampaniyanın məqsədi bu gün dünyada baş verən müharibələr və onun nəticələrindən əziyyət çəkən uşaqlara diqqət yönəltməkdir. Kampaniya çərçivəsində uşaqlar üçün lazımi əşyalar (geyim, oyuncaq və.s), məktəblilərin suriyalı həmyaşıdlarına yazdıqları məktublar toplanıb. Toplanmış əşyalar və məktublar “Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının Türkiyə təmsilçisi vasitəsilə ehtiyacı olanlara müvafiq şəkildə çatdırılacaq. Sosial kampaniyanın tərəfdaşı qismində Təhsil Nazirliyi və tabeliyində olan qurumlar iştirak edib. Kampaniyaya "Bir” Tələbə-Könüllü Proqramı, fərdi şəxslər və məktəblilər dəstək verib.

“Oynayaraq öyrənək” layihəsinin yekunu

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin birgə həyata keçirdiyi “Oynayaraq öyrənək” adlı sosial yönümlü təhsil layihəsinin bağlanış mərasimi keçirilib. Bir aydan artıq müddətdə davam edən, "Oynayaraq öyrənək" devizi altında həyata keçirilən layihənin əsas məqsədi uşaq bağçasına getməyən uşaqları didaktik oyunlar vasitəsilə məktəbə hazırlamağın mümkün olduğunu cəmiyyətə və valideynlərə göstərmək, onları maarifləndirmək, cəmiyyətdə uşaq tərbiyəsi və təhsili ilə bağlı stereotip fikirləri qırmaqdır. Layihə çərçivəsində kollecin bir qrup seçilmiş tələbəsi aprel ayı ərzində TİPİİ-də təşkil olunmuş xüsusi təlimlərdə iştirak ediblər. “Didaktik oyunlar: nəzəriyyə və təcrübə” adlı seminarda tələbələrə uşaqların erkən inkişafı, öyrənmə nəzəriyyələri, didaktik oyunların əhəmiyyəti, məktəbəqədər yaşlı uşaqlarla işin təşkili metodikası və digər nəzəri biliklərlə yanaşı təcrübi bacarıqlar da aşılanıb. Kursu uğurla başa vurmuş tələbələrdən 18 nəfəri may ayı ərzində Bilgəh qəsəbəsindəki 11 saylı İnteqrasiya təlimli internat məktəbində, Binəqədi rayonu Heydər Əliyev parkında, Mir Cəlal parkında, Yasamal rayonu İzmir  parkında, Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəbində, N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbində uşaqlar və onların valideynləri, dayələrlə fləş-mob formatında öyrədici oyunlar keçiriblər.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı