Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bu il XI sinifləri 84 088 nəfər şagird bitirir

2016-2017-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi  (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagird bitirəcək. 2017-2018-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz 164 945  nəfərdir. Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun  əmrinə əsasən, "Son zəng" tədbiri iyunun 14-də yalnız ümumi təhsil müəssisələrinin ərazisində təşkil olunur. Məzunları təbrik edir, onlara gələcək həyatlarında və təhsillərində uğurlar arzulayırıq. 

Bakıda “Beynəlxalq Təhsil Həftəsi-2017” simpoziumu keçirilir

“ADA” Universiteti, ABŞ-ın Azərbaycandakı səfirliyi və ABŞ Təhsilli Məzunlar İctimai Birliyinin təşkilatçılığı ilə Bakıda “Beynəlxalq Təhsil Həftəsi-2017” simpoziumu keçirilir. İyunun 13-də “ADA” Universitetində simpoziumun rəsmi açılışı olub. Açılış mərasimində “ADA” Universitetinin Təhsil İnstitutunun dekanı Vəfa Kazdal simpoziumun Azərbaycanda təhsilin davamlı inkişafına dəstək məqsədilə keçirildiyini bildirib. O, simpozium çərçivəsində innovativ və müasir təhsil üsulları mövzusunda yerli və ABŞ mütəxəssislərinin təcrübə mübadiləsi aparacaqlarını qeyd edib. V.Kazdal qısa müddətdə böyük nüfuz və hörmət qazanmış “ADA” Universitetində dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb. Təhsil nazirinin müavini Ceyhun BayramovAzərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində aparılan islahatlardan, əldə olunan nəticələrdən bəhs edib. Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsindən danışan nazir müavini son üç ildə müəllimlərin maaşlarının təxminən 30 faiz artdığını deyib. BP Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib ki, təhsilə qoyulan sərmayə gələcəyə yönəlmiş ən səmərəli yatırım sayılır. BP Azərbaycan şirkətinin fəaliyyət göstərdiyi müddətdə təhsil sisteminə təxminən 72 milyon ABŞ dolları məbləğində sərmayə yatırdığını deyən B.Aslanbəyli bu istiqamətdə səylərin davam etdiriləcəyini bildirib. ABŞ səfirliyinin müşaviri Uilyam Gill ikitərəfli münasibətlərdə təhsil sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb. U.Gill ABŞ mübadilə proqramları üzrə təhsil almış təxminən 6 min azərbaycanlı məzunun təhsil sektorunun inkişafında yeniliklər tətbiq etdiklərini diqqətə çatdırıb. İyunun 16-dək davam edəcək simpozium günlərində tədris üzrə mütəxəssislər və təhsil idarəçiləri praktiki seminarlar keçirəcəklər. Müzakirələr əsasən təhsilin müxtəlif idarəetmə mərhələlərinin təhlili, statistik göstəricilərə əsaslanan qiymətləndirmə və hesabatların hazırlanması, tədqiqatların qiymətləndirilməsi və STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyat) təhsilinə fərqli yanaşma istiqamətlərində aparılacaq.   AZƏRTAC

Maliyyə savadlılığına dair təlimlər

"Məktəblinin dostu" pilot layihəsinin əməkdaşları üçün maliyyə savadlılığının artırılması istiqamətində təlimlər keçirilib. Təlimlər Təhsil NazirliyiAzərbaycan Respublikasının Mərkəzi Bankının birgə əməkdaşlığı çərçivəsində reallaşdırılıb. Təlimlərin keçirilməsinin əsas məqsədi "Məktəblinin dostu" pilot layihəsi əməkdaşlarının ilkin iqtisadi bilik və bacarıqlarının artırılmasından ibarətdir.         Ümumilikdə, pilot layihənin 100 iştirakçısı maliyyə savadlılığının kurikuluma inteqrasiya edilən elementlərinə dair peşəkar təlimlərə qatılıb. Layihə çərçivəsində qruplar üzrə təşkil edilmiş təlimlərdə maliyyə savadlılığı, pul nişanları, istehlak büdcəsinin planlaşdırılması, mövcud resurslardan qənaətlə istifadə və istehsal infrastrukturları barədə təqdimatlar keçirilib, mövzular üzrə interaktiv oyunlara, çalışmalara yer verilib. Təlimlərin yekununda qiymətləndirmə aparılıb. Nəticələrə uyğun olaraq, pilot layihənin əməkdaşlarına sertifikatlar təqdim ediləcək.

“Erkən yaş təhsili proqramı” adlı təlim kursu

Təhsil İnstitutunun təşəbbüsü və YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Sinqapurun Milli Təhsil İnstitutu tərəfindən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda “Erkən yaş təhsili proqramı” adlı təlim kursu keçirilir. Təlim kursunun əsas məqsədi erkən yaş dövrü təhsilinə cəlb olunan müəllimlərə qabaqcıl təhsil sistemi, erkən yaş dövründə uşaqların təhsili və onların intellektual, fiziki və emosional inkişafının təmin edilməsi yolları barədə məlumat vermək, beynəlxalq səviyyəli düşüncə tərzi və güclü şəxsi dəyərlər də daxil olmaqla müxtəlif xüsusiyyətlərin öyrədilməsi mexanizmləri ilə tanış etməkdir. Təlim kursu Sinqapurun Milli Təhsil İnstitutunun nümayəndəsi Keren Komala Subramaniam tərəfindən keçirilir. Kurs çərçivəsində kiçik yaşlı uşaqlar ilə ünsiyyət bacarıqlarının inkişafı, onlar üçün dərslərin təşkili və digər mövzularda interaktiv sessiyalar da təşkil olunur. Təlim kursunda iştirak etmək məqsədilə ibtidai sinif müəllimləri, məktəbəqədər müəssisələrdə çalışan və məktəbəhazırlıq kurslarına cəlb olunan müəllimlər, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və bu təhsil müəssisəsinin nəzdində Pedaqoji Kollecin əməkdaşları seçilib. Qeyd edək ki, Sinqapurun Milli Təhsil İnstitutu məktəb rəhbərlərinin və müəllimlərin hazırlığı, ixtisasartırma fəaliyyətinin inkişafı ilə məşğul olan təhsil qurumudur. Təhsildə geniş tədqiqat fəaliyyəti həyata keçirən bu qurum Sinqapurun regional təhsil mərkəzinə çevrilməsində əhəmiyyətli rol oynayıb. Milli Təhsil İnstitutunun fəaliyyətinin əsas nailiyyətlərindən biri Sinqapurun 2015-ci ildə keçirilmiş PİSA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) tədqiqatında dünya üzrə ilk pillədə qərarlaşmasıdır.

Göygöl müəllimləri “Bizim müəllim” layihəsində

Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən, peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatı davam edir. “Bizim müəllim” layihəsinin növbəti təqdimatı Göygöl rayonunda fəaliyyət göstərən müəllimlərə həsr olunur.

Təhsil Nazirliyi layihə sənədini ictimai müzakirəyə çıxarır

Təhsil Nazirliyi “Məktəbəqədər təhsilin kurikulumu” sənədinin layihəsini ictimai müzakirəyə təqdim edir.   Sənəd “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrasını təmin etmək məqsədi ilə hazırlanıb. İctimai müzakirədə iştirak etmək istəyənlər Təhsil Nazirliyinin internet saytının “Sənədlər” bölməsində  (http://edu.gov.az/upload/file/mektebeqeder/mektebeqder-tehsilin-kurikulumu-layihe.pdf) həmin sənədlə tanış ola bilərlər. Rəy, təklif və iradları layihe@edu.gov.az elektron poçtuna göndərməklə bildirmək mümkündür. Təhsil Nazirliyi “Məktəbəqədər təhsilin kurikulumu” sənədinin təkmilləşdirilməsində geniş ictimaiyyəti fəal olmağa dəvət edir.

“Ağ Top” Şahmat Klubunun yetirməsindən yeni rekord

Azərbaycan şahmat tarixində 5 yaşlı uşaq yeni rekord təyin edib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 236 nömrəli məktəbin məktəbəhazırlıq qrupunda məşğələlərə cəlb olunan Paşam Əlizadə birinci dərəcə normasını yığıb. Paşam Əlizadə 17 yaşadək olan oğlanlar və qızlar arasında şahmat idman növü üzrə birinci dərəcə norması uğrunda təşkil edilən yarışda keçirdiyi 9 oyunda 7 xal toplayıb. “Ağ Top” Şahmat Klubunun yetirməsi olan Paşam Əlizadə diplom və mükafatla təltif edilib.    Bundan əvvəl Azərbaycanda şahmat idman növü üzrə birinci dərəcə norması 6 yaşlı uşaq tərəfindən yerinə yetirilib. 

“Son zəng”in keçirilməsi haqqında əmr

Təhsil naziri Mikayıl Cabbarovun  əmrinə əsasən, "Son zəng" tədbiri iyunun 14-də yalnız ümumi təhsil müəssisələrinin ərazisində təşkil olunacaq. Əmrdə ölkəmizin ümumi təhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, ictimaiyyət nümayəndələri və məktəb məzunlarının iştirakı tövsiyə olunub. Yerli təhsili idarəetmə qurumlarına “Son zəng”in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işlərin vaxtında başa çatdırılması, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.

Məktəblilər üçün ekstremal təlim

İyunun 9-da paytaxtda məktəblilər üçün “Yanğın zamanı məktəbdə xilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üzrə birgə fəaliyyətin təşkili” mövzusunda təlim keçirilib. "Məktəblinin dostu" pilot layihəsi çərçivəsində Fövqəladə Hallar Nazirliyi ilə birgə reallaşdırılan təlimin məqsədi şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir. Paytaxtdakı 139 nömrəli tam orta məktəbdə reallaşdırılan təlimdə “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi Əkbər Novruzov, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.   Təlim zamanı şagirdlərə yanğının söndürülməsi, yaralılara ilkin tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı zəruri tədbirlər haqqında məlumat verilib. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edilib. Şagirdlər ilkin tibbi yardım və təxliyə zamanı zəruri bacarıqlarını nümayiş etdiriblər. Eləcə də şagirdlərin fövqəladə hallarla bağlı bilikləri yoxlanılıb. Məktəblilər Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən nümayiş etdirilən əyani vəsaitlərlə də yaxından tanış olublar. 

SABAH tələbələri üçün karyera sərgisi

İyunun 9-da SABAH qruplarıAzərbaycanda Amerika Ticarət Palatasının (AmCham) birgə təşkilatçılığı, 31 şirkətin iştirakı ilə karyera inkişafı sərgisi keçirilib. Sərginin keçirilməsinin məqsədi cari tədris ilində işəgötürənlərin diqqətinin SABAH qruplarının məzunlarına yönəldilməsi, məzunların birbaşa olaraq şirkət nümayəndələri ilə görüş və tanışlığına imkan yaradılmasıdır. Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək sərginin SABAH qruplarının tələbə və məzunlarının gələcək karyeraları üçün geniş imkanlar yaratmasından və peşəkar kadr hazırlığının təmin edilməsindəki rolundan danışıb. Nazir müavini “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası çərçivəsində yaradılmış SABAH qruplarının ilk məzunlarının karyera istiqamətlərinə dəstək göstərilməsi məqsədilə həyata keçirilən tədbirləri diqqətə çatdırıb və onların ölkəmizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Azərbaycanda Amerika Ticarət Palatasının  icraçı direktoru Natəvan Məmmədova Təhsil Nazirliyinə AmCham ilə yüksək səviyyəli əməkdaşlığına görə təşəkkür edib. Natəvan Məmmədova işəğötürənlərlə daimi partnyorluğun önəmini vurğulayaraq sərgidə iştirak edən şirkətlərə təşəkkür, tələbələrə isə uğurlar arzu edib. İcraçı direktor sərginin nəticəsi olaraq gənclərin ölkənin aparıcı şirkətlərində işlə təmin olunacağına ümid etdiyini bildirib. Sərgidə 38 ixtisas üzrə təhsil alan tələbələr iştirak etməklə təcrübə proqramları və işə qəbul vakansiyaları ilə tanış olmaq,  öz CV-lərini birbaşa olaraq şirkətlərə təqdim etmək imkanı qazanıblar. Sərgi SABAH Karyera Akademiyası çərçivəsində tələbə və məzunların işə düzəlmə istiqamətində fəaliyyətinə dəstək olmaq məqsədi daşıyır. Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 ali təhsil müəssisəsində yaradılmış, tələbələrə daha üstün təhsil və inkişaf imkanları təklif edən ən aparıcı layihələrdəndir. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 46 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. 2016-2017-ci tədris ili üzrə SABAH qruplarının ilk məzunlarının sayı 722 nəfərdir. Azərbaycanda Amerika Ticarət Palatası ölkənin aparıcı və ən nüfuzlu xarici biznes assosiasiyasıdır. 250-dən artıq üzv şirkəti təmsil edən AmCham Azərbaycan üzvlərinin ticarət və sərmayə maraqlarını effektiv şəkildə müdafiə edir. AmCham-ın üzvü olan şirkət Azərbaycan və ABŞ hökumətində biznes məlumatları və əlaqələrinin geniş şəbəkəsinə, eləcə də Amerika Ticarət Palatasının Avropa Şurası və Amerika Ticarət Palatası vasitəsilə Avropa üzrə dəyərli məlumatları əldə etmək imkanına malik olur.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı