Məktəblilər üçün ekstremal təlim
İyunun 9-da paytaxtda məktəblilər üçün “Yanğın zamanı məktəbdə xilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üzrə birgə fəaliyyətin təşkili” mövzusunda təlim keçirilib.
"Məktəblinin dostu" pilot layihəsi çərçivəsində Fövqəladə Hallar Nazirliyi ilə birgə reallaşdırılan təlimin məqsədi şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir.
Paytaxtdakı 139 nömrəli tam orta məktəbdə reallaşdırılan təlimdə “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi Əkbər Novruzov, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
Təlim zamanı şagirdlərə yanğının söndürülməsi, yaralılara ilkin tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı zəruri tədbirlər haqqında məlumat verilib. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edilib.
Şagirdlər ilkin tibbi yardım və təxliyə zamanı zəruri bacarıqlarını nümayiş etdiriblər. Eləcə də şagirdlərin fövqəladə hallarla bağlı bilikləri yoxlanılıb.
Məktəblilər Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən nümayiş etdirilən əyani vəsaitlərlə də yaxından tanış olublar.
8 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00 -
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası ilə bağlı Bakıda tədrisin təşkilində müvafiq tənzimləmələr ediləcək
23.04.2026 - 17:00 -
Nazir müavini “Yeni çağırışlar” kitabının təqdimat mərasimində iştirak edib
23.04.2026 - 11:53 -
Elm və təhsil naziri internat məktəblərinin direktorları ilə görüşüb
23.04.2026 - 10:14 -
Nazir Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
22.04.2026 - 17:36
