Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

İyunun 30-da Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi: görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev, agentliyin əməkdaşları və respublikada fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri iştirak edib. Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizin müxtəlif regionlarında yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri çıxış edərək müəssisələrin mövcud vəziyyəti, tədrisin təşkili və keyfiyyətinin yüksəldilməsi imkanları, müəssisələrin infrastrukturunun təkmilləşdirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, regionlardakı peşə təhsili müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması imkanlarından danışıblar. “Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin rəhbəri Herman Sonneveld Avropa İttifaqı və Azərbaycan arasında peşə təhsili və təlimi sahəsində əməkdaşlıqdan danışıb, layihənin komponentlərinin uğurlu icrasına ümid etdiyini bildirib. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev çıxış edərək ölkənin davamlı inkişafının təmin edilməsi məqsədilə dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlarda təhsil sahəsinin və onun tərkib hissəsi olan peşə təhsilinin mühüm yer tutduğunu bildirib. Agentliyin direktoru qeyd edib ki, ölkə Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” bu sahəyə ayrılan diqqətin bariz nümunəsidir. Famil Mustafayev peşə təhsili üzrə müvafiq qanunvericiliyin hazırlanması istiqamətində görülən işlərin bu sahənin inkişafına töhfə verəcəyindən, ölkədə əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında ixtisaslı kadr hazırlığını həyata keçirən çevik və bazaryönümlü peşə təhsili sisteminin yaradılmasının vacibliyindən və qarşıda duran vəzifələrdən danışıb. Tədbirdə peşə təhsilində idarəetmənin təkmilləşdirilməsi, monitorinq, işəgötürənlərin peşə təhsilinə inteqrasiyası, peşəyönümü işi, yeni tədris resurslarının, kurikulumların hazırlanması və tətbiqi, habelə digər məsələlər müzakirə olunub, müəssisə rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlar verilib.

Oxumuram, əl çəkin...

“Tələbə vikipediya deyil!”, “İmtahanlar ləğv olunsun!”. Azərbaycan Dillər Universitetində bu yaxınlarda bir qrup tələbənin keçirdiyi etiraz aksiyasının şüarlarından ikisi belə idi. Əslində, tələbə vikipediya olmasa da, imtahan verməlidir. Tələbənin oxuyub bildiklərini hansı səviyyədə mənimsədiyini ali təhsil haqqında sənədi verən müəssisə dəqiq öyrənməlidir. Bizim uşaqlar isə... Məsələ burasındadır ki, etirazın mahiyyətini anlamayan bir çox sosial şəbəkə qəhrəmanları aksiyaçıları  Həcər, Nəbi etdilər. Yəni, sözünü hamıya deyəcək qədər böyük cəsarət sahibi saydılar.  Amma deyək ki, adıgedən tarixi qəhrəmanlar da fəaliyyətlərinin mahiyyətinə varmasaq, əslində, elə cahilliyə, avamlığa, bir az müasirləşdirsək, savadsızlığa, ədalətsizliyə qarşı olublar. Qaldı imtahan vermək istəməyən tələbələrə, çox maraqlı məqamlar var. Adamlar sadəcə oxumadıqları, ya da yaxşı oxumadıqları üçün imtahan olunmaq istəmirlər. Biz bəlkə də dünyada yeganə millətik ki, oxumamaq üçün pul veririk. Necə? Orta məktəbdə deyirik ki, bu uşağı çevirin babalarınızın başına, alın bu pulu, uşağa üçdən-zaddan yazın adlasın o biri sinfə. Müəllim almır, olur pis kişi, alır, olur rüşvətxor, təhsilə badalaq vuran. Bu qarmaşada müşahidə etdiyin həm də o olur ki, təhsilin bərbadlığından ən çox danışan elə bayaqkı uşağı üçün yalvaran valideyndir. İllərdi onun üzünə baxa-baxa gəlib çıxdıq yuxarı sinfə. Yuxarı sinifdə yenə həmin valideyn və ya valideynlər yüyürür kiminsə üstünə. Söyləyirik ki, sən  Allah bu dəfə balamla birgə məni də çevir balalarının başına, bəs dərslər ağırdır, bir-iki saat otursun çıxıb gəlsin evə. Uşaq əziyyət  görməsin, nə yaşı var ki, anası ölmüşün. Sonra həmin bu uşaq, ya da olsun elə uşaqlar ali məktəblərə qəbul imtahanı verir. Bir xeylisi imtahanlardan kəsilir.  Valideynlərin böyük əksəriyyəti orda da “dada” yetir. Deyir ki, bəs Azərbaycanda təhsilin səviyyəsi aşağıdır. Dərslər və müəllimlər bərbaddır. Burda bir acı həqiqət var. Bütün sistemlərdə işlər ictimaiyyətin tələb standartına uyğun qurulur. Daha dəqiqi, insanın kəmiyyəti və keyfiyyətinə görə müəyyən edilir. Bütün üst qurumlar aşağıdan gələn tələbləri hesablayaraq fəaliyyət planı qurur. Yəni bu gün adına problem dediyimiz hər şeyə layiqik. Çünki tənbəlik. Məsələn, tələbəyik oxumaq istəmirik, imtahan verməmək üçün üsyan edirik.  O üzdən ali məktəb rəhbərliyinə təzyiq göstəririk ki, göz qorxudaq. O, bu barədə  üst quruma “həyəcanlı” məlumatlar versin. Daha sonra həmin üst qurum da özündən üstə üz tutsun. Beləcə, ölkədə bir qrup oxumaq istəməyən tələbənin kaprizi üzündən dövlətin qanunverici orqanı və mütəxəssisləri layihə hazırlasınlar. İndi saxlayıb o uşaqları soruşmaq lazımdır ki, a bala, nə məsələdir, niyə imtahan vermirsən? Sualın ağzında bitər-bitməz baxırsan ki, etiraz şüarı yazılan plakatlardan birində ingilis dilində qurulmuş cümlə qüsurludur. Yəni artıq sualının cavabı var. Bu uşaqlar nədən imtahan verib, nə alacaqlarını bildikləri üçün sadəcə  “xox” gəlirlər. İndi lap tutaq ki, bu “xox”dan kimsə qorxdu, həmin imtahanlar ləğv edildi. Sonra nə olacaq? O uşaqlar olacaq mənəvi zəlil. Əziyyət görməyən uşağa başqa ad verə bilmirəm mən. Qaldı valideynlərə. Əziz valideynlər, bu günün oxumaq istəmirəm deyən etirazçı tələbəsi, yəni mənim, sizin övladlarınız, sabahın savadsız atası, anasıdır. “Təki mənə güllə dəyməsin, vətən özü bilər” deyən sərhədçi, əsgər, zabit olacaq. Bu qədər zəlili bu ölkənin çiyinləri götürməz axı? Bu ölkəyə zəlillərlə yanaşı, yetişmiş, kamil insanlar, kadrlar da lazımdır. Biz bunu evlərdə yetişdirib, məktəbə, ali təhsil müəssisəsinə, ordan da cəmiyyətə yollaya bilmiriksə ki, nəticədə arxayın oturaq, daha niyə yaşayırıq ki?  O üzdən evlərinizdə yarıtmaz vətəndaş yetişdirib vətənin başına daş salmayın lütfən. Təbii ki, mümkündürsə, imkan varsa.  İndi vətəni bilmirəm, öz  vətəndaş adıma deyim ki, kamil olmayan şagird, tələbə, mütəxəssis lap evimin içindədirsə belə, o mənə lazım deyil. Məncə, vətən də bu mövqedə olar. Bu yazını da elə özümüzə xatir yazdım. Yazdım deyim ki, hələlik millət olaraq gələcəyimizə dair optimistik. Canımıza əziyyət verib uşaqlarımızı zəhmətə, yaxşı təhsilə alışdıraq. Daha rəhmətlik Sabirin sözü olmasın,  “oxutmuram, əl çəkin” deməyək. Rəhmətlik Sabir demiş, adam dövrünün dahilərindəndir. O qədər dahi ki, bütün əsrlər və dövrlər üçün aktual olaraq qalır. Zamanında valideynləri qınamışdı. Qınamışdı ki, “oxutmuram, əl çəkin” deyirlər. İndi sağ olsaydı gedib canlı-canlı qarşısında baş əyərdi adam kişinin. Deyərdi ki, sən gedəndən heç nə dəyişməyib, ay ustad. Əvvəl oxutmaq istəməyənlər vardı. İndi onların sırasına oxumaq istəməyənlərimiz də qoşulub.  Yəni durum sənin yazdığından da qəlizdir. Düzdür, gözümüz, qəlbimiz hərdən sevinir. Uğurlu işıqlı simalarımız da yox deyil. Necə ki, zamanında sən, böyük Zərdabi, Mirzə Cəlil vardı. Amma vallahi xasiyyət və ruhumuzda nəsə dəyişmədi. Hər şey libasımızda gizli. Yəni dəyişən təkcə libasımızdır, ustad. O dünyada səbirli ol, yanına özün kimi xeyli çərləyib ölənlər gələcək bizim simamızda. Çünki bir ordu gəlir üstümüzə oxumaq üçün imtahan vermək istəməyən, vətən dəyəri, milli kimlik anlayışı zəif olan, amalı, əqidəsi fərqli. Biz bu ordu ilə döyüşməyəcək qədər yox, qalib olmayacağımızı anlayacaq qədər acizik.  Çünki azıq, çox az, lap elə sizin o vaxt olduğunuz qədər...   "Azərbaycan müəllimi" qəzeti

Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəqs qrupu Qran-pri mükafatına layiq görülüb

Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin bədii kollektivi İtaliya Respublikasında keçirilən “Sərhədsiz Yaradıcılıq-2017” adlı  beynəlxalq uşaq müsabiqə festivalında iştirak edib. Festivalda mərkəzin uşaqları üç nominasiya – xoreoqrafiya, vokal və rəsm nominasiyaları üzrə iştirak edərək böyük uğur qazanıblar. “Rəqs” nominasiyası üzrə rəqs qrupu “Odlar yurdu – Azərbaycan” kompozisiyası ilə çıxış edib. Kompozisiya muğam, folklor, “Sarı gəlin” və digər milli rəqsləri öz tərkibində birləşdirib. Rəqs qrupu 15 ölkənin içərisində qalib olaraq I yerə layiq görülüb və Qran-pri mükafatını əldə edib. Mərkəzin 10 yaşlı istedadlı vokalçısı Rahim Qədimzadə ölməz sənətkarımız Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısının ifasına görə müsabiqənin “Vokal” nominasiyası üzrə II yerə, II dərəcəli diploma və kuboka, iki gənc rəssam – Mədinə Hüseynzadə və Məryam Axundova isə “Rəsm” nominasiyası üzrə II yerə, diplom və kuboka layiq görülüblər.

“Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda beynəlxalq seminar

İyunun 29-da Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət KomitəsiDünya Əqli Mülkiyyət Təşkilatı (DƏMT) ilə birgə “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda beynəlxalq seminar işə başlayıb. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov seminarın Azərbaycanda kecirilməsini yuksək dəyərləndirib, davamlı inkişafin təmin olunmasında elm və təhsilin rolunu xususi qeyd edib. Nazir bildirib ki, ölkəmizdə bilik iqtisadiyyatının formalaşdırılması dövlət başçısı tərəfindən uğurla həyata keçirilən siyasətin əsas prioritetlərindən biridir. Bu baxımdan təhsil, elm və innovasiya arasında effektiv qarşılıqlı əlaqənin qurulması, yəni “bilik üçbucağı”nın formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Təhsil naziri ötən ilin sonlarında ölkə başçısının müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” sənədinin “İnsan kapitalının inkişaf etdirilməsi” adlanan strateji hədəfində “Ali təhsil müəssisələrində “təhsil-tədqiqat-innovasiya” formatında inkişafın təşviqi”nin ayrıca tədbir kimi nəzərdə tutulduğu deyib. Bu kontekstdə universitetlərin və elmi-tədqiqat institutlarının elmi fəaliyyətinin nəticələrinin kommersiyalaşdırılması prioritet əhəmiyyət daşıyır. Mikayıl Cabbarov bildirib ki, Təhsil Nazirliyi hazırda ali təhsil müəssisələrinin tədqiqat və innovasiya mərkəzləri kimi inkişaf etdirilməsi, eləcə də universitetlərin elmi və elmi-texniki fəaliyyətinin nəticələrinin kommersiyalaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsini dəstəkləyir. Bu tədbirlər arasında əqli mülkiyyət məsələləri sahəsində maarifləndirmə işinin genişləndirilməsi və əqli mülkiyyət hüquqlarının qorunması üzrə lazımi dəstəyin göstərilməsi mühüm yer tutur. Hər bir elm və təhsil müəssisəsinin düzgün qurulmuş əqli mülkiyyət siyasəti olmasının vacibliyini vurğulayan təhsil naziri qeyd edib ki, bu, ilk növbədə elmi tədqiqat və innovasiya fəaliyyəti nəticələrinin səmərəli realizəsi və müəlliflik hüququndan maksimum faydalanmaq baxımından əhəmiyyətlidir. Təhsil naziri Mikayıl Cabbarov magistraturaya daxil olan oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsinin qəbul səviyyəsinə öz töhfəsini verdiyi açıqlayıb və qeyd edib ki, bundan sonra magistraturaya qəbul olanların səviyyəsi əhəmiyyətli dərəcədə artıb: "Ötən il magistraturaya qəbul səviyyəsi 4700-dən az idisə, bu il bu rəqəm 6200-dən çoxdur". Tədbirdə Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun “Biliklər+ texnologiyalar +investisiyalar və əqli mülkiyət = universitetlərin və sənayenin insan kapitalının ekosisteminə (DƏMT-in universitet və elmi-tədqiqat institutları üçün əqli mülkiyyət siyasəti modelinin uyğulaşdırılma təcrübəsindən” mövzusunda məruzəsi dinlənilib. Daha sonra DƏMT-in təmsilçiləri, bir sıra ölkələrin nümayəndələri, əqli mülkiyyət üzrə beynəlxalq ekspertlər mövzuya dair məruzələrlə çıxış ediblər.

“Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi uğurla başa çatıb

IDEA İctimai Birliyi, Təhsil Nazirliyi Respublika Uşaq- Gənclər İnkişaf Mərkəzi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin iştirakı ilə keçirilən “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası” proqramı çərçivəsində “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi uğurla başa çatıb. Salyan rayonunun Yenikənd, Şəkərli, Kürsəngi, Kürqarağaclı və Neftçala rayonunun Tatarməhəllə kəndlərindən 30 məktəblinin iştirak etdiyi düşərgə bu rayonun ərazisində təşkil edilib. “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsinin əsas məqsədi ceyranların reintroduksiya edildiyi ərazilərdə, o cümlədən onların məskunlaşdığı təbii areallara yaxın yerlərdə yaşayan gənc nəsli bu növ barədə maarifləndirməkdir. Düşərgənin gedişatında iştirakçılar ceyranların həyat tərzi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar əldə ediblər. Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşlarının tərtib etdikləri xüsusi maarifləndirmə proqramı üzrə şagirdlər müxtəlif ekoloji oyunlarda və tədqiqatlarda, müzakirələrdə və müsabiqələrdə iştirak edib, ekosistem xidmətlərinin canlıların və insanın həyatında əhəmiyyətinə həsr olunmuş təqdimatla tanış olublar. Ceyranları əyani olaraq müşahidə etmək üçün düşərgə iştirakçılarının Şirvan Milli Parkına ekskursiyası təşkil olunub, flora və fauna haqqında ətraflı məlumat verilib. Yekunda düşərgə iştirakçılarına sertifikatlar və xatirə hədiyyələri təqdim olunub. IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr mütəmadi olaraq 2014-cü ildən etibarən hər il təşkil edilir. Bu müddət ərzində düşərgələrdə, Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara rayonlarından ümumilikdə 300-dən çox məktəbli iştirak edib. “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə qaytarılması” proqramına 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən başlanılıb. Hazırda IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində uğurla icra olunmaqdadır.

Azərbaycanlı şagirdlərdən növbəti uğur

24-29 iyun 2017-ci il tarixlərində Bolqarıstanın Varna şəhərində yeniyetmələrin 21-ci  Beynəlxalq Balkan Riyaziyyat olimpiadası keçirilib. Olimpiadada Bolqarıstan, Rumıniya, Serbiya, Yunanıstan və digər Balkan ölkələri ilə yanaşı, Fransa,  Qazaxıstan, Səudiyyə Ərəbistanı və daha bir çox ölkənin şagirdləri iştirak edib. Azərbaycan bu elm yarışında 6 şagird və 2 rəhbər olmaqla 8 nəfərlik heyət ilə təmsil olunub. “İstək” liseyinin 9-cu sinif şagirdi Ramil Cəbiyev olimpiadanın gümüş, həmin təhsil müəssisəsinin 9-cu sinif şagirdləri Ramiz Vəliyev, Murad Ağayev, həmçinin Fizika-riyaziyyat və informatika təmayüllü liseyin 8-ci sinif şagirdləri Murad Ağazadə və Abbas Məmmədov olimpiadanın bürünc medalına layiq görülüblər. Qeyd edək ki, şagirdlərin hər biri Fizika-riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində həftədə iki dəfə olmaqla hazırlıq dərslərində iştirak edirlər.

"Prometan ağıllı lövhədən istifadə" təlim kursu keçiriləcək

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Təhsildə İnnovativ Texnologiyalar əlavə təhsil mərkəzi ilə birlikdə informasiya-kommunikasiya texnologiyalarını təhsildə səmərəli tətbiq etmək istəyən müəllimlər, tələbələr və gələcəkdə müəllim kimi işləmək istəyənlər üçün "Prometan ağıllı lövhədən istifadə" təlim kursu keçirəcək. Təlimdə nəzəri biliklər verilməklə yanaşı, praktik bacarıqların formalaşması istiqamətində iş aparılacaq. Təlim kursunu uğurla başa vuran müdavimlərə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və Təhsildə İnnovativ Texnologiyalar  Mərkəzi adından ixtisasartırma sertifikatı veriləcək. Təlimlər iyulun 1-dən başlayacaq.

Təlim kursları keçirilir

"Qeyri-ənənəvi rəsmçəkmə texnikaları" mövzusunda təlim kursları keçirilir. Kurslar Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi tərəfindən təşkil olunub. Təlim kursları ümumi təhsil məktəblərinin müəllimləri, məktəbəqədər müəssisələrdə çalışan tərbiyəçilər, həmçinin, tələbə və gələcəkdə pedaqoq olmaq istəyən şəxslər üçün nəzərdə tutulub. Təlim kurslarının keçirilməsində əsas məqsəd qeyri-ənənəvi üsullarla rəsmlərin çəkilməsinə marağı artırmaq, təhsil müəssisələrində bu işi  geniş yaymaqdan ibarətdir. Təlimlərdə nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların formalaşdırılması istiqamətində də işlər aparılır. Sonda yekun qiymətləndirmədə iştirak edən müəllim və tərbiyəçilərə dövlət nümunəli ixtisasartırma sertifikatları veriləcək. 

Məktəblilərarası I Robot Olimpiadasının qalibləri mükafatlandırılıb

İyunun 23-də Məktəblilərarası I Robot Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Olimpiadanın keçirilməsində əsas məqsəd məktəblilər arasında robototexnika sahəsinə marağı artırmaq, robot texnologiyalarından sərbəst istifadə bacarığını formalaşdırmaq və Azərbaycanda İKT sahəsi üzrə peşəkar kadrların hazırlanmasına şərait yaratmaqdan ibarətdir. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, millət vəkilləri, bir sıra dövlət və özəl qurumların və təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, münsiflər heyətinin sədrləri və üzvləri, olimpiada qalibləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra  İstək liseyinin direktoru vəzifələrini icra edən Elxan Əliyev olimpiadanın keçirilməsi və təşkili haqqında məlumat verib. Daha sonra təhsil nazirinin müavini Ceyhun Bayramov məktəblilər arasında keçirilən bu olimpiadanın əhəmiyyətindən danışıb və qalibləri təbrik edərək onlara uğurlar arzulayıb. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda istedadlı şagirdlərin inkişafı və stimullaşdırılması ilə bağlı Təhsil Nazirliyi tərəfindən davamlı tədbirlərin görüldüyünü nəzərə çatdıran Ceyhun Bayramov Məktəblilərarası I Robot Olimpiadasının daha geniş çərçivədə təşkilinin mümkünlüyünü bildirib. Tədbirdə Məktəblilərarası I Robot Olimpiadasının keçirilməsi və olimpiada qalibləri haqqında hesabat videoçarxı nümayiş olunub. Qeyd olunub ki, Məktəblilərarası I Robot Olimpiadasının keçirilməsi beynəlxalq robot və layihə olimpiadalarının təşkilati təcrübəsinə əsaslanır. 3 kateqoriya – “Line follower”, “Lego sumo” və “Hardware control” kateqoriyaları üzrə təşkil olunan olimpiadada Bakı, Sumqayıt, Şirvan, Quba, Mingəçevir, Gəncə, Ağdaş və Lənkəran şəhərlərinin təmsil edən 100-ə yaxın şagird 45 layihə ilə  çıxış edib. Sonda qalib gələn şagirdlərə medal, diplom, sertifikat və qiymətli hədiyyələr təqdim olunub. Məktəblilərarası I Robot Olimpiadası Təhsil Nazirliyi və İstək liseyinin birgə təşkilatçılığı, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası (AREA), Bakı Mühəndislik Universiteti, “Edumedia-Azərbaycan”, “Edutainment” şirkəti, “Microsoft Azərbaycan” şirkəti və STEP Kompüter Akademiyasının  tərəfdaşlığı ilə həyata keçirilib.

Ali təhsilin əlçatanlığı istiqamətində vacib addım

Tələbələr tədris qrafikini özləri tərtib edə biləcəklər   Nazirlər Kabineti “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na dəyişikliklər edib. Ali təhsil müəssisələrinin müstəqilliyinin genişləndirilməsi, ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına uyğunlaşdırılması və ən əsası, tələbələrin təhsilalma imkanlarının genişləndirilməsi məqsədi ilə həyata keçirilən bu yenilikdən sonra bir sıra tələblər dəyişib. Tutaq ki, indiyə qədər yay semestrində tələbə 9-dan artıq fəndən kredit götürə bilməzdisə, bundan sonra yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır.   Yeni qaydalar kredit sistemi ilə tədrisə nə gətirəcək?             Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, yeni qaydalar kredit sistemi ilə tədrisə çox yenilik gətirəcək: “Elə götürək, əyani təhsilalma forması olan tədrisə qismən cəlb olunmada. Qiyabi təhsilalma formasından fərqli olaraq tədrisə qismən cəlb olunan tələbə ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla, tədris qrafikini özü tərtib edir. O, fənnə qoyulan bütün tələbləri ödəməlidir”. Bundan başqa, tədrisə qismən cəlb olunanla (parttime) və tədrisə tam cəlb olunan (fulltime) tələbəyə semestr ərzində müəyyənləşdirilən kredit sayı fərqlənir. Belə ki, “parttime” tələbə ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla 20-yə qədər kredit götürə bilər. Bir semestrə, tədrisə tam cəlb olunan tələbəyə müəyyənləşdirilən kredit sayı isə 30-a qədərdir. Üstəlik, həmin tələbələrə əlavə fənn seçməyə də icazə verilir. Bütün hallarda bir semestrdə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır.   Ali təhsil müəssisəsini 4 ildən tez bitirə biləcəklər   Yeni qayda tələbənin ali təhsil müəssisəsini tez qurtarmasına da imkan yaradacaq. Belə ki, tələbə təhsil müddətində 240 kredit toplamalıdır. Bu səbəbdən tədris qrafikini düzgün tərtib etdiyi halda ali təhsil müəssisəsini 4 ildən tez bitirə biləcək. İmtahana buraxılan, lakin akademik borcu qalan tələbə hər semestrdə fənni dinləmədən hər fəndən bir dəfə olmaqla, ümumilikdə iki fənn üzrə imtahanda iştirak edə bilər. Tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddət ərzində həmin fənn tədris olunduğu semestrdə faydalanacaq. İmtahanda iştirak etməyən tələbənin həmin fənn üzrə təkrar imtahanı ödənişlidir. Ödəniş haqqı həmin fənn üçün müəyyən edilən məbləğin 25 faizindən çox olmamaq şərtilə ali təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyənləşdirilir və həmin müəssisənin rəsmi internet səhifəsində yerləşdirilir. Tələbənin imtahana qatıla bilməməsi üzrlü səbəbdən olarsa, ondan ödəniş tələb olunmur. İstənilən halda, akademik borcu yaranmış tələbəyə həmin fənn üzrə təkrar imtahan vermək və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılmalıdır.   Ali təhsil müəssisələrinə sərbəstlik verildi   Qayda dəyişikliyi tələbələrin dərsə davamiyyəti ilə bağlı ali təhsil müəssisələrinə bəzi sərbəstlik verib. Məsələn, fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır. Qeyd edək ki, bu qayda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən idman növləri üzrə təsdiq edilmiş milli yığma komandaların üzvləri olan idmançı-tələbələrə şamil olunmur. Şamil olunan tələbələrlə bağlı da hədd ali təhsil müəssisəsi tərəfindən azaldıla bilər. Bu dəyişikliklər bu ildən, 2016-2017-ci tədris ilinin yay imtahan sessiyasından başlayaraq tətbiq olunacaq. Belə ki, təhsil naziri Mikayıl Cabbarov “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 14 iyun 2017-ci il tarixli 257 nömrəli qərarının icrasını təmin etmək məqsədilə əmr imzalayıb. Əmrdə ali təhsil müəssisələrinin rəhbərlərinə qərarın indiki yay imtahan sessiyasından başlayaraq tətbiq olunmasını təmin etmək tapşırılıb.   "Azərbaycan müəllimi" qəzeti

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı