Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Adları “Qızıl kitab”a yazılanlar

Onlar yüksək etimadı gələcək uğurları üçün stimul hesab edirlər. Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2017-ci il tarixli sərəncamı ilə musiqi sahəsində xüsusi istedadı olan gənclərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və onlar xüsusi aylıq təqaüdə layiq görülüblər. Gənc istedadların bir neçəsini sizə təqdim edirik. Nihad Orucov 1999-cu ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət gimnaziyasında təhsil alıb. Kiçik yaşlarından musiqiyə böyük maraq göstərdiyi üçün valideynləri onu incəsənət gimnaziyasına yönəldiblər. Məlahətli səs tempri olduğuna görə incəsənət gimnaziyasının vokal sinfinə qəbul olunub. - 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə, YUNESKO-nun qərargahında “Azərbaycanın xoşməramlı mələkləri” konsert proqramında fəallıq göstərərək ilk uğuruma imza atdım. İncəsənət gimnaziyasında oxuduğum müddət ərzində dəfələrlə beynəlxalq müsabiqələrdə iştirak etdim. 2012-ci ildə Uluslararası Türkçə Olimpiyyatlarında müxtəlif kateqoriyalarda iştirak edərək qızıl və gümüş medala layiq görüldüm. 2015-ci ilin aprel ayında “13-cü Uluslararası Dil və Mədəniyyət Festivalı” çərçivəsində Amerika Birləşmiş Ştatlarının Vaşinqton, Nyu-York şəhərlərində, Mərakeşdə keçirilən konsertlərdə çıxış etmişəm. Azərbaycan və Qərb bəstəkarlarının əsərlərini böyük həvəslə öyrənirəm, vokal sənətinin sirlərinə yiyələnirəm. 21 iyun 2017-ci il həyatımda yaddaqalan oldu. Sevincli anlar yaşayıram. Adım Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə gənc istedadların “Qızıl kitabı”na yazılıb və Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülmüşəm. Bu gün özümü dünyanın ən xoşbəxt adamı sayıram. İstedad və bacarığıma dövlət səviyyəsində yüksək qiymət verilməsi ifaçılıq sənətimə məhəbbətimi birə-beş artırıb. Bu gün daha da böyük məsuliyyətlə, əzmlə çalışmalıyam ki, mənə göstərilən etimadı layiqincə doğruldum. Mükafata görə Prezident İlham Əliyevə və müəllimlərimə minnətdarlığımı bildirirəm. Gələcəkdə daha böyük uğurlara imza atacağıma söz verirəm. Milli Konsevatoriyaya daxil olmuşam. Tələbə adını qazanmışam. Qarşıda məni böyük, izdihamlı konsert salonları gözləyir. Bu salonlarda da öz dəst-xəttimlə, bir çox musiqi nömrəsi ilə dünya dinləyicilərini ram edəcəyimə söz verirəm.   Haqqında söhbət açacağım digər bir gənc istedad Lalə İbrahimovadır. O, 2001-ci ildə Bakı şəhərində anadan olub. Hazırda Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin IX sinif şagirdidir. Onun da beynəlxalq müsabiqələrdə və festivallarda qazandığı nailiyyətlər çoxdur: - Fortepiano sinfində təhsil almağıma baxmayaraq, vokal sənətinin sirlərini də öyrənirəm. Ən böyük uğurlarım vokal sənəti ilə bağlıdır. 2013-cü ilin may ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə keçirilmiş ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında gənc ifaçıların II Respublika müsabiqəsində laureat adı və III dərəcəli diplomla təltif olunmuşam. 2014-cü ildə “Barokko musiqisi” festivalında laureat adını qazanmışam. 2015-ci ilin aprelində “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” adlı I Respublika festivalında laureat adını qazanmışam. 2015-ci ilin mart ayında Latviyanın Talsu şəhərində keçirilən uşaq və gənclər arasında Akademik Vokal üzrə I beynəlxalq müsabiqənin laureatı seçilərək I dərəcəli diplomla təltif olunmuşam. Bu müsabiqədə həmçinin “Bədii səhnə performansına” görə ikinci diploma da layiq görüldüm. 2016-cı ilin mayında “Səni tərənnüm edirəm Azərbaycan” adlı mahnı müsabiqəsində Asəf Zeynallının “Ölkəm” romansını ifa edərək I yeri qazandım. Həmin ilin aprel ayında Sidney şəhərində keçirilən Dil və Mədəniyyət adlı Beynəlxalq Festivalda yüksək səviyyəli çıxışım ilə ölkəmizi layiqincə təmsil etdim. 2016-cı ilin iyulunda Sankt-Peterburq şəhərində keçirilənYelena Obraztsova adına VI gənc vokalistlərin beynəlxalq müsabiqəsinin diplomantı adına layiq görüldüm. Uğurlarımı sadalamaqla qurtaran deyil. Belə ki, 2017-ci ilin mart ayında Estoniyada keçirilən uşaq və gənclər arasında akademik vokal üzrə XII beynəlxalq müsabiqədə laureat adını qazandım. Həmin ildə Uşaq və gənclər arasında vokal və estrada oxuma üzrə respublika müsabiqəsində III dərəcəli diplomla mükafatlandırıldım. Beynəlxalq müsabiqə və festivallarda qazandığım uğurlar öz bəhrəsini verdi. Adım Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazıldı və Prezidentin xüsusi aylıq təqaüdünə layiq görüldüm. Mənə verilən mükafatı yüksək dəyərləndirirəm və bundan sonra da öz üzərimdə daha səylə çalışacağam.   Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi də Bakı şəhərinin ən qabaqcıl təhsil müəssisələrindən biridir. Bu məktəbdə hər il istedadlı şagirdlər yetişir. Qeyri-adi istedadı ilə seçilən şagirdlərdən biri də Cavid Yusifzadədir. Müxtəlif beynəlxalq müsabiqə, festivallarda qalib olan Cavid Yusifzadə ilə söhbət əsnasında uğurlarından bəhs etdi: - 1999-cu ildə Bakı şəhərində anadan olmuşam. 2007-ci ildən Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində müəllimim Dilarə Manafovanın sinfində fortepiano ixtisası üzrə təhsil alıram. Musiqi təhsilinə başladığım illərdən məktəbin mədəni və ictimai həyatında fəal iştirak etmişəm. Belə ki, 2012-ci ildə Gənc pianoçuların II Respublika müsabiqəsində uğurlu çıxışıma görə “Tərifnamə”yə layiq görülmüşəm. Həmin ildə məktəbin yekun konsertində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə çıxış etmişəm. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində keçirilən Y.Haydn adına festivalda uğurlu ifama görə Qala konsertdə çıxış etmək üçün vəsiqə qazanmışam. 2013-cü ilin aprel ayının 22-26 tarixlərində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən məktəb-studiyasının təşkil etdiyi “Gənc musiqiçilər təhlil və ifa edir” adlı II Respublika Elmi-İfaçılıq müsabiqəsində laureat adına layiq görülmüşəm. 2015-ci ildə keçirilən IV Beynəlxalq “Harmony” festivalında laureat adını qazanmışam. Uğurlarım bununla bitmir. 2016-cı ilin aprelində keçirilən “İslam ölkələri musiqiçilərinin V Beynəlxalq müsabiqəsi”ndə çıxış edərək I, II Respublika müsabiqəsində fortepiano ansamblı üzrə keçirilən müsabiqədə III, Kaunasda keçirilən VI Beynəlxalq “Gradus ad Parnassum” adlı müsabiqədə isə I yerlərə layiq görülmüşəm. Ədilə Əliyeva adına Pianoçuların XI beynəlxalq müsabiqəsində mükəmməl çıxışıma görə laureat və “Gənc istedad” adına layiq görülərək Alfred Korto adına Paris Konservatoriyasında təhsil almaq hüququ qazanmışam. 2017-ci il iyunun 21-i mənim üçün uğurlu oldu. Beynəlxalq müsabiqələrdə və festivallarda qazandığım uğurlar dövlətimiz tərəfindən qiymətləndirildi. Adım Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə gənc istedadların “Qızıl kitabı”na yazıldı və Prezidentin xüsusi aylıq təqaüdünə layiq görüldüm. Ölkə rəhbəri İlham Əliyevin imzaladığı müvafiq sərəncamda öz adımı görəndə sevincimin hədd-hüdudu olmadı. İstedadıma verilən bu qiymət mənim yaradıcılıq həvəsimi daha da artırıb. Öz üzərimdə səylə çalışaraq mənə göstərilən etimadı yüksək səviyyədə doğruldacağıma söz verirəm.   "Azərbaycan müəllimi" qəzeti

“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində müsabiqə

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə bu sahədə işləyən və ya gələcəkdə çalışmaq arzusunda olan şəxslərin  Təhsil Nazirliyinin tabeliyində olan qurumlarda  bir il müddətinə təcrübə proqramına və təlimlərə cəlb olunması üçün müsabiqə elan edilib. Layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya  texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil  işçilərini yetişdirmək və təkmilləşdirməkdir. Təcrübə proqramı və təlimlərdə gələcəkdə ölkənin müxtəlif bölgələrində (Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla) təhsil  sahəsində çalışmaq istəyi olan şəxslər iştirak edə bilərlər.   “Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyənlər üçün müsabiqə

Məktəblilərimiz Avropa çempionatında 6 medal qazanıb

Monteneqro Respublikasının Budva şəhərində keçirilən şahmat üzrə məktəblilərin Avropa çempionatı başa çatıb. Ümumilikdə 22 ölkədən 400-ə yaxin şahmatçının iştirak etdiyi çempionatda “Təhsil” Respublika İdman Mərkəzinin komandası tam heyətlə çıxış edərək 3 gümüş və 3 bürünc olmaqla ümumilikdə 6 medal qazanıb. Komandanın üzvləri  - Gəncə Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Səadət Bəşirli 7 yaşadək qızlar arasında, Quba rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Sevil Tahirova 15 yaşadək qızlar arasında, Sumqayıt Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Sahil Mehrəliyev 15 yaşadək oğlanlar arasında gümüş medal, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri Xanım İsmayılova 7 yaşadək qızlar arasında, Ziya Məmmədov 7 yaşadək oğlanlar arasında, Lənkəran Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Kənan Əhədzadə 17 yaşadək oğlanlar arasında bürünc medal qazanıblar.

Bakı məktəblilərindən növbəti qələbə

Paytaxtda taekvando idman növü üzrə IV Bakı Açıq Çempionatı keçirilib. Yarışda Azərbaycan və Gürcüstanı təmsil edən 6-15 yaş arasında olan idmançılar mübarizə aparıb. Turnirin nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə təhsil alan 49 şagird çempionatın qalibləri sırasında yer alıb. Müxtəlif çəki dərəcələri üzrə məktəblilərdən 14-ü I, 19-u II, 16-sı III yerə layiq görülüb. Qeyd edək ki, yarışda Kəlbəcər rayon 56 nömrəli tam orta məktəbin 5, A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasının 4, Cəbrayıl rayon Ə. Veysəlov adına Sirik kənd tam orta məktəbin 2, Laçın rayon 28 nömrəli tam orta məktəbin 1, “Ankara məktəbi” məktəb-liseyin 1 şagirdi və Gürcüstandan olan 2 idmançı da qaliblər sırasına düşüb.  Qaliblər medal və diplomla təltif edilib. Xatırladaq ki, bir müddət əvvəl kikboksinq idman növü üzrə Gürcüstanda təşkil olunan Beynəlxalq Açıq Dünya Çempionatında BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərindən 10-u I, 6-sı II, 3-ü III yerə layiq görülüb

“Müasir Azərbaycan Peşəkarları” layihəsi üzrə məzunlar işlə təmin olunub

“Müasir Azərbaycan Peşəkarları Layihəsi” çərçivəsində 37 şagird işlə təmin olunub. Həmin şagirdlər “Eldar Studio” və şəhərin digər gözəllik salonlarında işə başlayıblar. Belə ki, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Liseyi ilə “Eldar Studio” arasındakı əməkdaşlığa əsasən 2016-2017-ci tədris ilində 19  şagird ödənişli əsaslarla, 18 şagird isə dövlət sifarişi əsasında 1 illik təhsil müddətinə “bərbər” ixtisası üzrə tədris proqramına cəlb olunub. Proqrama həmçinin inklüzivlik komponenti də tətbiq olunub. Sağlamlıq imkanları məhdud 3 şagird inklüziv təhsilə cəlb olunmaqla istehsalat təcrübələrini uğurla başa vurub və “Eldar Studio”da işə başlayıblar. Qeyd edək ki, “Müasir Azərbaycan Peşəkarları Layihəsi”nin icrasına 2013-ci ildən başlanılıb. Layihə peşə təhsili sistemində dövlət-biznes əməkdaşlığının qurulması, işəgötürənlərin tədris prosesinə cəlb edilməsi və peşə təhsilli məzunlarının məşğulluq imkanlarının artırılmasına xidmət edir. İlk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafına yönələn və işəgötürənlərlə əməkdaşlığa əsaslanan və sosial xarakter daşıyan bu layihə çərçivəsində ilk-peşə ixtisas təhsil müəssisələrində  quru-inşaat və suvaq işləri ustası ixtisasları üzrə “Knauf”, bərbər və vizajist ixtisasları üzrə “Eldar Studio” kimi özəl şirkətlərlə kadr hazırlığı aparılmaqdadır. Layihə çərçivəsində gənclərin peşə təhsilinə cəlb olunması, peşə təhsilinin nüfuzunun artırılması, özəl sektorla təhsil müəssisələri arasında əməkdaşlığın qurulması, müasir tələblərə cavab verən resurs mərkəzlərinin yaradılması, təhsil vəsaitlərinin, dərslik və materiallarının hazırlanması kimi tədbirlər həyata keçirilir.

Saatlı müəllimləri “Bizim müəllim” layihəsində

Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən, peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatı davam edir. “Bizim müəllim” layihəsinin növbəti təqdimatı Saatlı rayonunda fəaliyyət göstərən müəllimlərə həsr olunur.

Tələbə-könüllülər “Bakı Marafonu-2017”də

İyunun 21-də Təhsil Nazirliyində  Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilmiş “Bakı Marafonu-2017”də iştirak edən tələbə-könüllülərlə görüş olub. Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanın ev sahibliyi etdiyi mötəbər tədbirlərdə tələbə-könüllülərin xüsusi rolu olduğunu qeyd edib və onlara göstərdikləri fəaliyyətə görə təşəkkürünü bildirib. “Bir” Tələbə-Könüllü proqramının “Bakı Marafonu-2017”nin keçirilməsinə göstərdiyi dəstəyi diqqətə çatdıran nazir müavini bildirib ki, marafonda bu proqramın 400-ə yaxın tələbə-könüllüsü iştirak edib. Dövlət Bayraq Meydanından başlayan və Bakı Olimpiya Stadionunda başa çatan “Bakı Marafonu”nun bütün iştirakçıları tələbə-könüllülərin dəstəyindən faydalanıb. Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı haqqında məlumat verən təhsil nazirinin müavini bildirib ki, proqram  ölkəmizin 7 şəhərində yerləşən 36 ali və orta ixtisas təhsili müəssisəsini əhatə edir. 11 000-ə yaxın könüllü bazasına sahib olan proqram Bakı, Sumqayıt, Gəncə, Şəki, Masallı, Lənkəran və Mingəçevirdə keçirilmiş 150-ə yaxın müxtəlif səviyyəli tədbirləri müşaiət edib, bir sıra aksiyalar təşkil edib.  Könüllüləri vahid məlumat bazasında birləşdirən və 2015-ci ilin dekabrından fəaliyyət göstərən proqram Azərbaycanda könüllülük fəaliyyətinin istiqamətləndirilməsinə kömək edir. Sonra “Bir” Tələbə-Könüllü proqramına  təşəkkür plaketi təqdim olunub. Qeyd edək ki, “Bakı Marafonu – 2017”nin icraçıları və tərəfdaşları ilə 11 ali təhsil müəssisəsində təqdimatlar keçirilib. May-aprel aylarını əhatə edən tədqimatlarda 3000-ə yaxın müəllim və tələbəyə “Bakı Marafonu-2017” yarışı, marafonun tarixi, qaydaları, qeydiyyat prosesi, marşrutu barədə məlumat verilib. “Bir” Tələbə-Könüllü proqramının əhatə etdiyi 30 ali və orta ixtisas təhsili müəssisəsində tələbələrin məlumatlandırılması üçün "Bakı Marafonu-2017“ posteri yerləşdirilib və marafonda iştirak etmək istəyən tələbələr üçün BİR könüllü-koordinatorları vasitəsilə birbaşa çıxış imkanı yaradılıb. Eyni zamanda "Bakı Marafonu-2017" yə hazırlıq məqsədi ilə keçirilən əyləncə və məşq günü tədbirində “Bir” tələbə-könüllülər də iştirak edib. Tədbirdə tələbə-könüllülər “Bakı Marafonu” üçün qeydiyyat, tədbir iştirakçılarının qarşılanması, məlumat verilməsi və digər işlərdə könüllü qismində fəaliyyət göstəriblər.  “Bir” Tələbə-Könüllü proqramının sosial şəbəkələrdəki səhifələrindən "Bakı Marafonu-2017" barədə paylaşılan məlumat, canlı yayım, şəkil və videolar 60 mindən çox insana çatdırılıb.

33 qızıl medal qazanmış Bakı məktəblisi

Bakı məktəblisi cüdo və sambo idman növləri üzrə iştirak etdiyi 80 yarışda fəxri kürsüyə qalxıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 13 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Orxan Məcidli beynəlxalq və respublika səviyyəli turnirlərdə 33 qızıl, 19 gümüş, 28 bürünc medala layiq görülüb. Orxan Məcidli qızıl medallardan 3-nü sambo, 30-nu isə cüdo idman növü üzrə keçirilən yarışlarda qazanıb. İstedadlı idmançı medallardan 12-ni Türkiyə, Rusiya, Gürcüstan və İranda təşkil olunan beynəlxalq turnirlərdə qazanıb. Həmin medallardan 4-ü qızıl, 3-ü gümüş, 5-i bürüncdür. Azərbaycanlı məktəbli Rusiya və Gürcüstanda keçirilən yarışlarda Ermənistandan olan iki həmyaşıdını məğlub edib.  Qeyd edək ki, Orxan Məcidli 5 yaşından idman turnirlərinə qatılır. Üç dəfə Bakı birinciliyinin qalibi olub. Çempion məktəbli idman sahəsində nailiyyətlər əldə etməklə yanaşı, dərslərində də fəallıq göstərir.

“Ən yaxşı yazı” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə “Azərbaycan müəllimi” qəzeti redaksiyasının birgə keçirdikləri “Ən yaxşı yazı” müsabiqəsinə yekun vurulub. Bilik Fondunda qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə hər iki qurumun rəhbərləri, müsabiqə qalibləri, təşkilat komitəsinin və münsiflər heyətinin üzvləri, KİV nümayəndələri iştirak ediblər. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Nurəddin Heydərov müsabiqənin gedişi və yekunları haqqında məlumat veriliblər. Qeyd olunub ki, Bilik Fondu ilə "Azərbaycan müəllimi" qəzeti redaksiyası arasında bağlanmış əməkdaşlıq haqqında müqaviləyə uyğun olaraq, keçirilən müsabiqəyə 2017-cı il martın 1-dən start verilib. Çıxış edənlər qalibləri təbrik edib, müsabiqənin əhəmiyyətini vurğulayıblar. Tədbirdə söz alan qaliblər belə bir müsabiqənin keçirilməsini təqdirəlayiq hal hesab edib və təşkilat komitəsinə minnətdarlıqlarını bildiriblər. Xüsusilə rayonlardan olan müəllimlərin belə müsabiqələrə qatılmasını və yüksək qiymətləndirilməsini iştirakçılar zəruri stimullaşdırıcı amil kimi dəyərləndiriblər. Müsabiqəyə müəllimlərin şəxsi iş təcrübəsinə əsaslanmaqla təhsilin və müasir dərsin aktual problemləri barədə metodik yazılar qəbul olunub. Məqsəd yaradıcı müəllimləri aşkara çıxarmaq, onları axtarışlara həvəsləndirməkdir. Müsabiqədə müəllimlərlə yanaşı, digər təhsil işçiləri iştirak edib. Yazıların qəbulu üçün ayrılmş bir ay ərzində təşkilat komitəsinə 82 iş daxil olub. Dəyərləndirmə iki mərhələdə aparılıb. Birinci mərhələdə yazılara fənlər üzrə təcrübəli müəllimlər, pedaqoq-metodist alimlər tərəfindən baxılaraq müvafiq qiymətləndirmə aparılıb. Seçilmiş 28 yazı ikinci mərhələdə münsiflər heyəti tərəfindən qiymətləndirilib. Nəticədə 1 yazı I yerə, 3 yazı II yerə, 5 yazı III yerə layiq görülüb, qalan 19 yazının müəlliflərinə isə həvəsləndirici mükafatın verilməsi qərara alınıb. Müsabiqəyə ölkənin 21 şəhər və rayonundan yazı göndərilib. Bakı, Sumqayt, İsmayıllı,  Şamaxı, Ağsu, Salyan, Astara, Sabirabad, Qubadlıdan olan müəllim və təhsil işçiləri “Ən yaxşı yazı” müsabiqəsində xüsusilə fəal iştirak ediblər.

İnformatika üzrə Beynəlxalq Olimpiadada Azərbaycan məktəblilərinin uğuru

İyunun 17-dən 21-dək Türkiyənin İzmir şəhərində İnformatika üzrə (YSK İnternational Olympiad in Informatics 2017) Beynəlxalq Olimpiada keçirilib. Olimpiadada  Türkiyə, Azərbaycan, Orta Asiya respublikaları və Makedoniyadan məktəblilər iştirak edib. Azərbaycanı təmsil edən Fizika-riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi Abutalıb Namazov, akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ələkbər Əskərov gümüş medala, X sinif şagirdi Ziya Muxtarov və Bakı şəhəri 27 nömrəli tam orta məktəbin X sinif şagirdi Rafael Saddatimov bürünc medala layiq görülüblər. Qeyd edək ki, bu nailiyyət cari ilin avqust ayında İran İslam Respublikasında keçiriləcək 29-cu Beynəlxalq İnformatika Olimpiadasında (İOİ-2017) iştirak edəcək şagirdlərimiz üçün ümidvericidir. Türkiyədən geri döndükdən sonra həmin şagirdlər yay olimpiada düşərgəsinə cəlb ediləcək və növbəti olimpiadalara hazırlıq davam etdiriləcək.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı