Azərbaycanlı şagirdlərdən növbəti uğur
24-29 iyun 2017-ci il tarixlərində Bolqarıstanın Varna şəhərində yeniyetmələrin 21-ci Beynəlxalq Balkan Riyaziyyat olimpiadası keçirilib. Olimpiadada Bolqarıstan, Rumıniya, Serbiya, Yunanıstan və digər Balkan ölkələri ilə yanaşı, Fransa, Qazaxıstan, Səudiyyə Ərəbistanı və daha bir çox ölkənin şagirdləri iştirak edib. Azərbaycan bu elm yarışında 6 şagird və 2 rəhbər olmaqla 8 nəfərlik heyət ilə təmsil olunub.
“İstək” liseyinin 9-cu sinif şagirdi Ramil Cəbiyev olimpiadanın gümüş, həmin təhsil müəssisəsinin 9-cu sinif şagirdləri Ramiz Vəliyev, Murad Ağayev, həmçinin Fizika-riyaziyyat və informatika təmayüllü liseyin 8-ci sinif şagirdləri Murad Ağazadə və Abbas Məmmədov olimpiadanın bürünc medalına layiq görülüblər.
Qeyd edək ki, şagirdlərin hər biri Fizika-riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində həftədə iki dəfə olmaqla hazırlıq dərslərində iştirak edirlər.
8 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00 -
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası ilə bağlı Bakıda tədrisin təşkilində müvafiq tənzimləmələr ediləcək
23.04.2026 - 17:00
