Azərbaycan 78 ölkə arasında 15-ci yerdədir
49-cu Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edən şagirdlərin qazandıqları uğura görə Azərbaycan 78 ölkə arasında 15-ci yerdə qərarlaşıb. Beləliklə, Azərbaycan bu uğurla Böyük Britaniya, İtaliya, Almaniya, Kanada, Finlandiya, Estoniya və İsrail kimi inkişaf etmiş ölkələri geridə qoyub. Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Ramil Babazadə 78 ölkənin məktəblilərinin iştirakı ilə keçirilən olimpiadada qızıl medal qazanıb. Bu mötəbər elm yarışında Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov gümüş, Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Turan Məmmədli bürünc medala layiq görülüblər. Təhsil Nazirliyinin beynəlxalq olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və diqqət mərkəzində saxlaması şagirdlərin müvəffəqiyyətli çıxışlarına səbəb olub. Nazirlik tərəfindən yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində şəffaf və obyektiv seçimlər nəticəsində 200-ə yaxın şagird il ərzində olimpiadalara hazırlıq prosesinə cəlb edilib.
17/07/2017 14:41
Olimpiada qalibləri Vətənə dönüb
Tailandda keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında medal qazanan məktəblilərimiz Vətənə qayıdıblar. Qalibləri Heydər Əliyev Beynəlxalq Aeroportunda Təhsil Nazirliyinin əməkdaşları, valideynləri müəllimləri, sinif yoldaşları və media nümayəndələri qarşılayıb. Qeyd edək ki, 49-cu Beynəlxalq Kimya Olimpiadasında məktəblilərimiz bir qızıl, bir gümüş, bir bürünc medal qazanıblar. Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Ramil Babazadə 78 ölkənin məktəblilərinin iştirakı ilə keçirilən olimpiadada qızıl medal qazanıb. Ramil Babazadə eyni zamanda bu il keçirilən Respublika fənn olimpiadasında qalib gələrək “Birincilərin birincisi” nominasiyasına layiq görülüb. Bu mötəbər elm yarışında həmçinin, Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov gümüş, Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Turan Məmmədli bürünc medala layiq görülüblər. Qeyd edək ki, 2015-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə keçirilən 47-ci Beynəlxalq Kimya Olimpiadasında Hüseyn Babayev və Sergey Styopin bürünc medala layiq görülmüşlər. Son illər Təhsil Nazirliyinin beynəlxalq olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və diqqət mərkəzində saxlaması şagirdlərin müvəffəqiyyətli çıxışlarına səbəb olub. Belə ki, təhsil nazirinin müvafiq əmrinə əsasən yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində şəffaf və obyektiv seçimlər nəticəsində 200-ə yaxın şagird il ərzində olimpiadalara hazırlıq prosesinə cəlb edilib.
16/07/2017 14:27
Beynəlxalq Kimya Olimpiadasında azərbaycanlı şagirdin tarixi uğuru
Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Ramil Babazadə 78 ölkənin məktəblilərinin iştirakı ilə Tailandda keçirilən Beynəlxalq Kimya Olimpiadasında qızıl medal qazanıb. Bununla da Ramil Babazadə 11 il bundan əvvəl qazanılan uğuru təkrar edib. Ramil Babazadə eyni zamanda bu il keçirilən Respublika fənn olimpiadasında qalib gələrək “Birincilərin birincisi” nominasiyasına layiq görülüb. Bu mötəbər elm yarışında həmçinin, Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov gümüş, Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Turan Məmmədli bürünc medala layiq görülüblər. Qeyd edək ki, 2015-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə keçirilən 47-ci Beynəlxalq Kimya Olimpiadasında Hüseyn Babayev və Sergey Styopin bürünc medala layiq görülmüşlər. Son illər Təhsil Nazirliyinin beynəlxalq olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və diqqət mərkəzində saxlaması şagirdlərin müvəffəqiyyətli çıxışlarına səbəb olub. Belə ki, təhsil nazirinin müvafiq əmrinə əsasən yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində şəffaf və obyektiv seçimlər nəticəsində 200-ə yaxın şagird il ərzində olimpiadalara hazırlıq prosesinə cəlb edilib.
14/07/2017 13:56
Tələbələrin köçürülməsinə başlanılır
İyulun 14-də Təhsil Nazirliyində tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi məqsədilə elektron sənəd qəbuluna başlanılmasına dair mətbuat konfransı keçirilib. Mətbuat konfransında məlumat verilib ki, ölkə daxilində yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi də elektron qaydada aparılacaq. İyulun 17-dən başlayan sənəd qəbulu transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək və bu proses avqustun 15-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. Xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsinə yol verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Ötən tədris ili üzrə 233 nəfər tələbə transfer.edu.az portalı vasitəsilə seçdikləri ali təhsil müəssisələrinə, 46 nəfər isə orta-ixtisas təhsili müəssisələrinə köçürülüb.
14/07/2017 13:11
Təhsil Nazirliyində təltifolunma mərasimi
İyulun 13-də Təhsil Nazirliyində IV İslam Həmrəyliyi Oyunlarında yüksək nəticə göstərən idman məktəblərinin yetirmələrinin, Oyunların keçirilməsində fəal iştirak edən təhsil müəssisələrinin əməkdaşları və könüllülərinin təltif olunması mərasimi keçirilib. Görüş iştirakçılarını təbrik edən təhsil naziri Mikayıl Cabbarov IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin ölkəmizin həyatında əlamətdar hadisə olduğunu bildirib, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil edilməsində 11 mindən çox tələbə-könüllünün xüsusi rolu olduğunu diqqətə çatdırıb. IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən könüllülərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Oyunların Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyeva tərəfindən yüksək qiymət verildiyini diqqətə çatdıran təhsil naziri oyunların bağlanış mərasimində Birinci Vitse-prezidentin könüllülərə təşəkkür nitqini xatırladıb. Mikayıl Cabbarov İslam Oyunlarının qalibləri arasında Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər, idman məktəblərinin 18 nəfər idmançısının yer aldığını, 4 qızıl və 4 bürünc olmaqla, ümumilikdə 8 medal qazanıldığını vurğulayıb. Təhsil Nazirliyi tərəfindən IV İslam Həmrəyliyi Oyunlarının təbliği ilə bağlı bir sıra kütləvi idman tədbirlərinin keçirildiyini diqqətə çatdıran təhsil naziri bu işlərin görülməsində nazirlik əməkdaşlarının fəal iştirak etdiyini bildirib. Daha sonra İslam Oyunlarında yüksək nəticə göstərən idman məktəblərinin yetirmələri, Oyunların keçirilməsində fəal iştirak edən əməkdaşlar, könüllülər və idmançılar təltif olunublar.
13/07/2017 18:24
“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində yay məktəbi
İyulun 24-dən “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində yay məktəbinə start veriləcək. Layihənin həyata keçirilməsində məqsəd bölgələrdə yaşayan gənclərin, tələbələrin karyera inkişafına, eləcə də iş seçimi və axtarışında kömək edəcək bilik və bacarıqlar, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına stimul verməkdir. İyulun 31-dək davam edəcək yay məktəbi çərçivəsində ölkənin 8 bölgəsində yaşayan gənclər karyera və fərdi inkişaf təlimlərində, intellektual yarışlarda iştirak edəcək. “Təhsil avtobusu - 2017” Bakı şəhərindən yola düşərək Quba-Masallı-Sabirabad-Gəncə-Mingəçevir-Zaqatala-İsmayıllı-Bakı marşrutu üzrə səyahət edəcək. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır. 2016-cı ildə keçirilən proqram nəticəsində 8 gün ərzində 2000 km yol qət edilib, Bakı və 4 rayonun (Lənkəran, Quba, Gəncə və Şəki) məktəblərindən 200-dən çox şagird seçilib, təlimçi və ekspertlər tərəfindən 100 akademik saat təhsil proqramı və komanda-öyrədici oyunları keçirilib. Yay məktəbi Təhsil Nazirliyi, “Engin” LTD MMC, “Kapital Bank”ın təşkilatçılığı, “Bakcell”, “Qala Express” MMC, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “ARB TV”, “ASAN xidmət”, “Bir” Tələbə-Könüllü proqramı, “Edutainment.az”, “İstək” liseyi, “SABAH” qrupları, “Şərq-Qərb” Nəşriyyat və Poliqrafiya Evi, “Təhsil TV” və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə keçirilir. Layihənin rəsmi informasiya dəstəkçiləri “ARB TV” və “Təhsil TV”-dir.
13/07/2017 14:49
“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində müsabiqə davam edir
Təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə bu sahədə işləyən və ya gələcəkdə çalışmaq arzusunda olan şəxslərin Təhsil Nazirliyinin tabeliyində olan qurumlarda bir il müddətinə təcrübə proqramına və təlimlərə cəlb olunması üzrə müsabiqə davam edir. Müsabiqənin elan olunduğu tarixdən - iyunun 22-dən bu günədək 600-ə yaxın şəxs iştirak üçün elektron müraciət edib. Müsabiqədə iştirak etmək istəyənlər iyulun 20-dək elektron müraciət edə bilərlər. Müsabiqə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq həyata keçirilir. “Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsinin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil işçilərini yetişdirmək və təkmilləşdirməkdir. “Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyənlər üçün müsabiqə
12/07/2017 15:53
Xüsusi istedada malik uşaqların I sinfə qəbulu üzrə müsabiqə başa çatıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq xüsusi istedada malik uşaqların I sinfə qəbulu üzrə müsabiqə başa çatıb. Müvafiq müsabiqədə iştirak etmək üçün 1769 uşağın sorğusu yerləşdirilib. Nəticədə, 1471 uşaq müsabiqədə uğur qazanıb. Müsabiqə paytaxtdakı 42 nömrəli tam orta məktəbdə iyunun 20-dən iyulun 10-dək keçirilib. Cari ilin 16 sentyabr-31 dekabr tarixlərində 6 yaşı tamam olacaq Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də BŞTİ-nin nəzdindəki 287 nömrəli “Zəkalar” liseyi və 160 nömrəli Klassik Gimnaziyanın I sinfinə qəbul üzrə müsabiqədə iştirak edərək müvəffəq ola bilməyən uşaqlar da ümumi təhsil müəssisələrinə qəbul üçün müsabiqədə iştirak ediblər. Qeyd edək ki, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də BŞTİ-nin nəzdindəki 287 nömrəli “Zəkalar” liseyi və 160 nömrəli Klassik Gimnaziyaya I sinfə qəbul üzrə müsabiqə iyunun 6-dan 30-dək aparılıb. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara müsabiqə Nazirliyin müvafiq şöbəsinin nəzarəti ilə həmin lisey və gimnaziyalarda həyata keçirilib. 287 nömrəli “Zəkalar” liseyi və 160 nömrəli Klassik Gimnaziyaya müsabiqə isə BŞTİ-nin nəzarəti ilə müvafiq lisey və gimnaziyada aparılıb. Bu barədə hər bir valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə (və yaxud elektron poçta) mesaj göndərilib. Lisey və gimnaziyaların I sinfinə qəbul üzrə müsabiqədə iştirak edərək müvəffəq ola bilməyən uşaqların valideynləri lisey və yaxud gimnaziyaya yerləşdirdiyi sorğunu silərək, ümumi təhsil müəssisələrinə I sinfə qəbul üçün müsabiqəyə yazılıblar. Müsabiqələrdə iştirak üçün qeydiyyatdan keçmiş 2865 uşaqdan 1628-i uğur qazanıb. Müsabiqədə iştirak edərək müvəffəq ola bilməyənlər isə iyulun 1-dən 10-na kimi ümumi təhsil müəssisələrinə xüsusi istedadlı uşaqların I sinfə qəbul üzrə müsabiqədə iştirak ediblər. Məktəbəhazırlıq qruplarını uğurla başa vuraraq müvafiq sertifikat almış, 6 yaşı cari ilin 16 sentyabr-31 dekabr tarixlərində tamam olacaq uşaqlar I sinfə müsabiqədənkənar qəbul ediliblər. Xüsusi istedada malik, 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqların I sinfə qəbulu üzrə müsabiqə Azərbaycan Respublikası təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nın təsdiqi barədə əmrinin tələblərinə müvafiq olaraq aparılıb.
12/07/2017 11:48
Birmingem Universitetində hər tələbənin öz şəxsi tyutoru var
Kamran Muradov: “Məşhur professorların mühazirələrini dinləmək fəxrdir” Kamran Muradov 1994-cü ildə Mingəçevir şəhərində anadan olub. Orta təhsilini Bakıdakı 285 nömrəli tam orta məktəbdə alıb. 2012-ci ildə Qafqaz Universitetinin (indiki Bakı Mühəndislik Universiteti) kimya mühəndisliyi fakültəsinə daxil olub. Adıçəkilən ali məktəbdə bir müddət təhsil aldıqdan sonra “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na qəbul olunub. Hazırda proqram çərçivəsində Böyük Britaniyanın Birmingem Universitetində kimya mühəndisliyi ixtisası üzrə təhsil alır. “Müəllimlərim ikinci böyük dəstəkçim olub” - Orta məktəbdə bütün fənlərə qarşı eyni dərəcədə maraq göstərmişəm, buna görə də nəticələrim də yüksək olub. Fənlər arasında riyaziyyat, kimya və fizikanın yeri mənim üçün xüsusidir. Bu fənlər məntiqi yanaşma və bacarıq tələb etdiyindən onlarla ilk tanışlığım məndə xüsusi maraq oyatdı. Bunun nəticəsində həmin fənlər üzrə keçirilən bir sıra olimpiadalara qatıldım, müxtəlif bilik yarışlarında dərəcələr əldə etdim və nəhayət, ali təhsil müəssisələrinə 1-ci ixtisas qrupu üzrə qəbul imtahanında 675 bal toplayaraq Prezident təqaüdünə layiq görüldüm. Əlbəttə ki, bu uğurları qazanmağımda mənə yol göstərən valideynlərimin və hər sualımı tərəddüd etmədən cavablandıran müəllimlərimin əməyi çoxdur. Mən də öz növbəmdə onların əməyini unutmur, məktəbi bitirməyimin üzərindən illər keçsə də, müəllimlərimlə əlaqəni daim saxlayıram. Müəllimlərim ailəmdən sonra ikinci böyük dəstəkçim olub. İxtisasıma olan marağıma gəlincə, əvvəla, öz ixtisasım barədə kiçik bir məlumat vermək istəyərdim. Kimya mühəndisliyini qısaca laboratoriyada görülən prosedurun sənayeyə böyük miqyasda tətbiqi şəklində ifadə edə bilərik. Göründüyü kimi, kimya mühəndisliyi nəinki yalnız maddələr mübadiləsini, fiziki hadisələri də özündə cəmləyir. Yuxarıda bildirdiyim kimi, artıq 7-8 -ci siniflərdə oxuyarkən riyaziyyat, fizika və kimyaya qarşı hədsiz marağım oyanmışdı. Bu səbəbdən, 1-ci ixtisas qrupunu seçəcəyim dəqiq idi. Lakin kimya mühəndisliyini müəyyən araşdırmalardan sonra seçməyi qərara aldım. İxtisasımı seçməkdə kimya mühəndisliyinin tətbiq sahələrinin genişliyi və ona olan tələbat əsas amillərdən bir neçəsidir. Əlavə olaraq, Azərbaycanın iqtisadi inkişafi, neft sektorunda öz sözünü deməsi və qeyri- neft sektorunun sürətli inkişafı kimya mühəndisliyinin dövrün prioritet ixtisası olduğuna sübutdur. “Xaricdə təhsil almış gənclərin TV kanallarda çıxışlarını dinləyirdim” Hələ orta məktəbin yuxarı siniflərində oxuyarkən xaricdə təhsil almaq barədə düşünürdüm. O vaxtlar xaricdə təhsil almış gənclərin TV kanallarda çıxışlarını dinləyirdim. Onların nailiyyətləri məndə xaricdə təhsilə həvəs oyadırdı. Nəhayət, ali məktəbə qəbul olduqdan sonra xaricdə təhsil mənim məqsədimə çevrildi. Ali məktəbdə bir il ingilis dili biliklərimi inkişaf etdirdikdən sonra həm Dövlət Proqramı, həm də xaricdə təhsilin üstünlükləri ilə maraqlandım. Həmçinin, Böyük Britaniyada bakalavr pilləsi üzrə təhsil müddəti 3 il olduğundan, xaricdə təhsil alsam belə, universiteti eyni müddətə bitirirdim. Bu qərarımı valideynlərim və müəllimlərimlə bölüşdüm. Hər zaman olduğu kimi onlar da mənim bu qərarımı dəstəklədi və bu məqsədimə çatmağımda yardımlarını əsirgəmədilər. Ümumiyyətlə, ölkəmizdə aparılan təhsil siyasəti, yeniyetmə və gənclərə verilən önəm və dəyər təqdirə layiqdir. Dövlət tərəfindən gənclərə təqaüd proqramları və digər mühüm layihələrlə dəstək göstərilməsi bizim üçün böyük bir şansdır. Xaricdə təhsil alan tələbə təhsilini bitirdikdən sonra ölkəyə qayıdır, əldə etdiyi biliyi müəyyən sahələrə tətbiq edərək Azərbaycanın inkişafının daha da sürətlənməsinə töhfəsini verir. Həmçinin xaricdəki təhsil sisteminin üstünlüklərinin Azərbaycanın öz təhsil sisteminə gətirilməsi, ölkə daxilində də yüksək təhsilli mütəxəssislərin yetişdirilməsini təmin edir. Təqaüd proqramına seçilmək qarşıma qoyduğum məqsəd üçün mühüm mərhələ idi. Buna nail olduğumu öyrəndikdə isə, çox sevindim. Bu hissi sözlərlə ifadə etmək mümkün deyil. Hələ də o anları düşünəndə həmin sevinc hissini yenidən yaşayıram. Özüm xaricdə oxusam da, ailə üzvlərimdən bir neçəsi hazırda Azərbaycanda ali təhsil alır. Bu səbəbdən də ölkəmizin təhsil sistemində baş verən yeniliklərlə yaxından maraqlanıram. Müasir standartlara cavab verən təhsil müəssisələrinin yaradılması, aparılan islahatlar təhsilin inkişafının göstəricisidir. Xüsusi ilə gənc və təcrübəli kadrların idarəçiliyə cəlb olunması təhsilin inkişafına daha da təkan verir. Düşünürəm ki, yaxın gələcəkdə ölkəmizdə təhsilin tam elektronlaşdırılması baş verəcək, beləcə tələbə və şagirdlər bütün dərs materiallarını istədikləri vaxt və məkanda əldə edə biləcəklər. “Baxmayaraq ki, dərs interaktiv şəkildə keçirilir...” Böyük Britaniyada təhsilin ən əsas üstünlüyü verdiyi diplomun bütün dünyada tanınmasıdır. Bundan əlavə, özünü sübut etmiş müasir təhsil sisteminin bir çox üstünlüklərini vurğulamaq olar. Öz ixtisasım barədə onu deyə bilərəm ki, Birmingem Universitetində kimya mühəndisliyi tələbələrə daha çox təcrübə yolu ilə aşılanır. Semestr ərzində keçirilən laboratoriya eksperimentləri öyrəndiyimiz bilikləri sınamağa və yerindəcə müşahidə etməyə imkan yaradır. Müxtəlif mövzularda olan qrup işləri isə ünsiyyət bacarığımızı inkişaf etdirməkdə, zavodların optimallaşdırılması, onların istismarı, enerji sərfiyyatı, büdcənin təşkili və əsas olaraq təhlükəsizlik tədbirləri barədə biliklərə yiyələnməyimizdə böyük rol oynayır. Kimya mühəndisliyi nə qədər çətin olsa da, bir o qədər də maraqlı ixtisasdır. Tətbiq dairəsinin genişliyi bu ixtisasda bir çox elmlərin mənimsənilməsini təmin edir. Bunlardan xüsusi ilə “Dizayn layihəsi” və “Proses kontrol əsası” mənim marağımı daha da cəlb edir. Bu fənlər kimya mühəndisliyini ümumi şəkildə özündə cəmləşdirir. Adlarından göründüyü kimi, biri dizayn və quruluş, digəri isə əməliyyatın idarə olunması haqqında olan biliklərdən ibarətdir. Birmingem Universitetində baxmayaraq ki, dərs interaktiv şəkildə keçirilir və müəllim-tələbə əlaqələri dərs boyu səmimi olur, dərs bitdikdən sonra bu əlaqə də bitir. Dərsdən əlavə müəllimlə görüşmək üçün onu xəbərdar edib uyğun vaxt təyin etmək lazımdır. Diqqətimi çəkən məqamlardan biri də odur ki, Birmingem Universitetində hər tələbənin öz şəxsi tyutoru var. Şəxsi tyutor mütəmadi olaraq öz tələbəsi ilə görüş keçirir, dərslə bağlı, habelə dərsdən kənar problemləri müzakirə edir, onların həll yolunu tapmaqda köməklik göstərir. Təhsilimə yeni-yeni başlayanda şəxsi tyutorumun Birmingemə uyğunlaşmağımda köməyi olmuşdur. İl boyu keçirilən bütün fənlər üzrə imtahanlar may və iyun aylarında baş tutur. İmtahanlar ciddi nəzarət altında, tam şəffaf və yazılı şəkildə keçirilir. İmtahanların nəticələri təqribən 1 ay sonra açıqlanır və təhsil ili cavablar elan olunduqdan sonra bitir. Fənlər adətən 2 hissədən ibarət olur - mühazirələr və onlarla bağlı suallar. “Tələbə üçün mütaliə çox vacibdir” Ümumiyyətlə, vaxtımın əksər hissəsini dərslərə ayırdığım üçün boş vaxtım çox az olur. Bu səbəbdən çalışıram ki, asudə vaxtlarımı səmərəli şəkildə dəyərləndirim. Universitetimizin müasir və geniş kitabxanası olduğundan demək olar ki, asudə vaxtımı da orda keçirirəm. Burada mən axtardığım məlumatı tez və asan bir şəkildə tapıram. Asudə vaxtımın əksər hissəsini öz ixtisasımla bağlı Robert Perri tərəfindən yazılmış məşhur “Kimya mühəndislərinin əl kitabı”nı oxuyaraq keçirirəm. İxtisasdan əlavə bədii kitablar da oxuyuram, Paulo Koelyonun “Kimyagər” əsərini bir neçə dəfə oxumağıma baxmayaraq yenə də sevə-sevə oxuyuram. Əlavə olaraq boş vaxtlarımda idmanla da məşğul oluram. Həftə ərzində bir neçə dəfə trenajor zalına və ya üzgüçülük hovuzuna gedirəm. Düşünürəm ki, insan təhsilini bitirsə belə oxumaq heç vaxt bitməməlidir. İstər elmi, istərsə də bədii mütaliə ilə məşğul olan hər kəs elmi biliyi və nitq qabiliyyətini artırır. Xüsusi ilə tələbə üçün mütaliə çox vacibdir. “Səmimi-qəlbdən “bəli” cavabını verərdim” Dünyanın nüfuzlu ali məktəblərindən birinin tələbəsi kimi deyə bilərəm ki, xaricdə təhsilin üstünlüklərini saymaqla bitməz. İlk növbədə, fərqli mədəniyyətlərlə tanış olmaq, fərqli xalqların nümayəndələrini tanımaq və eləcə də Azərbaycan mədəniyyətini tanıtmaq insanın dünyagörüşünü artırır. Həmçinin kampus həyatı, asudə vaxtını səmərəli dəyərləndirmək üçün müxtəlif tələbə təşkilatlarında təmsil olunmaq xaricdə təhsilin üstünlüklərindən bir neçəsidir. Təhsil tərəfdən isə, dərslərin sırf oxumaq üzərində yox, həm də laboratoriya sessiyaları, qrup işləri və müxtəlif zavodlara ekspedisiyalar vasitəsi ilə tələbələrə çatdırılması dərsin keyfiyyətinin əyani nümunəsidir. Bakalavr pilləsi üzrə elmi tədqiqatlar yalnız təyin olunmuş laboratoriya sessiyalarından ibarətdir. Universitetdə ayda bir neçə dəfə məşhur şirkətlərin iştirakı ilə müxtəlif seminarlar təşkil olunur. Həmin seminarlarda çıxış edən şirkət işçiləri bizə iş həyatı haqqında məlumatlar və uğurlu karyera üçün məsləhətlər verir. Xaricdə təhsilin ümidlərimin doğrultmağına gəlincə, bu suala səmimi-qəlbdən “Bəli” cavabını verərdim. Xaricdə təhsil mənim ümidlərimi artıqlaması ilə doğrultdu. Birmingem Universitetində yerləşən, yüksək standartlara cavab verən kimya laboratoriyasında eksperiment aparmaq və məşhur professorların mühazirələrini dinləmək fəxrdir. Burada qazandığım bilik, dünyagörüş və eləcə də digər millətlərdən olan dostların dəyəri mənim üçün çox böyükdür. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təhsilimizin uğurudur. Əminəm ki, bu proqram üçün ayrılan vəsait dövlət büdcəsinə qat-qat artığı ilə qayıdacaq. “Azərbaycanı layiqincə təmsil etdiyimi düşünürəm” Xaricdə təhsil alan hər bir azərbaycanlı gənc kimi, mənim də qarşımda duran əsas vəzifələrdən biri Azərbaycanı təbliğ etmək, ölkəmizlə bağlı reallıqları dünyaya çatdırmaqdır. Universitetimizdə “Azərbaycan cəmiyyəti” fəaliyyət göstərir və mən bu cəmiyyətin katibiyəm. Azərbaycanı layiqincə təmsil etdiyimi düşünürəm. İl ərzində universitetdə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə görüşlər və Azərbaycanla bağlı əlamətdar günlərdə tədbirlər təşkil olunur. Bu tədbirlərdə digər tələbələrimiz kimi mən də fəal iştirak edirəm. Universitetdə keçirilən sərgilərdə və eləcə də gündəlik həyatımda Azərbaycan mədəniyyətini, adət-ənənələrini, milli təamları tanıtmağa çalışıram və xarici dostlarımı Azərbaycanı ziyarətə dəvət edirəm. Gələcəklə bağlı planlarıma gəlincə, hədəflərim çoxdur. Əsas meyar isə inkişafdır. Təbii ki, hazırkı məqsədim universiteti müvəffəqiyyətlə başa vurmaqdır. Sonrakı dövrlər üçün isə hədəfim ixtisasımla bağlı biliklərimi daha da inkişaf etdirərək ölkəm üçün yararlı, yüksək səviyyəli mütəxəssis olmaqdır.
12/07/2017 10:30
“Bəbirləri mühafizə edək!” adlı növbəti yay düşərgəsi keçirilib
IDEA İctimai Birliyi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Ümumdünya Təbiətin Mühafizəsi Fondunun Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Bəbirləri mühafizə edək!” adlı növbəti ekoloji yay düşərgəsi keçirilib. “Qafqaz bəbirlərinin mühafizəsi” layihəsi çərçivəsində Masallı rayonunun Qəriblər kəndində təşkil edilən düşərgədə Astara, Lənkəran və Masallı rayonlarının orta məktəblərinin şagirdləri iştirak edib. “Bəbirləri mühafizə edək!” yay düşərgəsinin məqsədi Qafqaz bəbirinin məskunlaşdığı təbii areallara yaxın yerlərdə yaşayan gəncləri bu nadir növ haqqında maarifləndirmək, onun mühafizəsini təbliğ etmək, məktəblilərdə ətraf mühitə, nadir heyvanlara qarşı qayğıkeş və məsuliyyətli münasibəti formalaşdırmaqdır. Yay düşərgəsində məktəblilər bəbirlərin həyat tərzi, yaşadığı ərazilər və təbiətdəki rolu barədə geniş məlumat alaraq bu nadir növün qorunmasına aid seminarda, ekoloji müsabiqələrdə və tədqiqatlarda iştirak ediblər. Məktəblilər rejissor Adrian Stern tərəfindən Talış dağlarında yaşayan bəbirlər haqqında çəkilmiş “Dünyanın ən çox axtarılan bəbiri” adlı sənədli filmə tamaşa ediblər. Düşərgə iştirakçıları bəbirlərin məskunlaşdığı və xüsusi mühafizə olunduğu Hirkan Milli Parkına səyahət zamanı relikt bitki örtüyü ilə tanış olublar. Məktəblilər xüsusi proqram üzrə ekosistem xidmətləri, insanla təbiət arasında qarşılıqlı münasibətlər, bəbirlərin tükənməsi səbəbləri barədə məlumatlandırılıblar. Düşərgənin yekununda iştirakçılara IDEA İctimai Birliyinin, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin, Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin sertifikatları və hədiyyələr təqdim olunub. IDEA İctimai Birliyinin təşəbbüsü ilə ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr 2014-cü ildən etibarən hər il təşkil edilir. Bu müddət ərzində düşərgələrdə Salyan, Neftçala, Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara, Göygöl rayonlarından ümumilikdə 300-dən çox məktəbli iştirak edib.
11/07/2017 18:10
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı