Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Müəllim olmaq istəyənlər üçün sonuncu elektron sınaq imtahanı

İyulun 19-da Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi müəllim olmaq istəyənlər üçün sonuncu elektron sınaq imtahanı keçirəcək. Sınaq imtahanları həm Azərbaycan, həm də rus bölməsi üçün nəzərdə tutulub. İmtahanlar Bakı şəhəri 220 nömrəli tam orta məktəbdəki elektron imtahan mərkəzində təşkil olunacaq. Elektron sınaq imtahanının üstünlüyü ondan ibarətdir ki, iştirakçılar imtahan bitən zaman dərhal öz nəticələrini görə bilirlər. Qeyd edək ki, Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi  cari ilin aprelindən başlayaraq  müəllim olmağa hazırlaşanlar üçün elektron sınaq imtahanları keçirir. İmtahanlarda ölkəmizin bütün bölgələrindən müəllim olmaq istəyən şəxslər iştirak edir. Elektron sınaq imtahanında iştirak üçün  Təhsil Texnologiyaları Mərkəzinə müraciət edərək qeydiyyatdan keçmək mümkündür.

Azərbaycan idmançılarından daha bir uğur

Azərbaycan idmançıları Gürcüstanda idman dırmanması üzrə beynəlxalq turnirdə üç gümüş medala layiq görülüblər. Bakı şəhəri 56 nömrəli tam orta məktəbin XI sinif şagirdi Fuad Abdullayev 2000-2001-ci il təvəllüdlü idmançılar arasında idman dırmanması (çətinlik növü) üzrə yarışda ikinci yerə sahib olub. Bakı İdarəetmə və Texnologiya Kollecinin IV kurs tələbəsi Gəray Əliyev isə 1998-1999-cu il təvəllüdlü idmançılar arasında idman dırmanması (sürət və çətinlik növü) üzrə yarışlarda ikinci yeri tutub. Qaliblərə medal, diplom və mükafat təqdim edilib. 

“Yay məktəbi” davam edir

Bakı şəhərində 18 ümumi təhsil müəssisəsini əhatə edən “Yay məktəbi”nin ilk həftəsi başa çatıb. Bu müddətdə şagirdlər üç maarifləndirici təlimdə, rəsm və rəqs dərslərində iştirak edib, filmlər izləyiblər.  “Yay məktəbi”nin ikinci həftəsi isə "Nə? Harada? Nə zaman?" intellektual oyunu ilə başlayıb. “Məktəblinin dostu” pilot layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi” iyulun 3-dən 28-dək V və VI, avqustun 1-dən 31-dək isə VII və VIII sinif şagirdləri üçün nəzərdə tutulur. “Yay məktəbi” zamanı 1000-dən çox şagird üçün təlim, seminar və informativ sessiyaların keçirilməsi, müxtəlif idman yarışlarının, əyləncəli saatların təşkil edilməsi planlaşdırılır. “Yay məktəbi”nin əsas məqsədi şagirdlərə yay istirahəti dövründə keyfiyyətli təhsil imkanları yaratmaq və əyləncəli proqramlar təşkil etməklə intellektual və sosial aktiv gənclərin-gələcəyin liderlərinin formalaşdırılmasıdır.

Təhsil naziri Tovuz şəhərində vətəndaşları qəbul edəcək

Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayon sakinlərinin nəzərinə!   Təhsil naziri Mikayıl Cabbarov 17 iyul 2017-ci il tarixində saat 11:00-da Tovuz şəhərindəki İdman Kompleksində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayon sakinlərini qəbul edəcək. Qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 10-13 iyul 2017-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

SABAH qruplarının tələbələri “Azercell”də təcrübə keçirlər

Təhsil Nazirliyinin SABAH qrupları“Azercell Telekom” MMC arasında imzalanmış memorandum çərçivəsində 10 nəfər SABAH tələbəsi  “Azercell Telekom” şirkətinin yay təcrübə proqramında iştirak etmək haqqını qazanıb. Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universitetinin SABAH qruplarında təhsil alan tələbələr ixtisas sahələri istiqamətində 2 ay müddətində şirkətdə təcrübə keçəcəklər.Təcrübə dövründə tələbələr onlar üçün hazırlanmış proqrama əsasən, mentorlarla birgə işləyəcək və öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək imkanı əldə edəcəklər. Təcrübə proqramının ilk günü keçirilmiş görüşdə “Azercell” şirkətinin əməkdaşları, təcrübəçilərin gələcək mentorları, həmçinin SABAH qruplarının nümayəndələri də iştirak edib. Görüşün məqsədi tələbələrə təcrübə proqramı və planlarını nümayiş etdirmək, gələcək karyeralarında uğur qazanmaq üçün müəyyən tövsiyələr vermək olub.

Daşkəsən müəllimləri “Bizim müəllim” layihəsində

Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən, peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatı davam edir. “Bizim müəllim” layihəsinin növbəti təqdimatı Daşkəsən rayonunda fəaliyyət göstərən müəllimlərə həsr olunur.

Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi

İyulun 7-də Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, millət vəkilləri, Təhsil İnstitutunun, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və yerli təhsili idarəetmə qurumlarının əməkdaşları, Respublika fənn müsabiqəsinin, beynəlxalq olimpiadaların qalibləri, təhsil ekspertləri iştirak edib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov qalibləri təbrik edərək onlara uğurlar arzulayıb. Nazir müavini Respublika fənn müsabiqələrinin şagirdlərin beynəlxalq olimpiadalarda daha uğurlu nəticələr əldə etmələri baxımından əhəmiyyətini vurğulayıb. Nazir müavini həmçinin, təhsilin inkişafı istiqamətində görülən işlərdən və əldə olunan nailiyyətlərdən danışıb. Digər natiqlər də öz çıxışlarında gələcəkdə dünya səviyyəli mütəxəssislərin yetişməsində bu cür müsabiqələrin rolunu diqqətə çatdırıblar. Tədbirin sonunda qaliblərə mükafatlar təqdim edilib. Mart ayından başlayan fənn müsabiqələri riyaziyyat fənni üzrə 6-cı sinif, fizika, kimya, biologiya, informatika fənləri üzrə isə 7-ci sinif şagirdləri arasında 2 mərhələdən ibarət olmaqla keçirilib. Müsabiqənin birinci mərhələsində respublikamızın bütün bölgələrindən 14000 nəfərə yaxın şagird iştirak edib. Müsabiqələrdə məktəblilərə test və açıq tipli tapşırıqların cavablandırılması üçün 2 saat vaxt verilib. Müsabiqənin qaydalarına müvafiq olaraq ikinci mərhədə iştirakçılar həm fərdi, həm də komanda hesabında yarışıb və buna uyğun olaraq nəticələr elan olunub. İkinci mərhələdə Bakı şəhəri 12, Sumqayıt şəhəri 3, Mingəçevir və Şirvan şəhərləri 2, digər şəhər və rayonlar 1 komanda ilə təmsil olunub. Ümumilikdə ikinci mərhələyə 1400 nəfərə yaxın şagird qatılıb. Nəticələrə uyğun olaraq 16 komanda və 110 şagird qalib elan olunub.

AMEA-nın ilk magistrlərinin “Məzun günü” keçirilib

İyulun 7-də Azərbaycan Milli Elmlər Akademiyasının ilk magistrlərinin “Məzun günü” keçirilib. Tədbirdə AMEA-nın prezidenti Akif Əlizadə, Nazirlər Kabineti Aparatının Humanitar məsələlər  şöbəsinin müdiri İsmayıl Sadıqov, təhsil naziri Mikayıl Cabbarov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, respublikanın elm və təhsil müəssisələrinin rəhbərləri, AMEA-nın həqiqi və müxbir üzvləri, KİV nümayəndələri iştirak ediblər. AMEA-nın prezidenti Akif Əlizadə magistrlərin “Məzun günü”nün AMEA tarixində əlamətdar hadisə olduğunu, burada magistraturanın 2015-ci ildə ölkə Prezidenti cənab İlham Əliyevin dəstəyi ilə yaradıldığını diqqətə çatdırıb. Akademik qeyd edib ki, birinci qəbul ilində akademiyanın magistraturasına 400-ə yaxın bakalavr müraciət edib və yekunda 9 ixtisas üzrə yüksək balla 19 tələbə qəbul olunub. Akif Əlizadə məzunlardan 15 nəfərinin magistraturanı fərqlənmə diplomu ilə bitirdiyini vurğulayıb. Akademik Akif Əlizadə AMEA-nın Təhsil Nazirliyi ilə əməkdaşlıq əlaqələrinin əhəmiyyətini qeyd edərək, universitetlərdə yaradılmış SABAH qruplarında təhsil alan 200-dən çox, ümumilikdə 500-dən artıq tələbənin akademiyanın elmi müəssisələrində təcrübəkeçmədə iştirak etdiklərini qeyd edib. Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, ölkə Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə güclü elmi potensialın cəmləndiyi akademiyada magistratura pilləsinin yaradılması ölkənin sosial-iqtisadi və mədəni inkişafına, biliklər cəmiyyətinin formalaşmasına yönələn mühüm addımlardandır. Ölkə başçısının “Qara qızılı insan kapitalına çevirməliyik” çağırışını xatırladan nazir AMEA-nın ilk magistlərinin buraxılış gününü olduqca əlamətdar hadisə adlandırıb, bu işdə əməyi olan alimlərə minnətdarlığını bildirib, məzunları təbrik edərək onlara müvəffəqiyyətlər arzulayıb. Tədbirdə çıxış edənlər respublikanın ali elm ocağının ilk məzunlarını təbrik edib, AMEA-da bu təhsil pilləsinin Azərbaycanda elm və təhsilin inteqrasiyasının uğurlu nəticəsi olduğunu vurğulayıblar.  Natiqlər dünyanın inkişaf etmiş ölkələrində güclü elmi məktəblərin və ənənələrin mövcud olduğunu, elmin həyatın bütün sahələrinə daxil edildiyini bildirib, AMEA-da magistratura pilləsinin yaradılmasının ölkə elminə gələcəkdə mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib. Tədbirdə, həmçinin magistlərin elmi rəhbərləri çıxış edərək AMEA-da magistratura pilləsinin yaradılmasının elm və təhsilin inteqrasiyası, gənclərin elmə marağının artırılması istiqamətində atılmış uğurlu addım olduğunu bildiriblər. Tədbirin sonunda AMEA-nın məzunlarına diplomlar təqdim edilib.

Əcnəbi tələbələr Zəhra üçün ədalətli mühakimə tələb edirlər

Azərbaycanda təhsil alan bir qrup əcnəbi tələbənin Füzuli rayonunun Alxanlı kəndində mülki əhaliyə qarşı törədilən təxribatla bağlı müraciəti   Biz - Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan bir qrup əcnəbi tələbə iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutması nəticəsində Sahibə Quliyeva və nəvəsi 2 yaşlı Zəhra Quliyevanın həyatını itirməsi və Sərvinaz Quliyevanın yaralanması ilə nəticələnən hadisədən çox sarsıldıq. Xüsusən 2 yaşlı Zəhra Quliyevanın qətlə yetirilməsi insanlığın faciəvi dramıdır. Bu hadisə bizə 3 ay bundan öncə Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfərimiz zamanı vaxtı ilə orada dağılmış evləri, həyət-bacaya səpələnmiş uşaq oyuncaqlarını görərkən keçirdiyimiz hissləri bir daha yaşatdı. Eyni zamanda kəndin yenidən bərpa olunaraq mülki əhalinin yaşaması üçün hər cür şəraitin yaradılması bizdə sülhə, dinc birgə yaşayışa inam hissi yaratmışdı. Bu inam Cocuq Mərcanlıda bünövrəsi qoyulan yaşayış evləri, məktəb binası ilə tanış olarkən daha da möhkəmlənmişdi. Ancaq təəssüf edirik ki, dünyanın ən möhtəşəm himni olan körpə qığıltısını Alxanlı kəndində atəş saçan silahların səsi susdurdu, dünyanın ən böyük sevincini bizə bəxş edən məsum uşaq təbəssümünü insanı sarsıdan tablo əvəz etdi. 2 yaşlı Zəhranın ürək ağrıdan bu tablosu yaddaşımızdan heç zaman silinməyəcək. Biz Zəhranı qətl edənlərin tezliklə mühakimə olunmasını istəyirik.   1. Dettmann Tim Ferdinand Almaniya Azərbaycan Dövlət İqtisad Universiteti 2. Cahanger S.M. Rashed Banqladeş Azərbaycan Dövlət İqtisad Universiteti 3. Fayehun Tomiva Samuel Nigeriya Azərbaycan Dövlət İqtisad Universiteti 4. Ebrima Gomez Qambiya Azərbaycan Dövlət İqtisad Universiteti 5. Shmidt Janna Alibekovna Qırğızıstan Azərbaycan Dövlət İqtisad Universiteti 6. Tinodashe Shoho Garreth Zimbabve Azərbaycan Dövlət İqtisad Universiteti 7. Hakimova Parvina Hakimcan Tacikistan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 8. Akar Sinan Can Mehmet Türkiyə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 9. Max Elmar Ali-zade Böyük Britaniya Azərbaycan Dövlət Neft və Sənaye Universiteti  10. Ying Ding Çin  Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 11. Guoqing Zhang Çin  Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 12. İbrahim Halil Yentur Ahmet Türkiyə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 13. Elina Mourantova Yunanıstan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 14. Kanu Abass Bomboli Syerra Leone Azərbaycan Memarlıq və İnşaat Universiteti 15. Belorus Tatyana İvanovna Ukrayna Azərbaycan Memarlıq və İnşaat Universiteti 16. Bhatti Muhammad N. Pakistan  Azərbaycan Texniki Universiteti 17.  K.M Mamun Banqladeş Azərbaycan Texniki Universiteti 18. Mahmood Athar Azhar Pakistan Bakı Dövlət Universiteti 19. Stiniguta-Laslo Ella Petruta  Rumıniya Bakı Dövlət Universiteti

Bakı məktəbliləri beynəlxalq müsabiqənin qalibi olublar

Bakı məktəblisi Gürcüstanda keçirilən beynəlxalq müsabiqənin qalibi olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 144 nömrəli tam orta məktəbin V sinif şagirdi Fikrət Əliyev Batumidə təşkil olunan “Wonderland – Gürcüstandan məhəbbətlə” III Beynəlxalq Uşaq Mahnı və Rəqs Müsabiqəsində birinci dərəcəli laureat adına layiq görülüb. Fikrət Əliyev 5-10 yaş arasındakı vokalçıların qrupunda pop-vokal nominasiyasında I yerə sahib olub. Müsabiqədə iştirak edən 132-134 nömrəli Təhsil Kompleksinin IV sinif şagirdi Selin Hüseynova isə eyni yaş qrupunda estrada vokalı nominasiyasında III yeri tutub. Qaliblər medal və sertifikatla təltif olunub. Fikrət Əliyev və Selin Hüseynova Müslüm Maqomayev adına 26 nömrəli uşaq musiqi məktəbinin yetirmələridir. “Wonderland – Gürcüstandan məhəbbətlə” III Beynəlxalq Uşaq Mahnı və Rəqs Müsabiqəsində Azərbaycanla yanaşı, Qazaxıstan, Ukrayna, Rusiya, Latviya, Belarus və başqa ölkələrin nümayəndələri də iştirak ediblər.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı