“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində yay məktəbi
İyulun 24-dən “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində yay məktəbinə start veriləcək.
Layihənin həyata keçirilməsində məqsəd bölgələrdə yaşayan gənclərin, tələbələrin karyera inkişafına, eləcə də iş seçimi və axtarışında kömək edəcək bilik və bacarıqlar, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına stimul verməkdir.
İyulun 31-dək davam edəcək yay məktəbi çərçivəsində ölkənin 8 bölgəsində yaşayan gənclər karyera və fərdi inkişaf təlimlərində, intellektual yarışlarda iştirak edəcək.
“Təhsil avtobusu - 2017” Bakı şəhərindən yola düşərək Quba-Masallı-Sabirabad-Gəncə-Mingəçevir-Zaqatala-İsmayıllı-Bakı marşrutu üzrə səyahət edəcək.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır.
2016-cı ildə keçirilən proqram nəticəsində 8 gün ərzində 2000 km yol qət edilib, Bakı və 4 rayonun (Lənkəran, Quba, Gəncə və Şəki) məktəblərindən 200-dən çox şagird seçilib, təlimçi və ekspertlər tərəfindən 100 akademik saat təhsil proqramı və komanda-öyrədici oyunları keçirilib.
Yay məktəbi Təhsil Nazirliyi, “Engin” LTD MMC, “Kapital Bank”ın təşkilatçılığı, “Bakcell”, “Qala Express” MMC, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “ARB TV”, “ASAN xidmət”, “Bir” Tələbə-Könüllü proqramı, “Edutainment.az”, “İstək” liseyi, “SABAH” qrupları, “Şərq-Qərb” Nəşriyyat və Poliqrafiya Evi, “Təhsil TV” və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə keçirilir.
Layihənin rəsmi informasiya dəstəkçiləri “ARB TV” və “Təhsil TV”-dir.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
