Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təmsilçimiz xüsusi mükafata layiq görülüb

Moskvada Gənclərin XIV Beynəlxalq meşə müsabiqəsi keçirilib. Rusiya Federasiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Federal Meşə Təsərrüfatı Agentliyinin dəvəti və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RETTM) təşkilatçılığı ilə Azərbaycanın nümayəndə heyəti də bu müsabiqədə iştirak edib. Ölkəmizi gənc meşəçilərin respublika müsabiqəsinin qalibi, Bakı Slavyan Universieti nəzdində məktəb-liseyin məzunu Ruslan Süleymanov təmsil edib. Beynəlxalq müsabiqədə dünyanın 28 ölkəsindən 45 məktəbli və tələbənin meşə ekologiyası, meşənin bitki və heyvanat aləmi, ekoloji problemlərinə həsr olunmuş müxtəlif mövzuda 35 ekoloji layihə dinlənilib. Azərbaycan məktəblisinin beynəlxalq müsabiqəyə təqdim etdiyi nadir heyvan növlərinin reabilitasiyası haqqında təqdimatı müsabiqənin final mərhələsinin iştirakçıları və münsiflər heyəti tərəfindən maraqla qarşılanıb. Ruslan Süleymanov meşələrin qorunması və artırılması sahəsində ölkəmizdə aparılan tədbirlər haqqında məlumat verərək meşə ehtiyatlarının mühafizəsi və davamlı istifadəsi sahəsində dünya gənclərinin birgə səylərinin vacibliyini vurğulayıb. Dünyanın 10 ölkəsinin təmsil olunduğu münsiflər heyətinın qərarı ilə təmsilçimiz Rusiya Federasiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Federal Agentliyinin təsis etdiyi medala və diploma, Rusiya Məktəblilər Hərəkatının xüsusi hədiyyəsinə layiq görülüb. Müsabiqə müddətində həmyerlimiz təcrübə mübadiləsində, müzakirələrdə, viktorina və yarışlarda, dostluq xiyabanının salınmasında fəal iştirak edib.

Prezidenti İlham Əliyev 162 nömrəli tam orta məktəbin binasında yaradılan şəraitlə tanış olub

Səbail rayonunun 20-ci Yaşayış sahəsindəki 162 nömrəli tam orta məktəbin binası yenidənqurmadan sonra istifadəyə verilib. Prezident İlham Əliyev məktəbin binasında yaradılan şəraitlə tanış olub. Dövlət başçısına təmir və yenidənqurma işləri ilə bağlı məlumat verildi. Bu məktəbin böyük tarixi keçmişi var. Belə ki, təhsil ocağı 1917-ci ildə təsis olunub və elə həmin ildən bu binada fəaliyyətə başlayıb. Məktəbin binasında indiyədək əsaslı təmir işləri aparılmamışdı. Təhsil ocağının 41 sinif otağından və müxtəlif fənn kabinetlərindən ibarət üçmərtəbəli binasında yenidənqurma işləri qısa zamanda və müasir standartlara uyğun olaraq yüksək keyfiyyətlə həyata keçirilib. Dövlət başçısı sinif otaqlarında yaradılan şəraitlə tanış oldu. Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına diqqət və qayğısının nəticəsidir ki, son illər ərzində Azərbaycanın hər yerində olduğu kimi, paytaxtın Səbail rayonunda da təhsil müəssisələri, onların əsaslı təmiri və təchizatı sahəsində böyük işlər görülüb. Bu ilin yay aylarında da rayondakı 2 orta məktəbdə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Onlardan biri 162 nömrəli tam orta məktəbin binasıdır. Məktəbdə tədrisin müasir səviyyədə qurulması üçün hər cür şərait yaradılıb. Tədris müəssisəsi lazımi avadanlıqla tam təchiz olunub. Dövlət başçısı məktəbdə yaradılan “Eko sinif”lə də tanış oldu. Belə siniflərin yaradılmasında məqsəd şagirdləri ekoloji cəhətdən maarifləndirmək, onların ətraf mühitin qorunması işində məsuliyyət hisslərini artırmaqdan ibarətdir. Təhsil ocağının gənclərin çağırışaqədər hazırlığı kabineti isə yüksək səviyyədə qurulub, lazımi ləvazimat və stendlərlə təmin olunub, burada mini kazarma yaradılıb. Qeyd edək ki, 162 nömrəli məktəbdə tədris ikinövbəli rejimdə aparılır. Burada Azərbaycan və rus bölmələrində 1400-ə yaxın şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 105 müəllim məşğul olur. Fəaliyyət göstərdiyi illərdə bir sıra uğurlara imza atan bu təhsil ocağının həyətində də geniş abadlıq və quruculuq işləri görülüb.   www.president.az

Prezident İlham Əliyev Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbin binasında görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, bu məktəbdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar təhsil alırlar. Məktəb 1927-ci ildən fəaliyyət göstərir. Burada da əsaslı təmir işləri Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla təsdiq edilmiş Dövlət Proqramının tədbirlər planının icrası ilə əlaqədar aparılıb. Məktəbin ikimərtəbəli binasında 23 sinif otağı var. Burada uşaqlara gündə 2 dəfə yemək verilir. Təhsil müəssisənin bütün otaqları zəruri əyani tədris vəsaitləri ilə təchiz olunub. Bundan başqa, təhsil ocağının informatika otağı və gimnastika zalı da şagirdlərin ixtiyarına veriləcək. Məktəbin tədris proqramına, ümumilikdə, 900 şagird cəlb edilib. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı bu cür müəssisələrin müasir səviyyədə yenidən qurulması onu göstərir ki, Azərbaycan dövləti təhsilin inkişafına və bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqətlə yanaşır. Bu layihənin həyata keçirilməsi, eyni zamanda, ölkədə bütün sosial təbəqələrə aid vətəndaşların təhsil almaları üçün yaradılan şəraiti aydın nümayiş etdirir.   www.president.az

Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib

Sentyabrın 11-də Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, məktəb direktorları, müəllimlər, məzunlar və media nümayəndələri iştirak ediblər. Tədbirdən öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları və bir sıra təhsil işçiləri Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək ruhuna hörmət və ehtiramlarını bildiriblər. Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva hesabat məruzəsi ilə çıxış edib. Konfrans iştirakçılarını salamlayan Məhəbbət Vəliyeva ötən dərs ilinin paytaxtın təhsil həyatında bir sıra parlaq uğurlarla yadda qaldığını bildirib. Əldə olunan nailiyyətlərin müqayisəli təhlilini aparan idarə müdiri ümumi təhsilin müxtəlif istiqamətləri üzrə görülmüş işlərə diqqət çəkib, perspektiv məsələlərdən bəhs edib.   M.Vəliyeva çıxışında BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 2017-2018-ci tədris ilinə tam hazır olduğunu və növbəti dərs ilində daha yüksək nailiyyətlər qazanılacağına əminliyini ifadə edib. Konfransda çıxış edən təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsindəki uğurlardan və mövcud problemlərin həlli istiqamətində atılacaq addımlardan danışıb. “Bilik Günü” münasibətilə təhsil işçilərinə təbriklərini çatdıran nazir bir sıra digər həlli vacib məsələlərə, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub. Təhsil naziri çıxışı zamanı “Ümumi təhsildə keyfiyyət ili” elan edilmiş növbəti tədris ilinin fəaliyyət baxımından daha zəngin olacağını vurğulayıb. Nazir respublika üzrə bilik yarışlarında, beynəlxalq olimpiadalarda və ali məktəblərə qəbul imtahanlarında uğur qazanan şagirdlərin sayının ilbəil artdığını bildirib. Təhsil naziri  çıxışında məktəb idarəetməsi, məktəblərin reytinqi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və ümumilikdə, tədrisin keyfiyyətinin yüksəldilməsi kimi məsələlərin növbəti tədris ilində əsas prioritet istiqamətlərdən olacağını qeyd edib. Ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsinin “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacağını bildirən nazir bunun uşaq və gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsində mühüm əhəmiyyəti olacağını da söyləyib. Sonra 95 nömrəli tam orta məktəbin direktoru Fuad Babayev, 108 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Əzət Balayeva, 162 nömrəli tam orta məktəbin məzunu və bu il ali məktəblərə qəbul imtahanında 700 bal toplayan, Bakı Ali Neft Məktəbinin I kurs tələbəsi Mahirə Əsədzadə çıxış ediblər. Konfransda 2016-2017-ci tədris ili ərzində BŞTİ-nin əldə etdiyi uğurları əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə, həmçinin paytaxt məktəblilərinin ifası dinlənilib.                 Konfransın sonunda ümumi təhsil müəssisələrinin qızıl və gümüş medala layiq görülən məzunlarına hədiyyələr təqdim edilib.

Prezident İlham Əliyev Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki 239 nömrəli tam orta məktəbin binasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbin binasında görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, bu məktəbdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar təhsil alırlar. Məktəb 1927-ci ildən fəaliyyət göstərir. Burada da əsaslı təmir işləri Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla təsdiq edilmiş Dövlət Proqramının tədbirlər planının icrası ilə əlaqədar aparılıb. Məktəbin ikimərtəbəli binasında 23 sinif otağı var. Burada uşaqlara gündə 2 dəfə yemək verilir. Təhsil müəssisənin bütün otaqları zəruri əyani tədris vəsaitləri ilə təchiz olunub. Bundan başqa, təhsil ocağının informatika otağı və gimnastika zalı da şagirdlərin ixtiyarına veriləcək. Məktəbin tədris proqramına, ümumilikdə, 900 şagird cəlb edilib. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı bu cür müəssisələrin müasir səviyyədə yenidən qurulması onu göstərir ki, Azərbaycan dövləti təhsilin inkişafına və bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqətlə yanaşır. Bu layihənin həyata keçirilməsi, eyni zamanda, ölkədə bütün sosial təbəqələrə aid vətəndaşların təhsil almaları üçün yaradılan şəraiti aydın nümayiş etdirir.   www.president.az

“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb. Bu mərhələdə 3033 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub. İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər aşağıda qeyd olunan sənədləri 11-13 sentyabr tarixlərində qəbul olunduqları ilk peşə-ixtisas təhsili müəssisəsinə təqdim etməlidirlər:   1. Təhsil haqqında sənədin əsli; 2. Tibbi arayış; 3. Şəxsiyyət vəsiqəsi (surəti); 4. 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil; 5. Hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər);   Qeyd edək ki, birinci mərhələdə 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. İlk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu "ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilib. Ötən tədris ilindən başlayaraq Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.   İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslərin siyahısı  

Olimpiadaçılarımız 5 medalla qayıdır

4-9 sentyabr tarixlərində Moskva şəhərində növbəti dünya səviyyəli Beynəlxalq Meqapolis olimpiadası keçirilib. 36 ölkənin, 288 məktəblinin qatıldığı olimpiadada şagirdlərimiz  uğur qazanıblar. Belə ki, olimpiadaya ilk dəfədir ki, qatılan məktəblilərimiz bir qızıl və dörd bürünc medal əldə ediblər. Kimya fənni üzrə akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 11-ci sinif şagirdi Ramil Babazadə qızıl, Kimya, Biologiya təmayüllü liseyin X sinif şagirdi Əli Əliyev bürünc medal qazanıblar.   İnformatika fənni üzrə akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ziya Muxtarov bürünc, riyaziyyat fənni üzrə akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin X sinif şagirdi Anar Rzayev və Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Murad Ağazadə bürünc medala layiq görülüblər.  Komanda üzrə ölkəmiz 3-cü yerdə qərarlaşıb. Qeyd edək ki, Meqapolis olimpiadası 4 fərqli fənlər ( riyaziyyat, informatika, kimya və fizika ) üzrə keçirilən komanda turniridir. 14-18 yaş arası yuxarı sinif şagirdləri arasında keçirilən olimpiadaya ölkəmiz hər fənn üzrə 2 şagird olmaqla 8 iştirakçıdan ibarət komanda heyəti ilə qatılıb.

Prezident İlham Əliyev “Təhsil” Respublika İdman Mərkəzinin Zuğulba tədris idman bazasının açılışında iştirak edib

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində “Təhsil” Respublika İdman Mərkəzinin Zuğulba tədris idman bazasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlət başçısı Zuğulba tədris idman bazasının rəmzi açılışını bildirən lenti kəsdi. Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevə yeni tədris müəssisəsi barədə məlumat verdi. Bildirildi ki, burada inşaat işlərinə 2015-ci ildə başlanılıb. Kompleksin tikintisi yüksək keyfiyyətlə və müasir səviyyədə aparılıb. İdman bazasının ümumi sahəsi 1 hektara yaxındır. Baza yataqxana və idman sağlamlıq korpusları, amfiteatr, həmçinin mini futbol və basketbol meydançalarından ibarətdir. Dövlət başçısı müəssisənin idman sağlamlıq korpusunda yaradılan şəraitlə tanış oldu. Son illərdə Azərbaycanda yeni məktəb binalarının inşası, idman komplekslərinin tikintisi, mövcudlarının isə müasir səviyyəyə çatdırılması istiqamətində böyük işlər görülüb. Bunun nəticəsidir ki, ölkədə yeni məktəb binalarının, tədris idman komplekslərinin sayı sürətlə artıb. Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə son illərdə bu istiqamətdə icra edilən layihələrin əsas məqsədi gənc nəslin daha savadlı və bilikli olması ilə yanaşı, həm də sağlam böyüməsidir. Bu cür komplekslər yeniyetmə və gənclərə idmanın müxtəlif növləri ilə məşğul olmağa hərtərəfli şərait yaradır. Yeni istifadəyə verilən bu bazada əsasən yığma komandaların təlim məşq toplanışlarının, idmanın müxtəlif növləri üzrə respublika və beynəlxalq səviyyəli yarışların keçirilməsi, aktual mövzularda seminarların təşkil edilməsi, idmanda fərqlənən məktəblilər üçün yay düşərgələrinin yaradılması, məktəblilərin asudə vaxtlarının səmərəli təşkili nəzərdə tutulur. Prezident İlham Əliyev gələcəyimiz olan gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşıb, onların təhsil, sosial məsələlərinin həlli, asudə vaxtlarının səmərəli təşkili, həmçinin idmanla məşğul olmaları üçün çox mühüm işlər görüb. Belə komplekslərin istifadəyə verilməsi də bu istiqamətdə həyata keçirilən layihələrin tərkib hissəsidir. Bu baza gənclərin hərtərəfli inkişafı, onların fiziki cəhətdən sağlam olması kimi məsələlərdə vacib rol oynayır. Tədris idman bazası idmançılar üçün də geniş imkanlar açır. Bu cür komplekslər Azərbaycanda idmanın kütləviliyinin təmin olunmasında, gənc nəsildə idmana olan marağın artırılmasında böyük əhəmiyyətə malikdir. Ölkədə digər sahələrdə olduğu kimi, təhsil və idman sferalarında da aparılan əsaslı islahatlar çərçivəsində belə komplekslərin istifadəyə verilməsi sübut edir ki, ölkəmizdə insan kapitalının inkişaf etdirilməsinə dövlət tərəfindən xüsusi diqqət yetirilir. Zuğulba tədris idman bazasında yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.   www.president.az  

Prezident İlham Əliyev paytaxtın Nərimanov rayonunda əsaslı təmir edilən 212 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, bu təhsil ocağının 51 sinif, 2 informatika, 3 laboratoriya otaqlarından, idman və akt zallarından, yeməkxanadan, həmçinin hərbi otaqdan ibarət 1320 şagird yerlik mövcud korpusu 1963-cü ildən fəaliyyət göstərir. Məktəbin binası Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla təsdiq edilmiş Dövlət Proqramının Tədbirlər Planının icrası ilə əlaqədar olaraq yüksək səviyyədə əsaslı təmir edilib. Təhsil müəssisəsi internet sistemi və müasir tədris avadanlıqları ilə təchiz olunub. Burada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün geniş imkanlar var. Yeni məktəb binalarının inşası, mövcudlarının isə müasir səviyyədə yenidən qurulması son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatların tərkib hissəsidir. Bu layihələrin icrası nəticəsində təhsil müəssisələrində yüksək şəraitin yaradılması müəllimlərin tədrisin keyfiyyətini artırmalarına da imkan verir. Bunu 212 saylı məktəbin binasında əsaslı təmirdən sonra yaradılmış şərait də sübut edir. Məktəbin həyətyanı ərazisi abadlaşdırılıb, yaşıllıq zolağı salınıb, işıqlandırma sistemi quraşdırılıb. Təhsil müəssisəsində yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.   www.president.az  

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

 “ASAN peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçiminin vaxtı uzadılıb. Əlavə ixtisas seçimində iştirak üçün "ASAN xidmət” mərkəzlərinə və ilk peşə-ixtisas təhsili müəssisələrinə müraciət etmək mümkündür. Sentyabrın 11-dək davam edəcək bu prosesə birinci mərhələdə iştirak edənlərlə yanaşı, ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən digər şəxslər də qatıla bilər. İlk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu "ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilir. Qeyd edək ki, 1-22 avqust tarixlərində keçirilən birinci mərhələdə 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. Ötən tədris ilindən başlayaraq Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı