Təmsilçimiz xüsusi mükafata layiq görülüb
Moskvada Gənclərin XIV Beynəlxalq meşə müsabiqəsi keçirilib. Rusiya Federasiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Federal Meşə Təsərrüfatı Agentliyinin dəvəti və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RETTM) təşkilatçılığı ilə Azərbaycanın nümayəndə heyəti də bu müsabiqədə iştirak edib.
Ölkəmizi gənc meşəçilərin respublika müsabiqəsinin qalibi, Bakı Slavyan Universieti nəzdində məktəb-liseyin məzunu Ruslan Süleymanov təmsil edib.
Beynəlxalq müsabiqədə dünyanın 28 ölkəsindən 45 məktəbli və tələbənin meşə ekologiyası, meşənin bitki və heyvanat aləmi, ekoloji problemlərinə həsr olunmuş müxtəlif mövzuda 35 ekoloji layihə dinlənilib. Azərbaycan məktəblisinin beynəlxalq müsabiqəyə təqdim etdiyi nadir heyvan növlərinin reabilitasiyası haqqında təqdimatı müsabiqənin final mərhələsinin iştirakçıları və münsiflər heyəti tərəfindən maraqla qarşılanıb. Ruslan Süleymanov meşələrin qorunması və artırılması sahəsində ölkəmizdə aparılan tədbirlər haqqında məlumat verərək meşə ehtiyatlarının mühafizəsi və davamlı istifadəsi sahəsində dünya gənclərinin birgə səylərinin vacibliyini vurğulayıb.
Dünyanın 10 ölkəsinin təmsil olunduğu münsiflər heyətinın qərarı ilə təmsilçimiz Rusiya Federasiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Federal Agentliyinin təsis etdiyi medala və diploma, Rusiya Məktəblilər Hərəkatının xüsusi hədiyyəsinə layiq görülüb.
Müsabiqə müddətində həmyerlimiz təcrübə mübadiləsində, müzakirələrdə, viktorina və yarışlarda, dostluq xiyabanının salınmasında fəal iştirak edib.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
