SABAH qruplarına tələbə seçimi müsabiqəsinin II mərhələsinə başlanılır
SABAH qruplarına 2018-2019-cu tədris ili üçün tələbə seçimi müsabiqəsinin birinci mərhələsi başa çatıb. Bu mərhələdə 1712 tələbə elektron ərizəni müvəffəqiyyətlə tamamlayıb, 1645 tələbənin ərizəsi təsdiqlənib, 67 tələbənin ərizəsi isə müsabiqə qaydalarına uyğun olmadığı üçün ləğv edilib. SABAH qruplarına 2018-2019-cu tədris ili üçün tələbə seçimi müsabiqəsinin ikinci mərhələsi iyunun 10-da keçiriləcək. Tələbələr imtahana buraxılış vərəqələrini 6 iyun tarixindən etibarən www.student.sabah.edu.az saytındakı şəxsi kabinetə daxil olaraq yükləyə və çap edə bilərlər. İmtahana gələn zaman tələbələr buraxılış vərəqəsini və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidilər. Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən fəaliyyət göstərən SABAH qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədi ilə yaradılıb. SABAH qrupları tələbələrə əlavə təqaüd, bölgələrdə qeydiyyatda olan tələbələr üçün ödənişsiz yataqxana xidməti, xarici mübadilə proqramları, müasir təşkilat və müəssisələrdə tədris və istehsalat təcrübələri, əmək bazarında daha uğurlu namizədlərə çevrilmə kimi üstün imkanlar təklif edir. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas üzrə 2300-dən tələbəni, 650-dən çox müəllim-professor heyətini əhatə edir. 2016-2017-ci tədris ili üzrə SABAH qruplarının ilk məzunlarının sayı 722 nəfərdir.
04/06/2018 14:58
Respublika fənn müsabiqəsi keçirilib
İyunun 3-də ölkənin bütün şəhər və rayonlarında 6-7-ci sinif şagirdləri arasında Respublika fənn müsabiqəsinin birinci mərhələsi keçirilib. 18 000-ə yaxın şagirdin iştirak etdiyi müsabiqənin birinci mərhələsində iştirakçılara qeyri-standart düşünmə qabiliyyətini, məntiqi təfəkkürü müəyyən edən tapşırıqlar təqdim edilib. Şagirdlər 150 dəqiqə ərzində 50 tapşırığa cavab verməli olublar. Müsabiqənin ikinci mərhələsində məntiqi suallarla yanaşı müvafiq fənlər üzrə də tapşırıqlar veriləcək. Respublika fənn müsabiqəsinin keçirilməsində əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.
04/06/2018 11:02
May ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 11 598 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin may ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə ümumilikdə 11598 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 8 622 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2 976 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 348 sənəd (760 məktub, 553 ərizə, 35 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox müəllimlərin diaqnostik qiymətləndirilməsi, yerdəyişməsi və işə qəbulu, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və ümumtəhsil məktəblərinin birinci siniflərinə qəbul ilə bağlı məsələləri əhatə edib. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə axşamı (2 109 müraciət) və cümə axşamı (2 050 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə axşamı (844 müraciət) və cümə axşamı (583 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.
04/06/2018 10:41
May ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 11 598 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin may ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə ümumilikdə 11598 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 8 622 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2 976 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 348 sənəd (760 məktub, 553 ərizə, 35 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox müəllimlərin diaqnostik qiymətləndirilməsi, yerdəyişməsi və işə qəbulu, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və ümumtəhsil məktəblərinin birinci siniflərinə qəbul ilə bağlı məsələləri əhatə edib. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə axşamı (2 109 müraciət) və cümə axşamı (2 050 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə axşamı (844 müraciət) və cümə axşamı (583 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.
04/06/2018 10:41
May ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 11 598 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin may ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə ümumilikdə 11598 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 8 622 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2 976 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 348 sənəd (760 məktub, 553 ərizə, 35 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox müəllimlərin diaqnostik qiymətləndirilməsi, yerdəyişməsi və işə qəbulu, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və ümumtəhsil məktəblərinin birinci siniflərinə qəbul ilə bağlı məsələləri əhatə edib. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə axşamı (2 109 müraciət) və cümə axşamı (2 050 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə axşamı (844 müraciət) və cümə axşamı (583 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.
04/06/2018 10:40
Dünya çempionatına dəstək yarışı başa çatıb
5-9 iyun tarixlərində Bakıda keçiriləcək BMX üzrə dünya çempionatına dəstək məqsədilə məktəblilər arasında təşkil olunan ümumrespublika velosiped yarışları başa çatıb. Yarış Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə keçirilib. Rayondaxili mərhələlərdən sonra Bakı şəhərinin rayonlarının, Sumqayıt, Abşeron, Gəncə, İsmayıllı, Mingəçevir və Zaqatalanın komandaları finala vəsiqə qazanıb. Veloparkda təşkil olunan həlledici mərhələdə iştirakçılar estafet sistemi üzrə komanda şəklində yarışıblar. Maraqlı mübarizə Xəzər rayonu 26 nömrəli orta məktəbin komandasının qələbəsilə başa çatıb. 2-ci yerə Qaradağ rayonu 319 nömrəli, 3-cü yerə isə Xətai rayonu 29 nömrəli tam orta məktəbin komandası layiq görülüb. Qaliblər kubok, diplom və “İsma” velosipedləri ilə təltif edilib. Mükafatları təhsil nazirinin müavini Firudin Qurbanov və Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov təqdim edib. Qeyd edək ki, velosiped idman növünün məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirində ümumilikdə 570 komandanın tərkibində 4000-ə yaxın məktəbli iştirak edib. Kütləvi idman tədbirinin keçirilməsində əsas məqsəd velosiped idman növünü məktəblilər arasında təbliğ etmək, onların idmana olan marağını artırmaq və məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.
02/06/2018 18:11
Təhsil Nazirliyi və Azərbaycan Velosiped İdman Federasiyası arasında memorandum imzalanıb
İyunun 2-də Təhsil Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Memorandumu təhsil nazirinin müavini Firudin Qurbanov və Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov imzalayıb. Memorandumun imzalanmasında məqsəd tərəflər arasında 2018-2023-cü illərdə əməkdaşlığın əsas istqamətlərini müəyyənləşdirmək, uşaq və gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, onların asudə vaxtının səmərəli təşkili üçün əlverişli mühit yaratmaq, gəncləri zərərli vərdişlərdən çəkindirmək, ölkənin velosiped idmanı üzrə yığma komandalarına ehtiyat idman qüvvələri hazırlamaq, habelə bu idman növünün kütləviliyini artırmaqdan ibarətdir. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək idmana göstərilən dövlət qayğısı, təhsil alanlar arasında sağlam həyat tərzinin təbliği, onlarda idmana olan marağın artırılması istiqamətlərdə nazirlik tərəfindən görülən işlərdən danışıb. Nazir müavini velosiped idman növünün maddi-texniki bazasının yaxşılaşdırılması, idmançıların ustalıqlarının və bu idman növü üzrə kütləviliyinin artırılmasında birgə əməkdaşlığın əhəmiyyətini qeyd edib. Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov çıxış edərək federasiya tərəfindən uşaq, yeniyetmə və gənclər arasında velosiped idman növünün populyarlaşdırılması və bu növlə məşğul olanların sayının artması istiqamətlərində görülmüş işlər barədə məlumat verib. Sahib Ələkbərov həyata keçirilən tədbirlərin gənc nəslin sağlam həyat tərzinə istiqamətləndirilməsi, zərərli vərdişlərdən uzaqlaşdırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Bu sahədə AzVİF ilə Təhsil Nazirliyinin birgə fəaliyyətinin səmərəli və faydalı olduğunu vurğulayıb. Qeyd edək ki, cari ilin 5-9 iyun tarixlərində Bakı şəhərində velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin müvafiq əmri ilə məktəblilər arasında velosiped yarışları təşkil olunub. Aprelin 1-dən başlayan və iyunun 2-də başa çatan bu tədbirlər Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə keçirilib. Yarışlara Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri, Abşeron, İsmayıllı, Zaqatala rayonları əhatə olunmaqla 4 minə yaxın məktəbli qatılıb.
02/06/2018 16:09
Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva festivalda olub İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib. Heydər Əliyev Fondunun təşəbbüsü, Təhsil Nazirliyinin, Heydər Əliyev Mərkəzinin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə yüzlərlə azyaşlı, o cümlədən Bakıda və regionlarda fəaliyyət göstərən uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri iştirak ediblər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın festivala gəlməsi isə uşaqların bayram əhval-ruhiyyəsini daha da yüksəldib. Leyla Əliyeva uşaqlarla ünsiyyətdə olub, fotoşəkillər çəkdirib. Festivalda hər kəs - balaca rəssamlar, rəqqaslar, idmançılar, musiqiçilər öz məharətlərini göstəriblər. Qeyd edək ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən festival çərçivəsində balacalar üçün müxtəlif əyləncə proqramları təqdim olunub. Heydər Əliyev Mərkəzinin parkı nağıllar və möcüzələr aləmini xatırladırdı. Parkın ərazisi müxtəlif mövzular və əyləncə növləri üzrə bölünüb. Burada buz meydançası, rəqs meydanı, müxtəlif idman və incəsənət meydançaları yaradılıb. “Street art” - küçə incəsənəti üçün ərazidə uşaqlar asfalt üzərində, “Art” meydançasında isə molbertlərdə müxtəlif rəsmlər çəkiblər. Mərkəzin parkındakı göldə ilk dəfə olaraq qayıq yarışı keçirilib və kiçik avtomobillərlə ralli təşkil olunub, rollerdrom yaradılıb. Uşaqlar arxeoloji meydançada şərti olaraq axtarış aparıb, qum altından müxtəlif arxeoloji tapıntı maketləri aşkar ediblər, “Safari turu”, “Mini ferma” zonalarında isə heyvanlar aləminə səyahət ediblər. Azyaşlılar safarinin vəhşi heyvanlarının maketləri ilə tanışlıqla yanaşı, “Mini ferma”da bir sıra heyvanlarla canlı ünsiyyətdə olublar. “Art dəfilə” zonasında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində təhsil alan istedadlı uşaqlar özlərinin əl işləri olan geyim nümunələrini təqdim ediblər. Labirint zonasında balacalar səmti müəyyənetmə idmanı ilə məşğul olub, vaxtlarını şən və maraqlı keçiriblər. Uşaqlar, həmçinin şahmat oynayıb, idmanın müxtəlif növləri – futbol, basketbol, voleybol, gimnastika, taekvondo, cüdo, atletika və qılıncoynatma üzrə master-klaslarda iştirak edib, öz bacarıq və qabiliyyətlərini nümayiş etdiriblər. Estafet meydançasında isə balacalar mini qolf və oxatma ilə məşğul olub, həmçinin özlərini intellektual yarışlarda sınayıblar. Festival çərçivəsində Azərbaycan Avtomobil Federasiyası uşaqlar üçün yol hərəkəti qaydalarına dair təlim təşkil edib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin guşəsində interaktiv oyunlar və əyləncəli müsabiqələr təşkil olunub. Uşaqlar tərəfindən maraqla qarşılanan müsabiqələrdə qaliblərə və iştirakçılara müxtəlif hədiyyələr təqdim edilib. Eyni zamanda, parkda uşaqlar üçün müxtəlif maraqlı attraksionlar – batutlar, sürüşkənlər, karusellər, yelləncəklər də quraşdırılıb. Cizgi filmlərinin qəhrəmanlarının (maskotlar) iştirakı ilə keçirilən “Disney parad” nağıllar aləmini daha da zənginləşdirib. Uşaqlar sevimli personajları ilə görüşüb, onlarla birlikdə əyləniblər. Həmçinin azyaşlılar üçün konsert proqramı təşkil olunub. Konsertdə uşaq yaradıcılıq mərkəzləri və studiyaları müxtəlif mahnılar, rəqslər, səhnəciklər təqdim ediblər. Bakıdakı və regionlardakı uşaq evləri və internat məktəblərinin yaradıcı yetirmələri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar isə rəqs nömrələri, müxtəlif əl işlərini nümayiş etdiriblər. Festivalda “İmaginarium”, “The Entertainer” mağaza şəbəkələri, “Bolshoy prazdnik” və “Studyland” uşaq mərkəzi və “Megafun” əyləncə mərkəzinin təqdim etdiyi müxtəlif attraksionlar, animatorlar olub. Uşaqlar üç saat ərzində bayramlarını bol əyləncələrlə qeyd etməklə yanaşı, istedad və bacarıqlarını da nümayiş etdirib, həm də yeni-yeni dostlar qazanıblar. Mərkəzin parkı həm əyləncə, həm də bir yaradıcılıq məkanı kimi uşaqların ixtiyarında olub. Festivalda əl işi ilə (string-art növündə) çıxış edən Pərvan Abasquliyev həmyaşıdlarını hər gün bu cür bayram əhval-ruhiyyəsində görmək arzusunda olduğunu söyləyib. Beş nömrəli internat məktəbindən Mələknur İsmayılzadə və Aqşin Rzayev festivala düzəltdikləri kuklalarla gəlmişdilər. Bu fidan balalar həm özlərinin, həm də bacı-qardaşlarının böyüyəndə ali məktəblərə daxil olmasını arzu edirlər. “Bu gün burada doyunca əyləndim, buz meydançasından isə daha çox xoşum gəldi”, - deyən Səma Quliyeva da həmyaşıdlarını bayram münasibətilə təbrik edib. Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin əmək təlimi müəllimi Ruhəngiz Rəhimova bu festivalı dövlətimizin uşaqlara yüksək qayğısının daha bir nümunəsi kimi dəyərləndirdiyini, əyləncələrin uşaqlara unudulmaz bayram sevinci yaşatdığını vurğulayıb. Qeyd edək ki, uşaq hüquqlarının təmin edilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin uğurla reallaşdırılmasına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hərtərəfli dəstək verir. Ulu Öndərin adını daşıyan Fond yarandığı ilk gündən uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mütəmadi olaraq uşaqlarla görüşür, onların təlim-tərbiyəsi ilə maraqlanır, uşaqlar və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili üçün keçirilən müxtəlif tədbirlərdə və proqramlarda onlarla birgə olur. Heydər Əliyev Mərkəzinin parkındakı festival iyunun 2-də də saat 16-dan 19-dək davam edəcək. Əraziyə giriş və əyləncə qurğularından istifadə pulsuzdur. AZƏRTAC
02/06/2018 00:13
Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
Bakı şəhəri 307 nömrəli tam orta məktəbdə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı "Uşaqları qoruyaq!" adlı tədbir keçirilib. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Məktəbin direktoru Rövşən Qasımov uşaqları təbrik edib, dövlətimiz tərəfindən onlara göstərilən qayğıdan danışıb. Həmin gün məktəbdə 4-cü sinif şagirdlərinin buraxılış günü də keçirilib. Məktəbin ibtidai sinif müəllimi Durna Abışova şagirdlərini təbrik edib, gələcək tədris ilində onlara uğurlar arzulayıb. Tədbirin bədii hissəsində şagirdlər Azərbaycan və dünya xalqlarına məxsus mahnılar oxuyub, rəqslər ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
01/06/2018 21:04
Ana dilində ilk orta məktəb
Milli kadrların yetişdirilməsində “Şaiq adına nümunə məktəbi”nin əvəzsiz işi 1918-ci ilin 28 may tarixində Azərbaycan xalqının həyatında çox mühüm bir hadisə baş verdi. Şərqdə ilk müstəqil, demokratik, parlamentli Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında İstiqlal Bəyannaməsi elan edildi. Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti hökuməti milli tariximizə ilk dəfə Azərbaycan türkcəsini dövlət dili elan edən və dövlət dilini təhsil müəssisələrinin əsas tədris dilinə çevirən, çağdaş ali təhsil və elm ocağı təsis edən, ilk milli məktəblər şəbəkəsi yaradan, ümumi icbari təhsilə keçid prosesinə başlayan, çoxsaylı müəllim seminariyaları və pedaqoji kurslar açan, dövlət himayəsində ilk məktəbəqədər tərbiyə müəssisələrinin əsasını qoyan, dövlət səviyyəsində 100 nəfər azərbaycanlı gənci xarici ölkələrin ali təhsil müəssisələrinə oxumağa göndərən, əlifba islahatı ilə Avropa mədəniyyətinə yaxınlaşmaq yolunda ilk addımlar atan demokratik, hüquqi, dünyəvi, sivil dövlət kimi daxil oldu. Elə buna görə də AXC hökumətinin tarixini tədqiq edən Qərb tədqiqatçıları o dövrün milli hökumətini “maarifçi hökumət” kimi dəyərləndirirdilər. Azərbaycan Xalq Cümhuriyyəti yaradılana qədər Azərbaycanda ana dilində orta məktəb yox idi. Ana dili o dövrün orta təhsil ocağı sayılan realnı məktəblərdə həftədə bir-iki dəfə keçirilir və məcburi olmayan fənn hesab olunurdu. İlk dəfə orta təhsilin milliləşməsi AXC hakimiyyəti illərində həyata keçirilmişdi. Pedaqogika tarixindəki bu böyük hadisə qüdrətli sənətkarımız, müəllimlər müəllimi Abdulla Şaiqin adı ilə bağlıdır. Abdulla Şaiq Azərbaycan romantizminin görkəmli nümayəndəsi, anadilli milli məktəblərin banisi, şair, dramaturq və yazıçı, müəllim və publisist, fəal ictimai xadim idi. O özü bütünlüklə xalqa xidmət nümunəsi idi, əsərlərində də müəllim kimi hamıya bunu tövsiyə edirdi. 1924-cü ildə tələbələrindən birinin xatirə albomuna yazmışdır: “Yüksəlmək, həqiqi bəxtiyarçılığa çatmaq özünü deyil, başqalarını yaşatmağa çalışmaqdır. Zira ki, həqiqi bəxtiyarlar cəmiyyət üçün yaşayanlardır”. Vətənini, xalqını, doğma dilini məhəbbətlə sevən Abdulla Şaiq “Xatirələrim”də yazırdı: “Milli vicdan milli məktəblərdə doğar. Məktəb və müəllimləri olmayan bir millət müəyyən bir sima və məfkurəsi olmayan bir cocuğa bənzər ki, öz xeyir və şərini düşünə, dost və düşmənini fərq edə bilməz. Cocuqlara özünü tanıdan, milli hisslərini, ruhlarını yüksəldən, onların dağ çeşmələri qədər saf və təmiz ürəklərində böyük bir məfkurə doğuran, gələcəkdə sevgili vətəni üçün ən dəyərli övlad yetişdirən və sarsılmaz bir qüvvət hazırlayan məktəblərdir. Məktəblər millətin nur və səadət çırağıdır. Bəli, iqrar etməliyik ki, indiyədək milli məktəblərimiz olmadığından xalqımız naminə heç bir şeyimiz yox idi”. Yazıçılığından artıq müəllimliyi ilə iftixar edən maarif fədaisi Abdulla Şaiq 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin bir-birinin ardınca mədəni tədbirlər həyata keçirdiyi bir zamanda məktəblərin milliləşməsi üçün ilk addımı atdı. Onun təşəbbüsü ilə bütün fənlərin rus dilində tədris edildiyi Bakı I realnı məktəbin nəzdində Azərbaycan dili üzrə üç aylıq kurs açıldı. Bu kursu qurtaran şagirdlər üçün 49 rus sinfi olan Bakı I realnı məktəbində bütün fənlərin Azərbaycan dilində tədris edildiyi bir sinif (üçüncü sinif) açıldı. Bu sinifdə 25 şagird oxuyurdu. Onlar 1924-cü ildə ana dilində orta məktəbi bitirən ilk məzunlar oldular. Ədib öz xatirələrində yazırdı ki, Cümhuriyyət dövründə siniflərin milliləşdirilməsi ilə bilavasitə özü məşğul olmuş, valideynləri yığaraq onların bir-bir razılığını almış, çarizm havası ilə hərəkət edən bəzi rus pedaqoqları ilə mübarizə aparmışdır. Azərbaycan maarifi tarixində ana dilində ilk təhsil almış şagirdlər, sonralar görkəmli elm, mədəniyyət xadimləri olaraq, həmin məktəbin müəllimlərindən Abdulla Şaiq Talıbzadəni, Camo Cəbrayılbəylini, Qafur Rəşad Mirzəzadəni, Xudaverdi Kələntərlini və başqalarını həmişə böyük məhəbbətlə yad edirdilər. Məktəbi bitirən tələbələr ali məktəblərə imtahansız qəbul olundular ki, bu da öz növbəsində sonralar sovet respublikasında kadr məsələsinin həllinə böyük kömək göstərmişdi. İlk milli orta məktəbin buraxılışına həsr edilmiş təntənəli iclasda Nəriman Nərimanov da iştirak edirdi. O, üzünü məzunlara tutub demişdi: “Sizə birinci vəsiyyətim budur ki, həyatda çalışqan olun, qorxaq olmayın, həmişə xalqımızın irəli getməsinə çalışın”. Həmin sinfi bitirənlər içərisində məşhur bəstəkar, musiqişünas Əfrasiyab Bədəlbəylinin, istedadlı alim, cərrah Fuad Əfəndiyevin, akademik Səftər Quliyevin, böyük mütəxəssis və dövlət xadimi Süleyman Vəzirovun və onlarla başqalarının adlarını çəkmək olar. Qeyd etmək lazımdır ki, Azərbaycanda milli kadrların yetişdirilməsində A.Şaiq tərəfindən milliləşdirilmiş siniflərin əsasında 20-ci illərin əvvəllərində yaradılan “Şaiq adına nümunə məktəbi” böyük iş görmüşdü. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Abdulla Şaiq tərəfindən orta məktəb siniflərinin milliləşdirilməsi təhsil tariximizə mühüm hadisələrdən biri kimi daxil olmuşdur. “Azərbaycan müəllimi” qəzeti
01/06/2018 17:45
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı