Dünya çempionatına dəstək yarışı başa çatıb
5-9 iyun tarixlərində Bakıda keçiriləcək BMX üzrə dünya çempionatına dəstək məqsədilə məktəblilər arasında təşkil olunan ümumrespublika velosiped yarışları başa çatıb. Yarış Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə keçirilib.
Rayondaxili mərhələlərdən sonra Bakı şəhərinin rayonlarının, Sumqayıt, Abşeron, Gəncə, İsmayıllı, Mingəçevir və Zaqatalanın komandaları finala vəsiqə qazanıb. Veloparkda təşkil olunan həlledici mərhələdə iştirakçılar estafet sistemi üzrə komanda şəklində yarışıblar.
Maraqlı mübarizə Xəzər rayonu 26 nömrəli orta məktəbin komandasının qələbəsilə başa çatıb. 2-ci yerə Qaradağ rayonu 319 nömrəli, 3-cü yerə isə Xətai rayonu 29 nömrəli tam orta məktəbin komandası layiq görülüb. Qaliblər kubok, diplom və “İsma” velosipedləri ilə təltif edilib. Mükafatları təhsil nazirinin müavini Firudin Qurbanov və Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov təqdim edib.
Qeyd edək ki, velosiped idman növünün məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirində ümumilikdə 570 komandanın tərkibində 4000-ə yaxın məktəbli iştirak edib. Kütləvi idman tədbirinin keçirilməsində əsas məqsəd velosiped idman növünü məktəblilər arasında təbliğ etmək, onların idmana olan marağını artırmaq və məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.
7 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
