Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir müavini Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 7-ci iclasında çıxış edib

Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib.   Elm və təhsil nazirinin müavini Həsən Həsənli də Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində iclasda iştirak edib.    Hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Hökumətlərarası Komissiyanın iclasında həmsədrlər - Birləşmiş Krallığın xidmətlər, kiçik bizneslər və ixrac naziri Qaret Tomas və Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxış ediblər.   Azərbaycanın 30-a yaxın dövlət qurumunun təmsil olunduğu iclasda 20-dən çox sahə üzrə görülmüş işlər, həlli vacib məsələlər nəzərdən keçirilib və inkişaf perspektivlərinə dair təqdimatlar edilib. İqtisadiyyatın modernləşdirilməsi/diversifikasiyası üzrə Böyük Britaniya ilə maliyyə və peşəkar xidmətlər, texnologiya, süni intellektin tətbiqi, kiçik və orta sahibkarlıq fəaliyyətinin təşviqi, kibertəhlükəsizlik, elm və təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlıq imkanları dəyərləndirilərək, mümkün istiqamətlər müəyyənləşdirilib.   İclasda çıxış edən nazir müavini iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti barədə iclas iştirakçılarını məlumatlandırıb. Həsən Həsənli Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında təhsil alan tələbələrin əhəmiyyətli sayını vurğulayaraq Dövlət Proqramları və ikili diplom proqramlarının ölkələr arasında təhsil sahəsində əməkdaşlığın inkişafına verdiyi töhfəni qeyd edib. Bununla yanaşı, elm və təhsil nazirinin müavini çıxışında STEAM təhsili və rəqəmsal qiymətləndirmə üzrə əməkdaşlıq imkanlarının araşdırılması, elmi və ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi kimi bir sıra mühüm məsələlərə toxunub.    Yekunda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Komissiyanın 8-cı iclasının 2026-cı ildə Bakı şəhərində keçirilməsinə qərar verilib.

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

Aprelin 30-da elm və təhsil nazirinin müavini Kənan Kərimzadə İtaliya Deputatlar Palatasının üzvü, Xarici Əlaqələr üzrə Komitənin təmsilçisi Naike Gruppioni ilə görüşüb.    Görüş zamanı təhsil sahəsində əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Şagirdlərimizin növbəti uğuru

25-30 aprel tarixlərində Bosniya və Herseqovinanın Sarayevo şəhərində 42-ci Balkan Riyaziyyat Olimpiadasında milli komandamız uğurla çıxış edərək 1 gümüş və 2 bürünc olmaqla ümumilikdə 3 medal qazanıb.   Belə ki, Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyinin IX sinif şagirdi Fərhad İskəndər gümüş medal, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın X sinif şagirdi Davud Tarverdili və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Yunis İsayev bürünc medal qazanıblar.   Qeyd edək ki, 2007-ci ildən etibarən Balkan Riyaziyyat Olimpiadasında iştirak edən məktəblilərimiz ümumilikdə 1 qızıl, 19 gümüş və 40 bürünc medal əldə ediblər.

Nazir müavini İdris İsayev Macar-Türk Sammitində iştirak edib

28-29 aprel tarixlərində elm və təhsil nazirinin müavini İdris İsayev Macarıstan Respublikasının Budapeşt şəhərində keçirilən Mədəniyyət, Ali Təhsil və İnnovasiya üzrə Macar-Türk Sammitində iştirak edib. Macarıstanın mədəniyyət və innovasiya naziri Balazs Hanko açılış nitqi ilə çıxış edib. Nazir Macarıstanın ali təhsil sistemi haqqında məlumat verib və macar universitetləri ilə potensial əməkdaşlıq məsələlərinə toxunub.   Sammit çərçivəsində nazir müavini İdris İsayev təhsilə həsr edilmiş "Regional əməkdaşlığın gücü – Türk Dövlətləri və Macarıstan arasında sıx əməkdaşlıq" adlı paneldə çıxış edib.   Çıxışı zamanı nazir müavini Azərbaycan Respublikası ilə Macarıstan və Türk Dövlətləri Təşkilatı ilə elm və təhsil sahəsində mövcud olan cari əməkdaşlıq haqqında məlumat verib və gələcək inkişaf perspektivlərinə dair təkliflər səsləndirib.    İdris İsayev həmçinin Azərbaycan Respublikasının elm sahəsində strateji tərəfdaşlığa böyük önəm verdiyini və digər türk dövlətləri və Macarıstanla birlikdə bu sahələrdə birgə proqramların, tədqiqat qruplarının və informasiya mübadiləsi sistemlərinin yaradılmasının əhəmiyyətini vurğulayıb.    Tədbirin sonunda “Türk Dövlətləri və Macarıstan arasında ali təhsil, innovasiya və mədəniyyət sahələrində əməkdaşlığa dair” bəyannamə imzalanıb.

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin seçim mərhələsi başa çatıb. 22-25 aprel tarixlərini əhatə edən seçim turunda 15 000-dən çox şagird iştirak edib.    Seçim mərhələsində yüksək nəticə göstərmiş 2000-dən çox şagird növbəti tura vəsiqə qazanacaq. Növbəti mərhələyə vəsiqə qazanan iştirakçıların siyahısı bir neçə gün sonra codehour.edu.az saytında ictimaiyyətə təqdim olunacaq.   Xatırladaq ki, imtahanlar Bakı, Sumqayıt, Gəncə, Naxçıvan və digər şəhərlər də daxil olmaqla, ümumilikdə 47 şəhərdə yerləşən 75 mərkəzdə təşkil olunub. Mərkəzləşdirilmiş qaydada keçirilən seçim mərhələsi şagirdlər arasında İKT və proqramlaşdırma sahəsində potensial bacarıqların üzə çıxarılması və gələcək inkişaf istiqamətlərinin müəyyən olunması baxımından mühüm əhəmiyyət daşıyıb.   Qeyd edək ki, müsabiqənin final mərhələsində 120 iştirakçıdan ibarət 30 komanda yarışacaq. Qalib komandaları dəyərli mükafatlar və xüsusi hədiyyələr gözləyir.  

Müəllimlər üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib

Aprelin 27-də məktəb, lisey və kollec müəllimləri, eləcə də inzibati işçilərdən ibarət komandalar üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib.    Çempionat Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və Kapital Bankın dəstəyi ilə “Təhsil Oyunları Platforması” layihəsi çərçivəsində təşkil edilib.  İki mərhələdən ibarət olan çempionatın ilkin seçim turu onlayn formatda baş tutub.    Final mərhələsində Bakı, Gəncə, Goranboy, Quba, Cəbrayıl, Samux, Şəmkir, Hacıqabul, Zəngilan, Ağdam, Sumqayıt, Kəlbəcər, Gədəbəy, Xaçmaz, Biləsuvar, Saatlı, Xocavənd və Zərdab müəllimləri və inzibati işçilərindən ibarət 32 komanda yarışıb.    4 turdan ibarət olan final mərhələsində iştirakçılara ümumilikdə 40 sual təqdim edilib. İlk 20 sualda topladıqları bala əsasən komandalar böyük və kiçik kubok uğrunda mübarizə aparıb. Böyük kubok oyununun nəticələrinə əsasən, Goranboy rayonunun "The Masters" komandası I, Beyləqan, Xocavənd, Füzuli rayonlarının birgə "Mil" komandası II, Hacıqabul rayonun "Xudmani" komandası III yerə layiq görülüb.    Kiçik kubok uğrunda mübarizədə isə Gəncə şəhərinin "Kayzen" komandası I, Şəmkir rayonunun "Bayraktar" komandası II, Bakı şəhərinin "Sirius" komandası III yerə layiq görülüb.

Nazir müavini Mir Cəlal Paşayevin yaradıcılıq gecəsində iştirak edib

Milli Aviasiya Akademiyasının (MAA) təşkilatçılığı ilə Əməkdar elm xadimi, yazıçı, alim Mir Cəlal Paşayevin anadan olmasının 117-ci ildönümü münasibətilə Gəncə şəhərində yaradıcılıq gecəsi keçirilib. Mir Cəlal Paşayevin adını daşıyan ev muzeyində keçirilən tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, MAA rəhbərliyi, həmçinin şəhər rəsmiləri, ictimai xadimlər və tələbələr iştirak ediblər.  Açılış nitqi ilə çıxış edən MAA-nın birinci prorektoru Ədalət Səmədov Mir Cəlal Paşayevin çoxşaxəli yaradıcılığının özündən sonra gələn nəsillərə örnək olduğunu qeyd edib.    Çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov yazıçı, alim və müəllim kimi üç müqəddəs peşəni öz müdrik şəxsiyyətində cəmləşdirən Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı misilsiz xidmətlərinə toxunub. Müəllim, məktəb direktoru, ali məktəb müəllimi olaraq pedaqoji fəaliyyət göstərmiş Mir Cəlal Paşayevin şagird və tələbələrinin nəzərində böyük müəllim, alim olmaqla yanaşı, həm də humanist bir insan olduğunu bildirib.    Nazir müavini əlavə edib ki, tanınmış pedaqoq və elm xadimi olan ədib klassik və müasir ədəbiyyata dair elmi əsərləri, kitabları ilə ədəbi nəslin yetişməsində, öz pedaqoji fəaliyyəti ilə yüksək ixtisaslı kadrların formalaşmasında böyük rol oynayıb.   Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında qədimiliyi və müasirliyi özündə cəmləşdirən Gəncə şəhərinin ruhunda Mir Cəlal izinin olduğunu vurğulayıb.    Çıxış edən digər qonaqlar Mir Cəlal Paşayevin insani keyfiyyətləri ilə xalqımızın yaddaşında bir iz buraxdığını diqqətə çatdırıblar.    Çıxışlardan sonra MAA tələbələrinin hazırladığı şeir nümunələri səsləndirilib, bədii kompozisiyalar nümayiş olunub.

Qarabağ Universitetində Beynəlxalq COP simulyasiya konfransı işə başlayıb

Qarabağ Universitetində Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (QHGT) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP)  simulyasiya konfransı öz işinə başlayıb.   Tədbirin keçirilməsində məqsəd COP29-un əsas mövzu və məqsədləri haqqında gəncləri maarifləndirmək, onların iqlim fəaliyyətində iştirakını artırmaq və iştirakçılar arasında ünsiyyət və ictimai nitq bacarıqlarının inkişafını təşviq etməkdir.   Tədbirdə Qarabağ Universitetinin rektoru Şahin Bayramov açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb və universitetin inkişaf dinamikasından bəhs edib. Rektor qeyd edib ki, regionda keyfiyyətli təhsil mərkəzi kimi formalaşan Qarabağ Universitetində bu cür beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi tələbələr üçün böyük bir təcrübə platformasıdır.    Konfransın açılış mərasimində çıxış edən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə sahəsində həyata keçirdiyi tədbirlərdən, bu istiqamətdə beynəlxalq əməkdaşlığın və tərəfdaşlığın önəmindən bəhs edib. Nazir müavini qeyd edib ki, COP çərçivəsində təşkil olunan bu cür simulyasiya konfransları gənclərin iqlim dəyişiklikləri mövzusunda bilik və bacarıqlarının artırılmasına, onların beynəlxalq proseslərdə fəal iştirakına mühüm töhfə verir. Yalçın Rəfiyev gənclərin bu istiqamətdə təşəbbüslərinin dəstəklənməsinin Azərbaycanın iqlim gündəliyinin prioritetlərindən biri olduğunu diqqətə çatdırıb.   Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli çıxışında iqlim dəyişikliyinin təsirlərindən söz açaraq bildirib ki, gənc nəsil bu məsələnin həllində əsas iştirakçılardan olmalıdır. Mətin Kərimli qeyd edib ki, təhsil iqlim dəyişikliyi ilə mübarizədə ən güclü vasitədir və bununla bağlı biliklərin gündəlik öyrənmə metodunun bir hissəsinə çevrilməsi istiqamətində addımlar atılır.    Çıxış edən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri və COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova, İƏGF Avrasiya Regional Mərkəzinin direktoru Rafiq İsmayılov da öz növbələrində gənclərin ətraf mühitin qorunması, iqlim dəyişikliyi ilə bağlı aparılan qlobal prosesdə aktiv iştirakının vacibliyindən, eləcə də 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 tədbiri zamanı qəbul edilmiş qərarların həyata keçirilməsi perspektivlərindən, onun qlobal ekoloji prosesə verdiyi töhfələrdən bəhs ediblər.   Açılış mərasiminin ardından  simulyasiya konfransı öz işini plenar iclaslar formatında davam etdirib.   Qeyd edək ki, ikigünlük konfransda tələbələr müxtəlif ölkələrin nümayəndə heyətləri, beynəlxalq təşkilat və media təmsilçiləri kimi fərqli rollarda çıxış edəcəklər. Gənc iştirakçılar işçi qruplara bölünərək qlobal iqlim dəyişikliyi ilə bağlı müxtəlif ölkələrdə görülən işlərin effektivliyi, gənclərin bu prosesdə iştirakı, alternativ enerji, yaşıl dünya mövzuları ətrafında müzakirələr aparacaqlar.

Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb

2025-2026-cı tədris ilinə ümumi təhsil müəssisələrinin II və VI sinifləri üçün təkmilləşdirilmiş və ya yeni hazırlanmış dərslik və onunla komplekt təşkil edən metodik vəsaitlərinə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb. Dərslik komplektlərinin layihələri www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilir. Yaxın müddətdə bütün layihələrin sayta yerləşdirilməsi başa çatacaq.   Sayta daxil olaraq qeyd edilən bölmədə yerləşdirilmiş dərslik komplektlərinin məzmunu ilə tanış olmaq, xüsusi ayrılmış sahədə irad və təklifləri qeyd etmək mümkündür. İrad və təkliflər derslik@edu.gov.az elektron ünvanına da göndərilə bilər.   Elm və Təhsil Nazirliyi alimləri, təhsil işçilərini, valideynləri, aidiyyəti dövlət qurumlarını, ictimai birlikləri və bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərslik layihələrinə dair rəy, irad və təkliflərini bildirməyə dəvət edir.

“Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi üzrə bilik yarışı keçirilib

Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən “Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi üzrə bilik yarışı baş tutub.   Yarış Bakı şəhəri və Naxçıvan Muxtar Respublikası daxil olmaqla 14 müxtəlif regionda təşkil edilib. Bakı şəhərindən 12 komanda, Naxçıvan MR-dan 12 komanda, bütün regionlardan isə 64 komanda olmaqla, ümumilikdə hər bir sahə üzrə 88 komanda iştirak edib.   Bilik yarışı üzrə finalda iştirak hüququ əldə edən komanda sayı 18, iştirakçı sayı isə 108 nəfər olub.   Olimpiadanın bilik yarışında məktəblilər riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət sahələri üzrə sualları cavablandırıblar.   Regional mərhələ üzrə şahmat turnirində 12 müxtəlif regiondan 1 qalib komanda, Bakı şəhərindən 5 ən yaxşı komanda, Naxçıvan MR-dan 1 komanda olmaqla cəmi 90 iştirakçıdan ibarət 18 komanda final mərhələdə iştirak hüququ qazanıb.   Olimpiadanın final mərhələsində aşağıdakı rayon və şəhərlərdən olan komandalar iştirak edəcəklər:   Bilik yarışı istiqaməti üzrə: Bakı şəhərinin Xəzər, Nəsimi, Yasamal, Xətai, Nərimanov rayonları, Gəncə, Naxçıvan, Mingəçevir, Şəki şəhərləri, Abşeron, İsmayıllı, Lerik, Saatlı, Bərdə, Qazax, Qusar, Zəngilan, Neftçala rayonları.   Şahmat turniri üzrə: Bakı şəhərinin Xətai, Xəzər, Sabunçu, Səbail, Yasamal rayonları, Gəncə, Naxçıvan, Sumqayıt, Şəki şəhərləri, Ağcabədi, Ağsu, Beyləqan, Cəbrayıl, Göyçay, Quba, Masallı, Neftçala, Tovuz rayonları.   “Zəkaların mübarizəsi” olimpiadasının keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə bilik və bacarığı ilə seçilən istedadlı gəncləri aşkar etmək, şagirdlərdə əməkdaşlıq, effektiv ünsiyyət, liderlik keyfiyyətləri, müzakirə mədəniyyəti, qərar vermə, komanda ilə işləmə, analitik və məntiqi düşünmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, onlar arasında sağlam rəqabət mühitini formalaşdırmaq və region gəncləri arasında ünsiyyət mühitini genişləndirməkdir.   Qeyd edək ki, komanda yarışı formatında keçirilən olimpiada regional və respublika mərhələlərindən ibarətdir. May ayında olimpiadanın final mərhələsi təşkil ediləcək.

30/07/2026

Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb 10 iyul 2026-cı il tarixində keçirilmiş Akkreditasiya Şurasının iclasında Bakı Qızlar Universiteti üzrə müvafiq Akkreditasiya Komissiyaları tərəfindən hazırlanmış institusional və proqram akkreditasiyası üzrə yekun qiymətləndirmə hesabatları müzakirə edilib. Universitetdə aparılmış qiymətləndirmə zamanı ali təhsil müəssisəsinin fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən, dövlət təhsil standartlarının, normativ hüquqi aktların və keyfiyyət təminatı tələblərinin yerinə yetirilməsində ciddi uyğunsuzluqlar müəyyən edilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 30 iyul 2026-cı il tarixli 92 nömrəli Sərəncamı ilə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Bakı Qızlar Universitetinə verilmiş 2018-ci il 11 sentyabr tarixli EL-358/2018 nömrəli lisenziyanı ləğv edib. Qeyd edək ki, Bakı Qızlar Universitetində təhsil alan tələbələrin təhsilinin fasiləsizliyinin və təhsil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə ixtisaslarına uyğun köçürülməsi təmin ediləcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23253-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
30/07/2026

✨ 24-30 iyul tarixlərində Litvanın Kaunas şəhərində keçirilən 10-cu Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında məktəblilərimiz ? 3 bürünc medal qazanıblar. ?? Şagirdlərimizi bu münasibətilə təbrik edir və onlara daha böyük nailiyyətlər arzulayırıq! #ElmvəTəhsilNazirliyi #ARTİ #Olimpiada #İnformatika

Ətraflı
30/07/2026

Tələbələrin yerdəyişməsi üzrə nəticələr elan edilib

Ətraflı