Nazir müavini Azərbaycan və Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında çıxış edib
İyulun 28-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında iştirak edib.
İqtisadiyyat Nazirliyində keçirilən iclasda nazir müavini çıxış edərək Azərbaycan ilə Türkmənistan arasında elm və təhsil sahəsində mövcud əməkdaşlıq istiqamətləri barədə məlumat verib. Firudin Qurbanov bildirib ki, elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası və təcrübə mübadiləsinin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur.
Komissiyanın iclasında həmçinin iki ölkə arasında siyasi, iqtisadi, ticarət, enerji və nəqliyyat, eləcə də mədəniyyət sahələrində əməkdaşlığın mövcud vəziyyəti və potensial imkanları müzakirə olunub.
Tədbirin sonunda Hökumətlərarası Komissiyanın həmsədrləri tərəfindən iclasın yekunlarına dair Protokol imzalanıb.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10 -
Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşları qəbul edəcək
06.10.2026 - 12:52
