Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yeni ali təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın üçüncü iclası keçirilib

İyulun 23-də Elm və Təhsil Nazirliyində yeni ali təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın üçüncü iclası keçirilib.

 

Elm və təhsil nazirinin müavini, Komissiyanın sədri İdris İsayevin rəhbərliyi ilə keçirilən iclasda Komissiya üzvləri və nazirliyin rəsmiləri iştirak ediblər.

 

Açılış nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev ali təhsil proqramlarının hazırlanmasında yeni yanaşmaların tətbiqinin əhəmiyyətindən və bu işdə əmək bazarı və ali təhsil sisteminin nümayəndələrinin birgə iştirakının vacibliyindən söz açıb. Nazir müavini bildirib ki, əsas məqsəd gənclərimizin müasir tələblərə uyğun, keyfiyyətli təhsil alması və əldə etdikləri bilik və bacarıqların əmək bazarının ehtiyaclarına cavab verməsini təmin etməkdir.

 

Daha sonra təqdimatla çıxış edən Komissiyanın üzvü, nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman Komissiya və işçi qrupların fəaliyyəti barədə, eləcə də bugünkü iclasın gündəliyində duran əsas məsələlər barədə məlumat verib.

 

Qeyd edilib ki, iclasın gündəliyindəki əsas məsələlərdən biri işçi qruplar tərəfindən təqdim olunmuş və ekspertizadan keçmiş təhsil proqramlarının mərhələli şəkildə təsdiqidir. İclasda, həmçinin ali təhsil müəssisələri üçün ixtisaslar üzrə yeni təhsil proqramları əsasında ixtisaslaşmaya dair nümunəvi təhsil proqramı və tədris planlarının hazırlanması müzakirə olunub.

 

Komissiya üzvləri bu istiqamətdə görülən işləri müsbət qiymətləndirib, xüsusilə əmək bazarının tələblərinə uyğunlaşdırılmış təlim nəticələrinin önəmini vurğulayıblar.

 

İclas müzakirə formatında davam etdirilib.


23.07.2025 - 18:30