Naxçıvanda təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” təlimi keçirilib
“Konstitusiya və Suverenlik İli” tədbirləri çərçivəsində Naxçıvanda təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim təşkil olunub.
Təlim “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Elm və Təhsil Nazirliyi tərəfindən keçirilib. Təlimdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları iştirakçılara məlumatlar verib.
Çıxışlardan sonra qarşılıqlı fikir mübadiləsi aparılıb və təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, təlimin məqsədi təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılmasını gücləndirmək, peşə hazırlığını artırmaq və təcrübədə rast gəlinən problem və çətinliklərin qarşısını almaqdır.
20.10.2025 - 14:03
Digər xəbərlər
-
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10 -
Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşları qəbul edəcək
06.10.2026 - 12:52 -
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
06.10.2026 - 11:36
