Dərsliklərin qiymətləndirilməsi üzrə ekspert xidmətlərinə dair müsabiqə elan edilir
1 il əvvəl
Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələri üçün dərslik, dərs vəsaiti və digər tədris metodik vəsaitlərin hazırlanması Qaydası”na əsasən hazırlanmış dərsliklərin qiymətləndirilməsi üçün ekspert xidmətləri üzrə müsabiqə elan olunur.
Seçilmiş ekspertlər aşağıdakı fənlər üzrə dərslik komplektlərinin (dərslik və dərsliklə komplekt təşkil edən metodik vəsait) layihələrini müvafiq meyarlar əsasında qiymətləndirəcəklər:
• Azərbaycan dili (tədris dili);
• Azərbaycan dili (dövlət dili);
• Riyaziyyat;
• Həyat bilgisi;
• Azərbaycan tarixi;
• Coğrafiya;
• Fizika;
• Biologiya;
• Kimya.
Əlavə olaraq, dərsliklərin dil-üslub baxımından qiymətləndirilməsi üzrə də (Azərbaycan və rus dillərində) ekspert xidməti tələb olunur.
Müraciətlərin qəbulu derslik@edu.gov.az elektron poçt ünvanı üzərindən aparılır.
Müsabiqədə iştirak üçün son müraciət tarixi 24 oktyabr 2025-ci il, saat 21:00 müəyyən edilib.
Müsabiqə barədə əlavə məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.
Dərsliklərin qiymətləndirilməsi üzrə ekspert xidmətlərinə dair müsabiqə elan edilir
Digər xəbərlər
-
Şamaxıda təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq olub
06.11.2026 - 17:50 -
Dağlıq Şirvan regionunda təhsil işçiləri üçün antikorrupsiya mövzusunda təlim keçirilib
06.11.2026 - 17:15 -
Peşə təhsili müəssisələri Bakıda keçirilən “PeşəFest”də təmsil olunublar
06.11.2026 - 17:00 -
Nazirliyin tabeliyindəki qurumların Vətən müharibəsi iştirakçısı və qazisi olan əməkdaşları ilə görüş keçirilib
06.11.2026 - 12:50 -
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
05.11.2026 - 09:40
