• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Vətəndaşlarla iş bölməsinə 22 557 müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin iyul ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 22 557 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 18 672 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3 885 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat və Vətəndaşların Qəbulu mərkəzlərinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 606 (651 ərizə, 955 məktub) sənəd qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), tələbələrin köçürülməsi və ümumi təhsil sahəsinə aid məsələləri əhatə edib.

31-ci Beynəlxalq İnformatika Olimpiadası 

Avqustun 4-dən 11-dək Bakıda 31-ci Beynəlxalq İnformatika Olimpiadası (IOI) təşkil olunacaq. 1989-cu ildən keçirilən və informatika sahəsində ən nüfuzlu yarışlardan biri hesab olunan Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq işləri nə yerdədir? Ölkəmizdə təhsillə bağlı bu cür nüfuzlu tədbirin keçirilməsi nələr vəd edir? Təhsil televiziyasının “Təməl” verilişində nüfuzlu bilik yarışması ilə bağlı fikir mübadiləsi aparılır. Verilişin qonaqları Təhsil nazirinin müavini Firudin Qurbanov və ADA Universitetinin prorektoru Fariz İsmayılzadədir.  

Xarici təhsil sənədlərinin nostrifikasiya qaydaları ilə bağlı sual-cavab

Hansı xarici ali təhsil müəssisələri tərəfindən verilən diplomlar Azərbaycan Respublikası ərazisində tanınır? Ölkə ərazisində tanınan xarici ali təhsil müəssisələrinin rəsmi təsdiq edilmiş siyahısı varmı? Bu kimi suallara aşağıdakı videorolikdən cavab tapa bilərsiniz.  

Təhsil naziri vətəndaşları qəbul edib

Təhsil naziri Ceyhun Bayramov “Azərbaycan Respublikasının Təhsil Nazirliyində və tabe qurumlarda vətəndaşların qəbulu Qaydaları”na uyğun olaraq vətəndaşları qəbul edib. Qəbulda vətəndaşlar əsasən, işlə təmin olunma və işə bərpa, fərdi təhsilə cəlb olunma, ali təhsil və ümumi təhsil sahəsinə aid məsələlər ilə bağlı müraciət ediblər. Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Təhsil Nazirliyi layihə sənədini ictimai müzakirəyə çıxarır

Təhsil Nazirliyi “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinin təkmilləşdirilmiş layihə variantını ictimai müzakirəyə təqdim edir. Layihə sənədi ilə bağlı rəy və təklifləri 2 ay müddətində office@edu.gov.az elektron poçt ünvanına göndərmək olar. Qeyd edək ki, “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinin ilkin layihə variantı 2016-cı ilin noyabrında nazirliyin internet səhifəsində yerləşdirilməklə ictimai müzakirəyə təqdim edilib. Ötən müddət ərzində layihə sənədi pedaqoji kollektivlərdə, ekspert qruplarında, təhsil sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarında müzakirə olunub, müxtəlif rəy və təkliflər bildirilib. Eyni zamanda, 2018-ci ilin iyulunda təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”ndə və 2019-cu ilin martında qəbul edilmiş “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş müddəalar nəzərə alınmaqla sənəd yenidən işlənilərək təkmilləşdirilib.

Nümunəvi tədris planları təsdiq olunub

Təhsil naziri Ceyhun Bayramov “Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2019-2020-ci dərs ilinə aid nümunəvi tədris planlarının təsdiqi” haqqında əmr imzalayıb. Əmrə əsasən, tədris Azərbaycan və rus dillərində aparılan lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2019-2020-ci dərs ilinə aid nümunəvi tədris planları təsdiq edilib. Əmr lisey, məktəb-lisey və gimnaziyalarda təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədi daşıyır.  

112 nəfər qızıl, 67 nəfər isə gümüş medala layiq görülüb

Təhsil naziri Ceyhun Bayramov “Ümumi təhsil müəssisələrinin məzunlarının  qızıl və gümüş medalla təltifi haqqında” əmr imzalayıb. Əmrdə  ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların adları və sayı açıqlanıb. Belə ki,  bu il təhsil müəssisələrini bitirən məzunlardan 112-si  qızıl, 67-si isə gümüş medalla təltif olunub. Qeyd edək ki, qızıl və gümüş medala namizədlər Nazirlər Kabinetinin 2010-cu il qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”na əsasən  müəyyənləşdirilib.

Direktorların işə qəbulu üzrə müsabiqənin imtahan mərhələsi keçiriləcək

Avqustun 2-də dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək. İmtahanlar Azərbaycan Texniki Universitetinin idman zalında  baş tutacaq. Bu mərhələdə elektron ərizəsi qəbul edilmiş 2000-dən çox namizədin iştirakı nəzərdə tutulub. İmtahan zamanı  namizədlərə əmək və təhsil qanunvericiliyi, idarəetmə, məntiq əhatə olunmaqla 60 test tapşırığı təqdim olunacaq. Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək. Qeyd edək ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

51-ci Beynəlxalq Kimya Olimpiadasından iki medal

21-30 iyul 2019-cu il tarixlərində Fransanın paytaxtı Paris şəhərində məktəblilərin 51-ci Beynəlxalq Kimya Olimpiadası (IChO) keçirilib. Bilik yarışında ölkəmizi təmsil edən şagirdlər yüksək uğura imza atıblar. Belə ki,  Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü respublika liseyinin XI sinif şagirdi Əli Əliyev gümüş, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Fərid Əliyev bürünc medal qazanıb. Qeyd edək ki, azərbaycanlı məktəblilər iyul ayı ərzində keçirilən beynəlxalq olimpiadalarda nailiyyətlər əldə edərək yarışmanın müxtəlif dərəcəli medallarına layiq görülüblər. Belə ki, 7-14 iyul tarixlərində İsrailin Təl-Əviv şəhərində 50-ci Beynəlxalq Fizika Olimpiadası keçirilib. 80 ölkədən təxminən 400 şagirdin iştirak etdiyi yarışda Cəlilabad şəhəri Nizami Gəncəvi adına 1 nömrəli məktəb-liseyin XI sinif şagirdi Merac Məmmədov olimpiadanın bürünc medalına layiq görülüb. 11-22 iyul tarixlərində Böyük Britaniyanın Bath şəhərində keçirilən 60-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında da (İMO2019) Azərbaycan məktəbliləri nailiyyət əldə ediblər. 110 ölkədən 621 şagirdin iştirak etdiyi bu olimpiadada Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev, həmin liseyin  10-cu sinif şagirdi Murad Ağazadə, Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin 11-ci sinif şagirdi Anar Rzayev 3 bürünc medal qazanıb. Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Ramil Xammədov 14-21 iyul tarixlərində Macarıstanın Szeged şəhərində keçirilən məktəblilərin 30-cu Beynəlxalq Biologiya Olimpiadasında bürünc medal əldə edib.

XV Avropa Gənclər Olimpiya Festivalında uğur qazanan idmançılarımızla Milli Olimpiya Komitəsində görüş keçirilib

XV Avropa Gənclər Olimpiya Festivalında uğur qazanan Azərbaycan idmançıları və onların ailə üzvləri ilə iyulun 29-da Milli Olimpiya Komitəsində (MOK) görüş keçirilib. “Zəfər günləri” layihəsi çərçivəsində təşkil olunan tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil naziri Ceyhun Bayramov, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, qurumun baş katibi Ağacan Abiyev, baş katibin müavini Azər Əliyev və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə idmançılarımızın mötəbər turnirdəki uğurlu çıxışlarını əks etdirən videoçarx nümayiş olunub. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan XV Avropa Gənclər Olimpiya Festivalına da uğurla ev sahibliyi etdi. Azərbaycanın yüksək qonaqpərvərliyi və təşkilatçılıq bacarığı ilə Avropanı növbəti dəfə heyran etdiyini vurğulayan vitse-prezident idmançılarımızı festivalda qazandıqları parlaq nailiyyətlər münasibətilə təbrik edərək deyib: “Bu gün “Zəfər günləri” layihəsi çərçivəsində idmançılarımızın növbəti qələbəsini qeyd edirik. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmiz ən mötəbər idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edir. Azərbaycanda daha əvvəl birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları uğurla təşkil olunub”. Festivalın ölkəmizdə yüksək səviyyədə keçirildiyini vurğulayan Gənclər və İdman naziri Azad Rəhimov bu mötəbər idman yarışı çərçivəsində üç proqramın həyata keçirildiyini qeyd edib: “Festivalda qazanılan nailiyyətlər Azərbaycanın idman ölkəsi olduğunu bir daha bütün dünyaya sübut etdi. XV dəfə təşkil edilən festivalda Azərbaycan komandası indiyədək ən yüksək nəticəsini əldə edərək dördüncü yeri tutdu. Bu nəticələr göstərdi ki, gənc idmançılar arasında da gələcəyin ulduzlar yetişib. Çalışmalıyıq ki, onlar gələcəkdə daha yüksək nailiyyətlər əldə etsinlər”. Təhsil naziri Ceyhun Bayramov çıxışında Azərbaycanın daha bir mötəbər idman tədbirini yüksək səviyyədə təşkil etməsini məmnunluqla vurğulayaraq diqqətə çatdırıb ki, komandamızın 48 ölkə arasında dördüncü yeri tutması ölkəmizdə idmana göstərilən yüksək diqqət və qayğının göstəricisidir. C.Bayramov festivalın təşkilinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib. Sonra Avropa Gənclər Olimpiya Festivalının medalçılarına mükafatlar təqdim edilib. Tədbir incəsənət ustalarının çıxışı ilə davam edib. Qeyd edək ki, Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan komandası 23 medal – 10 qızıl, 7 gümüş və 6 bürünc qazanaraq komanda hesabında dördüncü pillədə qərarlaşıb. Medallardan 16-sını güləşçilərimiz qazanıblar. Pəhləvanlarımız 8 qızıl, 5 gümüş və 3 bürünc medala sahib olublar. Medalların sayına görə komandamızda ikinci yerdə cüdoçular qərarlaşıblar. Cüdoçular ölkəmizin aktivinə 2 qızıl, 1 gümüş və 3 bürünc medal yazdırıblar. Komandamız idman gimnastikası yarışında isə 1 gümüş medala sahib olub.   AZƏRTAC

07/06/2025

“Məktəblilərarası Milli Hakaton”un olimpiada mərhələsi Salyanda #ElmVəTəhsilNazirliyi #RəqəmsalBacarıqlar #MilliHakaton2025 #Hakaton #KodlaGələcəyiniQur #RəqəmsalGələcək #MilliHakaton

Ətraflı
06/06/2025

Müqəddəs Qurban bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayırıq. Bayramınız mübarək olsun! #ElmVəTəhsilNazirliyi #QurbanBayramı

Ətraflı
05/06/2025

“Məktəblilərarası Milli Hakaton”un olimpiada mərhələsi Ağdaşda #ElmVəTəhsilNazirliyi #RəqəmsalBacarıqlar #MilliHakaton2025 #Hakaton #KodlaGələcəyiniQur #MilliHakaton #RəqəmsalGələcək

Ətraflı