Təhsil Nazirliyi layihə sənədini ictimai müzakirəyə çıxarır
Təhsil Nazirliyi “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinin təkmilləşdirilmiş layihə variantını ictimai müzakirəyə təqdim edir.
Layihə sənədi ilə bağlı rəy və təklifləri 2 ay müddətində office@edu.gov.az elektron poçt ünvanına göndərmək olar.
Qeyd edək ki, “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinin ilkin layihə variantı 2016-cı ilin noyabrında nazirliyin internet səhifəsində yerləşdirilməklə ictimai müzakirəyə təqdim edilib. Ötən müddət ərzində layihə sənədi pedaqoji kollektivlərdə, ekspert qruplarında, təhsil sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarında müzakirə olunub, müxtəlif rəy və təkliflər bildirilib. Eyni zamanda, 2018-ci ilin iyulunda təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”ndə və 2019-cu ilin martında qəbul edilmiş “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş müddəalar nəzərə alınmaqla sənəd yenidən işlənilərək təkmilləşdirilib.
5 il əvvəl
Digər xəbərlər
-
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir
03.06.2025 - 10:09 -
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək
02.06.2025 - 17:21 -
Vətəndaş müraciətlərinin statistikası
02.06.2025 - 16:35 -
Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib
02.06.2025 - 15:28 -
Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
01.06.2025 - 18:31