Direktorların işə qəbulu üzrə müsabiqənin imtahan mərhələsi keçiriləcək
Avqustun 2-də dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək. İmtahanlar Azərbaycan Texniki Universitetinin idman zalında baş tutacaq. Bu mərhələdə elektron ərizəsi qəbul edilmiş 2000-dən çox namizədin iştirakı nəzərdə tutulub.
İmtahan zamanı namizədlərə əmək və təhsil qanunvericiliyi, idarəetmə, məntiq əhatə olunmaqla 60 test tapşırığı təqdim olunacaq.
Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək.
Qeyd edək ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.
5 il əvvəl
Digər xəbərlər
-
Müəllimlər üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib
28.04.2025 - 10:00 -
Nazir müavini Mir Cəlal Paşayevin yaradıcılıq gecəsində iştirak edib
27.04.2025 - 15:03 -
Qarabağ Universitetində Beynəlxalq COP simulyasiya konfransı işə başlayıb
26.04.2025 - 17:02 -
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb
25.04.2025 - 16:54 -
“Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi üzrə bilik yarışı keçirilib
25.04.2025 - 12:19