• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dünya ilə yarışan məktəblilərimiz

Azərbaycanlı məktəblilər bugünədək əksər beynəlxalq olimpiadalarda uğurlara imza atıblar. Məktəblilərimiz elə bu ay ərzində keçirilən beynəlxalq olimpiadalarda nailiyyətlər əldə edərək yarışmanın müxtəlif dərəcəli medallarına layiq görülüblər. Belə ki, 7-14 iyul tarixlərində İsrailin Təl-Əviv şəhərində 50-ci Beynəlxalq Fizika Olimpiadası keçirilib. 80 ölkədən təxminən 400 şagirdin iştirak etdiyi yarışda Cəlilabad şəhəri Nizami Gəncəvi adına 1 nömrəli məktəb-liseyin XI sinif şagirdi Merac Məmmədov olimpiadanın bürünc medalına layiq görülüb. 11-22 iyul tarixlərində Böyük Britaniyanın Bath şəhərində keçirilən 60-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında da (İMO2019) Azərbaycan məktəbliləri nailiyyət əldə ediblər. 110 ölkədən 621 şagirdin iştirak etdiyi bu olimpiadada Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev, həmin liseyin  10-cu sinif şagirdi Murad Ağazadə, Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin 11-ci sinif şagirdi Anar Rzayev 3 bürünc medal qazanıb. Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Ramil Xammədov 14-21 iyul tarixlərində Macarıstanın Szeged şəhərində keçirilən məktəblilərin 30-cu Beynəlxalq Biologiya Olimpiadasında bürünc medal əldə edib.

"Təhsil” Respublika İdman Mərkəzinin yetirmələri “EYOF Bakı 2019”-da qızıl medal qazanıb

XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Heydər Əliyev adına İdman Sarayında keçirilən güləş yarışlarında “Təhsil” Respublika İdman Mərkəzinin yetirmələri milli komandanın tərkibində yüksək nəticə göstərib. Fərid Sadıqlı Yunan-Roma güləşi, Murad Haqverdiyev isə sərbəst güləş üzrə yarışlarda qızıl medal qazanıb. Ümumilikdə festivalda 50-ə yaxın Avropa ölkəsindən 3 min 600-dən çox idmançı və texniki nümayəndə heyəti iştirak edir. Yarışlar bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş olmaqla 10 idman növü üzrə 12 yarış məkanında keçirilir. Qeyd edək ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalının proqramına güləş yarışları ilk dəfə daxil edilib.

Müəllimlərin işə qəbulu imtahanlarında maksimum nəticə

İyulun 22-də kimya fənni üzrə keçirilən müəllimlərin işə qəbulu imtahanlarında ən yüksək nəticə qeydə alınıb.  Belə ki, imtahanda iştirak edən Aidə Sadıqova 60 bal toplayaraq namizədlər arasında maksimum nəticə göstərib.  Aidə Sadıqova 2009-2013-cü illərdə Bakı Dövlət Universitetində kimya müəllimliyi ixtisası üzrə bakalavr, 2014-2016-cı illərdə isə həmin universitetdə kolloid kimya ixtisası üzrə magistr dərəcəsi alıb.  İmtahanlar iyulun 24-dək davam edəcək. 

Təhsil naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

İyulun 22-də Təhsil naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Karol Kroftsla onun ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə goruşüb. Görüşdə Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə edilib. Təhsil naziri Ceyhun Bayramov iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Təhsil avtobusu 2000 km-dən artıq məsafəni qət edəcək

İyulun 22-də Təhsil Nazirliyində  Nəsimi ilinə həsr olunan “Təhsil avtobusu – Nəsimi” yay məktəbi ilə bağlı mətbuat konfransı keçirilib. Konfransda Təhsil nazirinin müavini, tərəfdaş qurumların nümayəndələri və layihənin təşkilatçıları iştirak ediblər. Təhsil nazirinin müavini Firudin Qurbanov ölkə rəhbərliyi tərəfindən təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərildiyini bildirib, təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırıb. Nazir müavini təhsillə bağlı həyata keçirilən hər bir layihənin böyük əhəmiyyətə malik olduğunu söyləyib. Firudin Qurbanov deyib ki, əsas məqsəd yeni nəslə təkcə bilik, bacarıq və vərdişlərin ötürülməsi deyil, həm də milli-mənəvi dəyərlərin aşılanmasıdır. Nazirlik tərəfindən bu məqsədlə bir çox layihələrin həyata keçirildiyini, eləcə də “Təhsil avtobusu” yay məktəbinin ənənəyə çevrildiyini qeyd edən  Firudin Qurbanov müvafiq layihənin gənclərin hərtərəfli inkişafında faydalı olduğunu diqqətə çatdırıb. Layihə rəhbəri Şahin Seyidzadə bildirib ki, proqramın məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına şərait yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin biliyinin, dünyagörüşünün artırılması və Nəsimi yaradıcılığının tanıdılmasıdır. Şahin Seyidzadə layihənin ölkənin 5 bölgəsindəki ümumtəhsil məktəblərinin akademik göstəriciləri zəif və orta olan 6-9-cu sinif şagirdlərinin şəxsi inkişafına, dünyagörüşünün formalaşmasına, onların dərslərə marağının artmasına şərait yaradacağını vurğulayıb. Qeyd olunub ki, iyulun 23-dən 29-dək davam edəcək yay məktəbi çərçivəsində ölkənin 5 bölgəsində yaşayan şagirdlər peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri və  intellektual yarışlarda iştirak edəcək. “Təhsil avtobusu –Nəsimi” Bakı şəhərindən yola düşərək Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edəcək. Layihənin bağlanış mərasimi İmadəddin Nəsiminin doğulduğu Şamaxı şəhərində baş tutacaq. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır. “Təhsil avtobusu – Nəsimi” yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi, “Bakcell”, “Paşa Həyat Sığorta” və “Optimal” şirkətlərinin dəstəyi, “Vitam Reklam”, “Şərq-Qərb” ASC əsas tərəfdaşlığı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “Asmart” yaradıcılıq mərkəzi, “Bir” Tələbə-Könüllü proqramı, “BD Kids”, “Code Tusi” şirkəti, SABAH qrupları, “Sabah” Futbol Klubu, “Şəhanə” onlayn mağazasının tərəfdaşlığı ilə keçiriləcək. Layihənin informasiya dəstəkçiləri İctimai TV, ARB TV, Təhsil TV, 1news.az, AZƏRTAC, “Edumap” Təhsil portalı, “Fam Tram”-dır. “Təhsil Avtobusu” yay məktəbi “Azərbaycan üçün öyrət” Milli Təhsil Proqramının ölkəmizin müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. 2016-cı ildən start götürən “Təhsil Avtobusu” yay məktəbi çərçivəsində 6000 km yol qət edilib, Bakı və 12 bölgənin (Lənkəran, Quba, Gəncə, Şəki, Masallı, Cəlilabad, Sabirabad, Mingəçevir, İsmayıllı, Zaqatala, Şəmkir, Qəbələ) 29 şəhər və 31 kənd-qəsəbə məktəbinin, 22 ali və orta ixtisas təhsili müəssisəsinin 550-dən çox şagird və tələbəsi cəlb edilib, təlimçi və ekspertlər tərəfindən 200 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib.

Beynəlxalq Biologiya Olimpiadasından bürünc medal

14-21 iyul 2019-cu il tarixlərində Macarıstanın Szeged şəhərində məktəblilərin 30-cu Beynəlxalq Biologiya Olimpiadası keçirilib. İki turdan ibarət olan elm yarışında şagirdlərimiz nəzəri və praktiki mərhələlərdə iştirak edib. Yekun nəticələrə əsasən, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Ramil Xammədov bürünc medal qazanıb.

Müəllimlərin işə qəbulu imtahanları davam edir

İyulun 22-də riyaziyyat, texnologiya və kimya fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir. İmtahanlarda 3216 namizədin iştirakı gözlənilir. Müəllimlərin işə qəbulu üzrə imtahanlar iyulun 24-dək davam edəcək. Xatırladaq ki, iyulun 8-dən etibarən alman dili, tarix, fizika, fransız dili, musiqi, informatika, rus dili, ingilis dili, biologiya, coğrafiya, ibtidai sinif, fiziki tərbiyə, təsviri incəsənət və riyaziyyat üzrə test imtahanları keçirilib. Növbəti günlərdə Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili, rus dili və ədəbiyyat müəllimi olmaq istəyən namizədlər imtahanlarda iştirak edəcək. Bu günədək keçirilən imtahanlarda ən yüksək nəticə riyaziyyat fənni üzrə 59 bal olub.

Təhsil naziri İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb

Təhsil naziri Ceyhun Bayramov  Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb.  İctimai Şuranın yaradılması Təhsil Nazirliyinin fəaliyyətində şəffaflığın daha da artırılması, təhsil sahəsində  ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədi  daşıyır. İctimai Şura təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün  məsləhətləşmələr təşkil etmək, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi  ilə bağlı Təhsil Nazirliyinə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurumdur. İctimai Şura ictimai əsaslarla (ödənişsiz) fəaliyyət göstərəcək. Təhsil sahəsində ixtisaslaşan hər bir Azərbaycan  vətəndaşı İctimai Şuraya üzv seçilə bilər. İctimai Şuraya seçkilərin təşkili məqsədilə Təhsil Nazirliyinin 4 və təhsil sahəsində ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının 5 nümayəndəsindən ibarət seçki komissiyası yaradılıb. Seçki komissiyasının ilk iclasında İctimai Şura üzvlərinin sayı, namizədlərin, seçicilərin qeydiyyatı və digər təşkilati məsələlər barədə qərar qəbul edilib. İctimai Şuraya namizədlərin və seçici qismində çıxış edəcək vətəndaş cəmiyyəti institutlarının qeydiyyatı iyulun 22-dən avqustun 23-dək  davam edəcək. İctimai Şuraya üzvlüyə namizəd şəxslərə və seçki prosesində seçici kimi iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinə dair tələblərlə nazirliyin rəsmi internet səhifəsinin elan bölməsində  (https://edu.gov.az/az/page/228/16933) tanış olmaq olar.  

Azərbaycanlı şagirdlərdən növbəti uğur

11-22 iyul 2019-cu il tarixlərində Böyük Britaniyanın Bath şəhərində keçirilən 60-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında (İMO2019) Azərbaycan məktəbliləri növbəti uğura imza atıblar. 110 ölkədən 621 şagirdin iştirak etdiyi bu olimpiadada Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev, həmin liseyin  10-cu sinif şagirdi Murad Ağazadə, Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin 11-ci sinif şagirdi Anar Rzayev 3 bürünc medal qazanıb.

Müəllimlərin işə qəbulu imtahanlarında 59 bal

İyulun 20-də riyaziyyat müəllimliyi üzrə keçirilən işə qəbul imtahanlarında yüksək nəticə qeydə alınıb. Belə ki, namizədlərdən Famil Ağayev 59 bal toplayıb. Famil Ağayev 2004-2008-ci illərdə Bakı Dövlət Universitetində riyaziyyat ixtisası üzrə təhsil alıb. Qeyd edək ki, bu gün keçirilən imtahanlarda 2857 namizəd iştirak edib. İmtahanlar iyulun 24-dək davam edəcək.

28/04/2025

Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin fizika və kimya fənləri üzrə final turu keçirilib.

Ətraflı
28/04/2025

Elm və Təhsil Nazirliyinin dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və “STEAM Azərbaycan” layihəsinin birgə təşkilatçılığı ilə 25-27 aprel tarixlərində məktəbli könüllülərin yaz düşərgəsi təşkil edilib. “Məktəbli könüllü” proqramı çərçivəsində baş tutan düşərgədə Bakı, Sumqayıt və Xırdalanda yerləşən ümumi təhsil müəssisələrinin 8-11-ci siniflərində təhsil alan 25 məktəbli iştirak edib. Onlar 500-ə yaxın müraciətçi arasından müsahibə yolu ilə seçilib. Düşərgənin məqsədi məktəblilərin şəxsi inkişafı, liderlik və komanda işi bacarıqlarının artırılması, eləcə də sosial fəallığın təşviq edilməsi olub. Üç gün ərzində iştirakçılar üçün innovativ düşüncə, sahibkarlıq, şəxsi inkişaf və karyera planlaması mövzularında təlim və sessiyalar keçirilib. Bundan əlavə, intellektual yarış, interaktiv sessiya və simulasiya formatlı fəaliyyətlər təşkil olunub. Bir Könüllü STEAM Azerbaijan #ElmVəTəhsilNazirliyi #BirKönüllü #STEAM #MəktəbliKönüllü

Ətraflı
28/04/2025

1 may saat 11:00-dan etibarən 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.

Ətraflı