Peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir
2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə elektron qaydada sənəd qəbulu prosesi davam edir. Elektron sənəd qəbulu avqustun 20-dək davam edəcək.
Bu gün saat 15:00-dək olan məlumata əsasən, artıq 3 300-dən çox vətəndaş müraciəti qeydə alınıb. Müraciət edənlər əsasən aşpaz, dərzi, heyvandarlıq mütəxəssisi, turizm təşkilatçısı və aqroservis mütəxəssisi ixtisaslarına üstünlük veriblər.
Sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir.
Peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir.
Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır.
Nəticələrin avqustun 21-də elan olunması nəzərdə tutulub.
5 il əvvəl
Digər xəbərlər
-
Müəllimlər üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib
28.04.2025 - 10:00 -
Nazir müavini Mir Cəlal Paşayevin yaradıcılıq gecəsində iştirak edib
27.04.2025 - 15:03 -
Qarabağ Universitetində Beynəlxalq COP simulyasiya konfransı işə başlayıb
26.04.2025 - 17:02 -
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb
25.04.2025 - 16:54 -
“Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi üzrə bilik yarışı keçirilib
25.04.2025 - 12:19