31-ci Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanı onlar təmsil edir
Bakıda dünyanın 5 böyük olimpiadasından biri - Beynəlxalq İnformatika Olimpiadası (IOI) başlayıb. Bu yarışda ölkəmiz adına 4 şagird mübarizə aparır. Hər biri respublika fənn olimpiadalarında kəşf olunan təmsilçilərimizi daha yaxından tanıyaq.
![]() Abutalıb Namazovun bu yarışda Azərbaycana medal qazandıracağına böyük ümidlər var. Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi olan Abutalıb indiyədək həm respublika, həm də beynəlxalq fənn olimpiadalarında böyük uğurlar qazanıb. Respublika Fənn Olimpadalarında 2015-2016-cı tədris ili üzrə keçirilən informatika fənni üzrə iştirak edən Abutalıbın ilk medalı bürüncdən olub. 2016-2017-ci tədris ili üzrə keçirilən respublika fənn olimpiadalarında riyaziyyat fənni üzrə də qatılıb və bu fənn üzrə bürünc, informatika fənni üzrə qızıl medala layiq görülüb. 2017-2018-ci tədris ilində riyaziyyat fənni üzrə gümüş medal, informatika fənni üzrə qızıl medal əldə edib. Ötən il, 2018-2019-cu tədris ili informatika fənni üzrə qızıl medal qazanıb. Abutalıbın beynəlxalq olimpadalarda əldə etdiyi nailiyyətlər də kifayət qədərdir. Bolqarıstanda keçirilən EJOİ informatika fənni üzrə yeniyetmələrin I Avropa, Yeniyetmələrin 22-ci Balkan Riyaziyyat Olimpiadasının riyaziyyat fənni üzrə, Rusiya Federasiyasında təşkil olunan EJOİ informatika fənni üzrə yeniyetmələrin II Avropa olimpiadalarının bürünc medalçısıdır. Abutalıb Qazaxıstanda təşkil olunan Beynəlxalq Jautikov olimpiadasında İnformatika fənni üzrə gümüş medal qazanıb. |
İbrahim Rusiya Federasiyasında təşkil olunan EJOİ informatika fənni üzrə yeniyetmələrin II Avropa və Beynəlxalq Meqapolislər olimpiadalarına qatılaraq hər iki yarışda bürünc medal qazanıb.
|
Beynəlxalq səviyyədə Azərbaycanı Rusiya Federasiyasında təşkil olunan EJOİ informatika fənni üzrə yeniyetmələrin II Avropa və Qazaxıstanda təşkil olunan Beynəlxalq Jautikov olimpiadalarında təmsil edib. Birinci yarışda bürünc medal, ikinci yarışda isə gümüş medal əldə edib.
|
Bakıda keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadası onun beynəlxalq səviyyədə qatıldığı ilk yarışdır. Komandamıza uğurlar arzulayırıq.
"Azərbaycan müəllimi"
|
5 il əvvəl
Digər xəbərlər
-
Müəllimlər üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib
28.04.2025 - 10:00 -
Nazir müavini Mir Cəlal Paşayevin yaradıcılıq gecəsində iştirak edib
27.04.2025 - 15:03 -
Qarabağ Universitetində Beynəlxalq COP simulyasiya konfransı işə başlayıb
26.04.2025 - 17:02 -
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb
25.04.2025 - 16:54 -
“Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi üzrə bilik yarışı keçirilib
25.04.2025 - 12:19