Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi başlayır
Avqustun 7-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start veriləcək.
Namizədlər 14 avqust saat 13:00-dək elektron ərizələrində müvafiq bölməyə daxil olaraq imtahan fənninə uyğun 8 vakant yer seçə bilərlər. Sonda namizədlər ərizələrini təsdiq etməlidirlər.
2019-2020-ci tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu üzrə imtahanlarda iştirak etmiş namizədlərə builki və ya ötənilki işə qəbul imtahan nəticəsini seçərək bu mərhələdə iştirak hüququ verilir.
Vakant yerləri builki və ötənilki müəllimlərin işə qəbulu imtahanlarında müvafiq keçid balı toplamış, həmçinin 10 ildən çox fasiləsiz olaraq müddətsiz müqavilə ilə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuş və 3 ildən az olmayan müddətdə işdən ayrılmış, diaqnostik qiymətləndirilmədə iştirak etmiş namizədlər seçə bilərlər.
Müsabiqəyə Bakı şəhəri də daxil olmaqla, respublikada ümumi təhsil müəssisələri üzrə 7 mindən artıq vakant yer çıxarılıb.
5 il əvvəl
Digər xəbərlər
-
“Məktəblilərarası Milli Hakaton” üzrə seçim mərhələsi başlayıb
22.04.2025 - 10:35 -
Elm və təhsil naziri Sabirabadda vətəndaşları qəbul edib
21.04.2025 - 17:30 -
III “Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat müddəti başa çatıb
21.04.2025 - 15:30 -
Azərbaycan Tələbə Liqasının 2024-2025 mövsümünün qrup oyunları yekunlaşıb
21.04.2025 - 14:58 -
Nazir müavini nazirlik və tabe qurumların kommunikasiyaya məsul əməkdaşları ilə görüşüb
17.04.2025 - 18:00