Emin Əmrullayev QS Avrasiya Forumunda çıxış edib
Elm və təhsil naziri Emin Əmrullayev Özbəkistan Respublikasının Daşkənd şəhərində "Quacquarelli Symonds" (QS) qlobal reytinq agentliyinin təşkilatçılığı və Mərkəzi Asiya Universitetinin ev sahibliyi ilə keçirilən QS Avrasiya Forumunda çıxış edib.
Çıxış zamanı ölkəmizdə beynəlmiləlləşmə və elmi-tədqiqat imkanları barədə məlumat verilib, o cümlədən ali təhsil müəssisələrinin qlobal rəqabət qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər qeyd olunub.
Əlavə olaraq, forum çərçivəsində müvafiq sahə üzrə nazir və nazir müavinlərinin, o cümlədən qabaqcıl universitetlərin rəhbər heyətinin iştirakı ilə "dəyirmi masa" təşkil olunub.
"Dəyirmi masa" zamanı ali təhsil müəssisələrinin institusional fəaliyyət göstəriciləri, məşğulluq nəticələri, ali təhsildə dayanıqlılıq kimi mövzular ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, forumda həmçinin Azərbaycanın bir neçə qabaqcıl ali təhsil müəssisəsi nümayəndə heyəti ilə təmsil olunur.
26.11.2025 - 09:22
Digər xəbərlər
-
Nazirliyin əməkdaşlarına dövlət təltifləri təqdim edilib
17.09.2026 - 17:21 -
Nazir “Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsində iştirak edib
17.09.2026 - 15:18 -
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib
16.09.2026 - 16:50 -
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
16.09.2026 - 16:00 -
Elm və təhsil nazirinin Yardımlıdakı vətəndaş qəbulu ilə bağlı məlumat
16.09.2026 - 10:40
