“Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans keçirilir
Dekabrın 4-də akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan “Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans öz işinə başlayıb.
Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkil etdiyi konfrans görkəmli kimyaçı alim, Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olan akademikin elmi irsinin tədqiqi və müasir perspektivlər fonunda yenidən qiymətləndirilməsinə həsr olunub.
Mərasimin rəsmi açılış hissəsində elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın prezidenti İsa Həbibbəyli, Milli Məclis sədrinin müavini Rafael Hüseynov, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, AMEA-nın müxbir üzvü, akademik Yusif Məmmədəliyevin qızı Sevda Məmmədəliyeva çıxış ediblər.
Konfransın rəsmi hissəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhəmməd əl-Malik və UNESCO-nun baş direktorunun müavini Lidiya Britonun videomüraciəti dinlənilib.
Çıxışlardan sonra akademik Yusif Məmmədəliyevin həyat və elmi fəaliyyətinə həsr olunmuş sənədli film də nümayiş edilib.
Rəsmi açılış mərasimindən sonra konfrans öz işini panel müzakirələrlə davam etdirir.
Konfransın birinci günündə dünyanın müxtəlif elm mərkəzlərini təmsil edən tanınmış alimlərin iştirakı ilə “Yusif Məmmədəliyevin elmi, pedaqoji və təşkilati fəaliyyəti: Azərbaycan və dünya elminin inkişafına verilmiş töhfə”, “Kimya elmində müasir çağırışlar: varislik və innovasiyalar” və “Elmi irs və gələcəyin üfüqləri” mövzularında panel sessiyaları keçiriləcək.
Qeyd edək ki, konfrans 4-5 dekabr 2025-ci il tarixlərini əhatə edir.
04.12.2025 - 14:15
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
