Emin Əmrullayev Gürcüstanın təhsil, elm və gənclər naziri ilə görüşüb
05.12.2025 - 11:04
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib.
Səfər çərçivəsində Tbilisidəki Heydər Əliyev Parkında ümummilli liderin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb, ulu öndərin xatirəsi ehtiramla yad edilib.
Səfər zamanı Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə görüş keçirilib.
Görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Bununla yanaşı, tərəflər təcrübə və məlumat mübadiləsinin, hər iki ölkədə Azərbaycan və gürcü dillərinin tədrisinin davam etdirilməsi, universitetlərarası və STEAM sahəsində əməkdaşlığın genişləndirilməsi, o cümlədən elm səhəsində birgə layihələrin həyata keçirilməsi istiqamətində razılığa gəliblər.
Digər xəbərlər
-
İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib
07.11.2026 - 11:24 -
İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
07.11.2026 - 11:00 -
İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
07.11.2026 - 09:52 -
Şamaxıda təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq olub
06.11.2026 - 17:50 -
Dağlıq Şirvan regionunda təhsil işçiləri üçün antikorrupsiya mövzusunda təlim keçirilib
06.11.2026 - 17:15
